Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağabacı İsmayıl qızı Rzayeva (15 dekabr 1912, Bakı – 5 iyul 1975, Bakı) — Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).

Ağabacı Rzayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Ağabacı Rzayeva

Ağabacı İsmayıl qızı Rzayeva (15 dekabr 1912, Bakı – 5 iyul 1975, Bakı) — Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).

Ağabacı Rzayeva
Ümumi məlumatlar
Doğum tarixi 15 dekabr 1912(1912-12-15)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 5 iyul 1975(1975-07-05) (62 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, bəstəkar
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları +

Mündəricat

Həyatı

Ağabacı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda anadan olmuşdur. 1929-cu ildə Bakı Pedoqoji Texnikumunu bitirmiş, bir neçə il Saray, Kürdəxanı və Maştağada müəllimlik etmişdir.

Ağabacı xanım not çalğısı üzrə bəstəkar Səid Rüstəmovdan, muğam üzrə isə Mirzə Mənsur Mənsurovdan dərs alıb. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almışdır. Musiqi-nəzəri fənlərdən isə ona Ü. Hacıbəyov, Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev dərs deyib. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. 1935–1944-cü illərdə Rzayeva Azərbaycan xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyət göstərib. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır.

Rzayevanın ilk əhəmiyyətli musiqi əsəri 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün yazılmış "Vətənpərvərlik Marşı" idi.O, həmçinin bir sıra mahnı və romansların, "Mübahisə etmə" musiqili komediyasının (1965, İ.Quliyevlə birlikdə), xalq çalğı alətləri orkestrinin simli kvarteti üçün pyeslərin müəllifidir. Bundan əlavə, Rzayeva dahi şair Nəsiminin sözlərinə yeddi romans bəstələmişdir. Onun tərəfindən yazılan mahnıların (60-dan çox) əksəriyyəti uşaqlara həsr olunmuşdur ("Kukla", "Qaranquş", "Mənim ağ göyərçinim", "Sabahkı günün ustaları", "Kiçik kapitan", "Mən qərənfiləm" və s.).

O, 1950, 1953, 1955-ci illərdə Bakı Sovetinə deputat seçilmiş, 1963-cü ildə isə Ali Sovetin deputatı olmuşdur.

5 iyul 1975-ci ildə Bakıda vəfat etmiş bəstəkar İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mükafatları

  • Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1960
  • "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə);
  • "Şərəf nişanı" ordeni — 1972.

Mahnıları

  • Ad günü — Sözləri: Tofiq Mütəllibov
  • Bağçamız — Sözləri: Cahangir Məmmədov
  • Balaca kapitan- Sözləri: Cahangir Məmmədov
  • Bizim Bakı metrosu — Sözləri: Hikmət Ziya
  • Bizim gəmi — Sözləri: Cahangir Məmmədov
  • Buzov — Sözləri: Cahangir Məmmədov
  • Dostluq qatarı — Sözləri: Cahangir Məmmədov
  • Gəl, gəl, a yaz günləri — sözləri: Mirzə Ələkbər Sabir
  • İynə — Sözləri: Tofiq Mütəllibov
  • Kukla — sözləri: Cahangir Məmmədov
  • Qırmızı şar — sözləri: Cahangir Məmmədov
  • Mişar — Sözləri: Cahangir Məmmədov
  • Naxır gəlir — Sözləri: Cahangir Məmmədov
  • Qış mahnısı — Sözləri: Cahangir Məmmədov
  • Sarı limon — Sözləri: Tofiq Mütəllibov
  • Sənət məktəbi — Sözləri: Tofiq Mütəllibov
  • Sülh ordusu — Sözləri: Cahangir Məmmədov
  • Sürücü — Sözləri: Cahangir Məmmədov
  • Şən yolka — Sözləri: Tofiq Mütəllibov
  • Təyyarə — Sözləri: Tofiq Mütəllibov
  • Vətənimiz — Sözləri: Hikmət Ziya
  • Xoş gəlmisən, təzə il — Sözləri: Hikmət Ziya
  • Afəti cansan mənə (romans, M. Füzuli)
  • Ağ göyərçinim
  • Ay nəğməsi
  • Ay yaxası güllü qız
  • Bahar oldu (romans, Nəsimi)
  • Balaca sürücü
  • Çoban qara
  • Dəcəl buzovum
  • Dilbərim
  • Durna qatarlı qızlar
  • Dünyanın gözəlliyi
  • Evimizə gəlin gəlir — söz müəllifi: Mirvarid Dilbazi
  • Eşqin adı
  • Ey pəri
  • Eyvandan baxan qız
  • Əsiriyəm bir dilbərin (romans, M. F. Axundov)
  • Fərəhli Bakımız
  • Gəl, Nigarım! (romans, Nəsimi)
  • Gənc maşinistlər
  • Gözlərin
  • Gözləyir bizi
  • Gözləyirəm, sevgilim!..
  • Gül açıldı (romans, Nəsimi)
  • Kəklik
  • Kimi gözləyirsən?
  • Könlüm (romans, N. Gəncəvi)
  • Qarabuğdayı qız
  • Qaranquş
  • Qərənfiləm mən
  • Qızıl ulduzlu oğlan
  • Lənkəran bağlarında
  • Mil düzündə (söz: İ. Səfərli)
  • Muğan qızı
  • Neftçi Qurban
  • Nə lazım (romans, N. Gəncəvi)
  • Pambıq ustası (söz: M. Dilbazi)
  • Partizan oğlu
  • Pioner mahnısı
  • Sabahın ustaları
  • Sevgilim əsgər gedir
  • Sənin xatirən (romans, H. Abbaszadə)
  • Sən olacaqsan
  • Sülh mahnısı
  • Tacik qızı
  • Telli sazım
  • Təzə arzu, təzə il
  • Ulduzlardan ulduzlara
  • Zülfü pərişan olmasın (romans, M. Ə. Sabir)

Həmçinin bax

  • Azərbaycan musiqisi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağabacı Rzayeva haqqında məlumat. Ağabacı Rzayeva nədir? Ağabacı Rzayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çinar hadisəsi

  • Fevral 25, 2026

    Tutuquşu

  • Fevral 27, 2026

    Şahzadə

  • Fevral 27, 2026

    Yod

  • Fevral 27, 2026

    Lesoto gerbi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst