Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azad Mövlud oğlu Nəbiyev (20 aprel 1945, İkinci Nügədi, Quba rayonu – 13 fevral 2012, Bakı) — ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru (1981), p

Azad Nəbiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Azad Nəbiyev

Azad Mövlud oğlu Nəbiyev (20 aprel 1945, İkinci Nügədi, Quba rayonu – 13 fevral 2012, Bakı) — ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru (1981), professor (1982), Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki (1997), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Əməkdar müəllim (2000), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001).

Azad Nəbiyev
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri
24 iyul 1992 – 2000
Şəxsi məlumatlar
Doğum tarixi 20 aprel 1945(1945-04-20)
Doğum yeri
  • İkinci Nügədi, Quba rayonu, Azərbaycan
Vəfat tarixi 13 fevral 2012(2012-02-13) (66 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • İkinci Nügədi
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
Elmi adı
  • professor

Təltifləri "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 20002000

Mündəricat

Həyatı

Azad Nəbiyev 20 aprel 1945-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində ziyalı ailəsində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra 1963-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika ixtisasına daxil olub. O, 1967-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə başa vurub. Azad Nəbiyev 1968-ci ildə Bakı Dövlət Universitetinin aspi­ran­­turasına qə­bul edilib.

Ailəsi

Rövşən adlı oğlu və Ülkər adlı qızı var.

Əmək fəaliyyəti

Azad Nəbiyev əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında siyasi ədəbiyyat üzrə böyük redaktor kimi başlayıb və 1974-cü ilə qədər orada çalışıb. O, 1974-1976-cı illərdə "Gənclik" nəşriyyatında redaksiya müdiri olub.

Azad Nəbiyev 1976-cı ildən Bakı Dövlət Universitetində müəllimlik fəaliyyətinə başlayıb. O, 1976-1989-cu illərdə universitetin Filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışıb. Alimin təşəbbüsü ilə 1989-cu ildə Bakı Dövlət Universitetində Folklor kafedrası açılır və o, həmin kafedranın müdiri vəzifəsinə təyin edilib. Bakı Dövlət Universitetinin nəşr etdiyi "Folklorşünaslıq mə­sələləri" jur­na­lının baş redak­toru olub.

Azad Nəbiyev 1992-2000-ci illərdə Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri olub. O, 1997-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasına həqiqi üzv seçilib, habelə 1998-ci ildən ölümünə qədər Beynəlxalq Əlillər Federasiyası idarə heyətinin və 1999-cu ildə Azər­­­­­baycan Yazıçılar Birliyi­nin üzvü olub.

Azad Nəbiyev AMEA Hu­ma­­nitar və İctimai Elmlər Böl­məsi Büro­su­nun və AMEA Folklor İnstitutu Elmi Şurası­nın üzvü, "Folklor­şü­nas­lıq" ixti­sa­sı üzrə Respub­lika Elmi Tədqiqatların Təş­kili və Əla­qə­lən­dir­ilməsi Şurasının sədri kimi uzun müddət fəaliyyət göstərib. 1992-2000-ci illərdə Dirçəliş və Tərəqqi Partiyasının sədri olub.

Elmi fəaliyyəti

Azad Nəbiyev 1972-ci ildə 27 yaşında "Koroğlu dastanı Koroğlu surəti (Azərbaycan-Özbək materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1981--ci ildə 36 yaşında isə "Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1982-ci ildə professor elmi adını al­ıb. 2001-ci ildə Azərbaycan Milli Elm­lər Aka­de­mi­yasının müxbir üzvü se­çilib.

Ədəbi fəaliyyəti

Azad Nəbiyev ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. İlk mətbu şeiri 1962-ci ildə "Qızıl Quba" rayon qəzetində çap olunub. 1972-ci ildən qəzet və jurnallarda şeir, hekayə, povest, oçerk və məqalələrlə çıxış edib.

Azad Nəbiyev İtalyan ("Bertoltonun sərgüzəştləri") və özbək ("Tülkü və qurd") xalq nağıllarından tərcümələr edib. "Kitabi Dədə Qorqud"un Drezden nüsxəsi mətnini sadələşdirib nəşr etdirmişdir (2000). "Azərbaycan dastanları" (1977), "Nəğmələr, inanclar, alqışlar, adətlər" (1986), "Alqışlar, adətlər, nəğmələr" (1992), "Koroğlu dastanı" (2001) kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifidir.

Əsərləri

  1. Bağlarda bahar. Bakı: Gənclik, 1969, 87 səh.
  2. Qəhrəmanlıq səhifələri. Bakı: Gənclik, 1975, 174 səh.
  3. Azərbaycan-özbək folklor əlaqələri. Bakı: Azərnəşr, 1978, 182 səh.
  4. Azərbaycan folklorunun janrları. Bakı: BDU nəşri, 1983, 92 səh.
  5. El nəğmələri xalq oyunları. Bakı: Azərnəşr, 1988, 172 səh.
  6. Sərhəd bilməyən əlaqələr (Azərbaycan-türkmən folklor əlaqələri). Bakı: Azərnəşr, 1992, 112 səh.
  7. İlaxır çərşənbələr. Bakı: Azərnəşr, 1992, 112 səh.
  8. İlin əziz günləri. Bakı: Maarif, 1999, 121 səh.
  9. Azərbaycan uşaq folkloru. Bakı: Elm, 2000, 76 səh.
  10. Azərbaycan xalq ədəbiyyatı (ali məktəblər üçün dərslik). I hissə. Bakı: Nəşrlər evi, 2001, 678 səh.
  11. Azərbaycan xalq ədəbiyyatı. I kitab.Bakı: Çıraq, 2009.
  12. Azərbaycan xalq ədəbiyyatı. II kitab. 2017-12-15 at the Wayback Machine Bakı: Elm, 2006.
  13. Milli təəssübkeşlik yoxsa erməni saxtakarlığı. Bakı: BDU nəşri, 2003, 78 səh.
  14. Nəhrələrdən güc alanda. Bakı: BDU nəşri, 2003, 62 səh.
  15. Koroğlu (uşaqlar üçün). Bakı: 2001, 37 səh.
  16. Qaçaq Nəbi (uşaqlar üçün). Bakı: 2001, 62 səh.
  17. Azərbaycan aşıq məktəbləri 2017-05-17 at the Wayback Machine. Bakı: "Nurlan", 2004, 312 səh.

Ölümü

Azad Nəbiyev 13 fevral 2002-ci ildə Bakı şəhərində qəfil ürəktutmadan vəfat edib və Qubanın II Nügədi kəndində dəfn edilib.

Mükafatları

Azad Nəbiyev 2000-ci ildə "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adını alıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azad Nəbiyev haqqında məlumat. Azad Nəbiyev nədir? Azad Nəbiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Trakya

  • Fevral 23, 2026

    Vikimedia

  • Fevral 25, 2026

    Murad Adıgözəlzadə

  • Fevral 27, 2026

    Qarabağlar (Şərur)

  • Fevral 27, 2026

    Arxip Kuinci

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst