Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rutul dili (rutulca: мыхIабишды чIел – mıx'abişdı ç'el) — Azərbaycanda və Dağıstanda danışılan ləzgi dillərindən biri. Azərbaycanda əsasən Şəki və Qax rayonları

Rutul dili

  • Ana Səhifə
  • Vikipediya
  • Rutul dili

Rutul dili (rutulca: мыхIабишды чIел – mıx'abişdı ç'el) — Azərbaycanda və Dağıstanda danışılan ləzgi dillərindən biri. Azərbaycanda əsasən Şəki və Qax rayonlarında, Dağıstanda isə Rutul rayonunda yerləşən rutul kəndlərində işlənilir. Danışanların sayı 40 min nəfərə yaxındır.

Rutul dili
Orijinal adı мыхаӀбишды чӀел
Ölkələr
  •  Azərbaycan
  •  Rusiya
Danışanların ümumi sayı
  • 47.400 nəf. (2010)
Təsnifatı
Qafqaz dilləri[d]
Nax-Dağıstan dilləri
Dağıstan dilləri
Ləzgi dilləri
Samur[d]
Rutul dili
Yazı kiril əlifbası
Dil kodları
ISO 639-1 —
ISO 639-2 —
ISO 639-3 rut
Dilin strukturlarının dünya atlası rut
Atlas of the World’s Languages in Danger 1036
Ethnologue rut
ELCat 3046
IETF rut
Glottolog rutu1240
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rutul dili Dağıstanın rəsmi dillərindən biri sayılır. Bu dildə yazı 1990-cı ildə yaransa da, ədəbi dil hələ də inkişaf mərhələsindədir. Dağıstanda orta məktəblərdə öyrənilir, həm pedaqoji texnikumlarda, həm də ali məktəblərdə ixtisas kimi tədris olunur. Rutul dilində "Rutul xəbərləri" qəzeti nəşr olunur, gündəlik 30 dəqiqəlik radio verilişi və aylıq televiziya verilişi yayımlanır.

Rutul dilinin 5 ləhcəsi vardır: ədəbi dilinin bünövrəsi olan Muxad, həmçinin Şinaz, Müxrək, İxrək və Borç-Xnov. Son iki ləhcə saxur dilinə yaxın olan cənub-qərb qrupuna daxildir, qalanları isə buduq və qrız dilinə oxşar şərq qrupuna. Azərbaycanda danışılan ləhcələr üzrə ciddi tədqiqat aparılmayıb. Ancaq bəzi mənbələrə əsasən Azərbaycanda danışılan ləhcələr Şinaz və Borç-Xnov ləhcələridi

Yazılı

Müasir Rutul əlifbası:

А а АӀ аӀ Б б В в Г г Гъ гъ Гь гь ГӀ гӀ Д д Е е Ё ё
Дж дж Ж ж Дз дз З з И и Й й К к Къ къ Кь кь КӀ кӀ Л л
М м Н н О о П п ПӀ пӀ Р р С с Т т ТӀ тӀ У у Уь уь
УӀ уӀ Ф ф Х х Хъ хъ Хь хь Ц ц ЦӀ цӀ Ч ч ЧӀ чӀ Ш ш Щ щ
Ъ ъ Ы ы ЫӀ ыӀ Ь ь Э э Ю ю Я я

2013-cü ildə Azərbaycan rutulları üçün latın qrafikalı əlifba işlənib hazırlanmışdır. Kiril və latın əlifbalarının uyğunluğu cədvəldə göstərilir.

BFƏKirilLatınBFƏKirilLatın
ɑA aA aoО оO o
ɑˤАӀ аӀAӀ aӀpП пP p
æАь аьƏ əp'ПӀ пӀP' p'
bБ бB brР рR r
ʋВ вV vsС сS s
gГ гG gtТ тT t
hГь гьH ht'ТӀ тӀT' t'
ʁГъ гъĞ ğuУ уU u
ɣГӀ гӀGh ghyУь уьÜ ü
dД дD duˤУӀ уӀUӀ uӀ
d͡ʒДж джC cfФ фF f
eЕ еE eχХ хX x
ʒЖ жJ jxХь хьXh xh
zЗ зZ zqХъ хъQh qh
iИ иİ it͡sЦ цTs ts
jЙ йY yt͡s'ЦӀ цӀTs' ts'
kК кK kt͡ʃЧ чÇ ç
q'Кь кьQ' q't͡ʃ'ЧӀ чӀÇ' ç'
ɢКъ къQ qʃШ шŞ ş
k'КӀ кӀK' k'ʔЪ ъ'
lЛ лL lɨЫ ыI ı
mМ мM mɨˤЫӀ ыӀIӀ ıӀ
nН нN n

Həmçinin bax

  • Rutullar
  • Nax-Dağıstan dilləri
  • Azərbaycan dilləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rutul dili haqqında məlumat. Rutul dili nədir? Rutul dili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fatimilər sülaləsi

  • Fevral 27, 2026

    Konstantin Çernenko

  • Fevral 27, 2026

    Kibdo

  • Fevral 27, 2026

    Mirzəzadə

  • Fevral 27, 2026

    İdealist

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst