Qaçaq Kərəm (1860, Qıraq Kəsəmən – 1909, Tehran) — XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq. O dövrdə Qazaxın məşhur zadəganlarından olan İsrafil ağa ilə qan düşməni olmuşdur.
| Qaçaq Kərəm | |
|---|---|
| Kərəm İsgəndər oğlu | |
| |
| Doğum tarixi | 1860 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1909 (48–49 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | qaçaq, üsyançı |

Həyatı
On beş il qaçaqlıq eləyən Qaçaq Kərəm 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Molla Zalın nəvəsi, Nəcəflilər soyunun ulu babası olan Qaçaq Nəcəfin (Molla Zalın qardaşı) qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. Onun atası Molla Zal oğlu İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilmişdir, lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür.
Həmçinin bax
- Qaçaq Kərəm (roman)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaçaq Kərəm haqqında məlumat. Qaçaq Kərəm nədir? Qaçaq Kərəm nə deməkdir?