Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Artur Tahir oğlu Rasizadə (26 fevral 1935, Kirovabad) — Azərbaycan siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Baş naziri (1996–2003, 2003–2018).

Artur Rasizadə

  • Ana Səhifə
  • Vikipediya
  • Artur Rasizadə

Artur Tahir oğlu Rasizadə (26 fevral 1935, Kirovabad) — Azərbaycan siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Baş naziri (1996–2003, 2003–2018).

Artur Rasizadə
Azərbaycan Respublikasının 8-ci Baş naziri
4 noyabr 2003 – 21 aprel 2018
(i. e. 31 oktyabr – 4 noyabr 2003)
Prezidentİlham Əliyev
Əvvəlkiİlham Əliyev
SonrakıNovruz Məmmədov
26 noyabr 1996 – 4 avqust 2003
ƏvvəlkiFuad Quliyev
Sonrakıİlham Əliyev
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
4 avqust 2003 – 4 noyabr 2003
Baş nazirİlham Əliyev
3 may 1996 – 26 noyabr 1996
Baş nazirFuad Quliyev
22 may 1991 – 16 may 1992
Baş nazirHəsən Həsənov
Feyruz Mustafayev (i. e.)
Azərbaycan Respublikası Prezidentinin köməkçisi
15 fevral 1996 – 25 noyabr 1996
PrezidentHeydər Əliyev
Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin birinci müavini
14 yanvar 1986 – 22 may 1991
SədrHəsən Seyidov
Ayaz Mütəllibov
Həsən Həsənov
5 fevral 1991-ci ilədək Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi
Şəxsi məlumatlar
Doğum tarixi 26 fevral 1935(1935-02-26) (90 yaş)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, ZSFSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1968–1991),
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Sənaye İnstitutu (–1957)
Fəaliyyəti siyasətçi, mühəndis, diplomat
Atası Tahir Rasizadə
Uşağı 1

Təltifləri "Heydər Əliyev" ordeni — 20252025 "İstiqlal" ordeni — 20052005 "Şərəf" ordeni — 20102010 "Şöhrət" ordeni — 20152015 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20202020 "Fəxri legion" ordeninin cəngavər dərəcəsi "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni — 19801980 "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı
SSRİ Dövlət mükafatı — 19711971
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və fəaliyyəti

Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasındandır.

Vladimir Putinin hava limanında qarşılanması
Polşa prezidenti Lex Kaçinski ilə görüş

1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir.

1973–1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur.

1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışmışdır. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir.

1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir.

2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.

11 fevral 1999-cu ildən İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri olmuşdur.

Ailəsi

Artur Rasizadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu, Azərbaycanlı ədib Hüseyn Cavidin qardaşı nəvəsidir.

Təltif və mükafatları

  • "Heydər Əliyev" ordeni (20 fevral 2025) — Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə
  • "İstiqlal" ordeni (23 fevral 2005) — Azərbaycanın iqtisadi inkişafındakı böyük xidmətlərinə görə
  • "Şərəf" ordeni (25 fevral 2010) — Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün verdiyi böyük töhfələrə görə
  • "Şöhrət" ordeni (25 fevral 2015) — Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə
  • 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (24 fevral 2020) — Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə
  • "Xalqlar dostluğu" ordeni[rus.] (Belarus, 7 aprel 2015) — Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında ticari-iqtisadi və humanitar əlaqələrin inkişafına və möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli şəxsi töhfələrə görə
  • "Fəxri legion" ordeni kavaleri (Fransa)
  • "Şərəf nişanı" ordeni — 13 oktyabr 1980
  • "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı[rus.] (Rusiya, 2003)
  • Belarus Respublikası Milli Assambleyasının fəxri fərmanı — Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli töhfələrə görə
  • Elm və texnika sahəsində SSRİ Dövlət mükafatı (5 noyabr 1971) — kompleks qazma qurğularının və fontan əleyhinə avadanlıqların yaradılması və sənaye miqyaslı mənimsənilməsinə görə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Artur Rasizadə haqqında məlumat. Artur Rasizadə nədir? Artur Rasizadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Kürən Erik

  • Fevral 10, 2026

    ABŞ dolları

  • Fevral 24, 2026

    Sağ mədəcik

  • Fevral 23, 2026

    28 iyul

  • Fevral 23, 2026

    Han xalqı

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst