Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

AnnaSofiya Robb (ing. AnnaSophia Robb; 8 dekabr 1993, Denver) — ABŞ aktrisası; model və müğənni. Aktrisalıq karyerasına 2004-ci ildə Samantha: An American Girl

Annasofiya Robb

  • Ana Səhifə
  • Vikipediya
  • Annasofiya Robb

AnnaSofiya Robb (ing. AnnaSophia Robb; 8 dekabr 1993, Denver) — ABŞ aktrisası; model və müğənni. Aktrisalıq karyerasına 2004-ci ildə Samantha: An American Girl Holiday televiziya serialında baş rolu canlandıraraq başlayıb. Film debütünü 2005-ci ildə Because of Winn-Dixie bədii filmi ilə etmiş, ardınca Tim Börtonun rejissoru olduğu Çarlinin şokolad fabriki (2004) filmində Vaylet Boreqard obrazını canlandırmışdır. 2007-ci ildə işıq üzü görən Terabitiya körpüsü filmindəki rolu ilə məşhurlaşaraq Gənc sənətçi mükafatına layiq görülüb, daha sonra Race to Witch Mountain (2009), Soul Surfer (2011) və Evə aparan yol (2013) filmlərində çəkilib. The CW kanalında yayımlanan Kerrinin gündəlikləri (2013–2014) serialında canlandırdığı Kerri Bredşou rolu ilə diqqətləri üzərinə çəkmişdir.

Annasofiya Robb
ing. AnnaSophia Robb
Doğum tarixi 8 dekabr 1993(1993-12-08) (32 yaş)
Doğum yeri
  • Denver, Kolorado, ABŞ
Təhsili
  • Nyu-York Universiteti (2014–2018)
Fəaliyyəti aktrisa, televiziya aktrisası, kino aktrisası, müğənni, səsləndirmə aktrisası[d]
Fəaliyyət illəri 2004-cü ildən
annasophiarobb.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən həyatı

Robb Denver Koloradoda Cenit və David Robbun ailəsində anadan oldu. O, adını böyük ana nənəsi olan, Anna Sofiya və ata nənəsi olan Anna Mariyadan aldı. Robbun əsli və kökü, Danimarka, İngilis, irlandiyalı, Şotland və İsveçdir. O, rəqs və gimnastika dərslərinə dörd il yarım müddətində qatıldı, ancaq sonra aktiyorluq dərslərinə fokus olduğuna görə gimnastika dərslərini buraxdı. 2009-cu ildən Arabaho Orta məktəbində oxuyurdu. 2012-ci ildə isə məzun oldu.

2014-cü ildə Nyu-York Universitetinə qəbul oldu.

21 yanvar 2017-ci ildə keçirilən Qadın marşlarında nümayişçi olaraq iştirak etmişdi.

Karyerası

9 yaşında ikən bir agent tərəfindən kəşf edildikdən sonra o, və anası Los Ancelesə yola düşdülər. Bir neçə seçim mərhələsindən sonra ona Bratz kuklaları adlı komersiyal bir reklamda görünmək fürsəti verildi. McDonald's adına yayımlanan reklamda göründükdən sonra, onun  Drake & Josh televiziya seriyalının "Number One Fan" seriyasında kiçik rol aldı. Samantha: An American Girl Holiday adlı xüsusi bir televiziya seriyalında o, ilk dəfə baş rolda oldu.

Robb böyük ekranlara 2005-ci ildə məşhur uşaq kitablarından ekranlaşdırılan iki filmdə görünməyə başladı. O, Because of Winn-Dixie filmin-də Opal rolunu,Tim Börtinin yenidən işlənmiş Charlie and the Chocolate Factory filmidə isə rəqabətcil və kobud bir obraz olan "Violet Beauregarde"ı canlandırdı. İkinci film çoxlu uğurlar əldə etdi və Robbun populyarlığını artırmaqda mühüm təsiri oldu.

2006-cı ildə Danny Phantom adlı bir cizgi seriyalında Danielle "Deni" Fentonu səsləndirdi. 2007-ci ildə ABŞ-də yayımlanan Bridge to Terabithia filmində Coş Hatçersonla birlikdə çəkildi, o,  Lezli Burk obrazını canlandırdı. Həmin film üçün "Keep Your Mind Wide Open" başlıqlı bir soundterk mahnısı oxudu, Disney Channelın müşayiəti ilə mahnıya klip çəkildi. Mahnı bir həftə müddətində Billboard Hot 100 mahnı hit-paradında 90-cı yeri tutdu. Robb filmin ekranlaşdırıldığı kitabın fanatı idi və roll almadan öncə kitab haqda demişdi; "O kitab indiyə qədər heç bir kitabın təsir etmədiyi kimi mənə təsir etdi"

Robb The Reaping, Arzular səyahət edər , Jumper, və Spy School filmlərində roll aldı. Sleepwalking filminə qarşı mənfi rəylərə baxmayaraq, Robbun filmdəki çıxışı tərif topladı. 2008-ci ildə o, "The Word of Promise: Next Generation – New Testament: Dramatized Audio Bible"da Mariya Maqdalenanı səsləndirdi. O, həmçinin Witch Mountain (2009) filmində də roll aldı. 2010-cu ildə The Space Between filmində göründü. Sonra isə Soul Surfer filmində köpəkbalığı hücumunda qolunu itirdikdən sonra yenə də sörfinq etməyə davam edən Betani Hamilton obrazını canlandırdı.

14 yanvar 2013-cü ildə The CW kanalında yayımlanan "Böyük şəhərdə seks" filmindəki Kerri Bredşou obrazının gənclik illərini Kerrinin Gündəlikləri seriyalında canlandırır və həmin il yayımlanan The Way, Way Back komediyasına çəkildi.

Robb PBS kanalında 2016-2017-ci illər arası yayımlanan vətəndaş müharibəsi drama seriyalı olan Mercy Street -də Alis Qrin obrazını canlandırdı.

Filmoqrafiya

Film

İl Filmin Adı Rolu Qeydlər
2005 Because of Winn-Dixie India "Opal" Buloni
2005 Charlie and the Chocolate Factory Violet Beauregarde
2007 Bridge to Terabithia Leslie Burke
2007 The Reaping Loren McConnell
2007 Have Dreams, Will Travel Cassie "Cass" Kennington
2008 Jumper Young Millie Harris
2008 Spy School Jackie Hoffman
2008 Sleepwalking Tara Reedy
2009 Race to Witch Mountain Sara
2010 The Space Between Samantha "Sam" Jean McClain
2011 Soul Surfer Bethany Hamilton Həqiqi bir heykayə əsasında
2013 The Way, Way Back Susanna Thompson
2013 Khumba Tombi Səsləndirmə
2014 Funny or Die's Little Mermaid Ariel Qıssa film
2016 Jack of the Red Hearts Jacqueline "Jack" Ferguson
2017 The Crash Creason Clifton
2017 Freak Show Blah Blah Blah
2018 Down a Dark Hall Katherine "Kit" Gordy

Televizya

Year Title Role Notes
2004 Drake & Josh Liza Seriya: "Number One Fan"
2004 Samantha: An American Girl Holiday Samantha Parkington Televizya filmi
2006 Danny Phantom Danielle "Dani" Fenton Səsləndirmə
Episode: "Kindred Sprits"
2013–2014 The Carrie Diaries Carrie Bradshaw 26 episodes
2014 Robot Chicken Yasmin / Cleo Səsləndirmə
Seriya: "Catdog on a Stick"
2016–2017 Mercy Street Alice Green 12 seriya

Saundtrek

İl Mahnı Albüm  Mövqesi
ABŞ
2007 "Keep Your Mind Wide Open" Music from and Inspired by Bridge to Terabithia 90

Mükafatlar və namizədlik

İl Assosiasiya
Kateqoriya Fəailiyəti Nəticə
2004 Cavan Aktyor Mükafatı Best Performance in a TV Movie, Miniseries or Special – Leading Young Actress Samanta: Amerikalı qızın tətili Namizəd
2006 Best Performance in a Feature Film (Comedy or Drama) – Leading Young Actress Because of Winn-Dixie Namizəd
2007 Best Performance in a Feature Film – Leading Young Actress Terabitiyaya körpü Qazandı
Best Performance in a Feature Film – Young Ensemble Cast Terabitiyaya körpü Qazandı
Critics' Choice Movie Awards Best Young Actress Terabitiyaya körpü Namizəd
2009 Denver Film Festival Rising Star Award — Qazandı
2013 Yeniyetmə seçim mükafatı Breakout Star Kerri günlükləri Namizəd
Young Hollywood Awards Superstar of Tomorrow — Qazandı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, annasofiya robb sözünün mənası, annasofiya robb haqqında məlumat. annasofiya robb nədir? annasofiya robb nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ramiz Məmmədov

  • Fevral 27, 2026

    Leonardo DiKaprio

  • Mart 03, 2026

    Canet Caqan

  • Mart 02, 2026

    Vasili Blyuxer

  • Mart 01, 2026

    H.O.S.T. Alliance

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst