Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsmayıl Seragəldin (9 may 1944, Cizə) — İsgəndəriyyə kitabxanasının təsisçi direktoru, həmin kitabxananın tədqiqat institutu və muzeyinin direktorlar şurasının

İsmayıl Seragəldin

  • Ana Səhifə
  • Vikipediya
  • İsmayıl Seragəldin

İsmayıl Seragəldin (9 may 1944, Cizə) — İsgəndəriyyə kitabxanasının təsisçi direktoru, həmin kitabxananın tədqiqat institutu və muzeyinin direktorlar şurasının sədri, bir sıra akademik, elmi, beynəlxalq müəssisələrinin məşvərətçi komitələrinin üzvü, yaxud sədri, o cümlədən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru.

İsmayıl Seragəldin
ərəb. إسماعيل سراج الدين‎
Doğum tarixi 9 may 1944(1944-05-09) (81 yaş)
Doğum yeri
  • Cizə, əl-Cizə mühafəzəsi[d], Misir
Elmi dərəcəsi
  • fəlsəfə doktoru
İş yerləri
  • De Frans Kolleci
Təhsili
  • Qahirə Universiteti[d] (–1964),
  • Harvard Universiteti (–1972)
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Mükafatları "Fəxri legion" ordeninin komandor dərəcəsi "Fəxri legion" ordeninin cəngavər dərəcəsi "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Doğan günəş" ordeni "Dostluq" ordeni "Skanderbeq" ordeni
Nizami Gəncəvi adına Qızıl medal Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
serageldin.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1944-cü ildə Misir Ərəb Respublikasının Cizə şəhərində anadan olub.

Elmi fəaliyyəti

  • 1972-ci ildə Harvard Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
  • O, bir müddət şəhər və regional planlaşdırma üzrə məsləhətçi vəzifəsini icra etmiş, daha sonra Qahirə və Harvard Universitetlərində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
  • 1992-2000-ci illərdə Dünya Bankının vitse prezidenti olub.
  • 1994-2000-ci illərdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məsləhətçi qrupun sədridir.
  • 1995-2000-ci illərdə Parisin “Fransa Kolleci”ndə “Beynəlxalq Yoxsulluq Əleyhinə Bilik” qurumunun professoru olub.
  • Hollandiyanın Vageningen Universitetinin professorudur.
  • 1996-2000-ci illərdə Qlobal Su Əməkdaşlığının Yoxsullara yardım üzrə Məsləhətçi Qrupun təsisçisi və sabiq rəhbəri olub.
  • 1996-cı ildən 2016-cı ilə qədər Azərbaycan, Rumıniya, Avstraliya, Hindistan, ABŞ, Fransa, Keniya, İtaliya, Misir, Kanada, Livan, İrlandiya, Gürcüstan, Bolqarıstan kimi ölkələrin ayrı-ayrı elmi müəssisələrinin elmlər doktoru, fəxri doktoru kimi adları ilə təltif olunmuşdur.
  • 2006-cı ildən Afrika Birliyinin Biotexnologiya üzrə ali səviyyəli qruplarının həmsədridir.
  • 2006-2007-ci illərdə BMT TŞ-ı tərəfindən çağırılan Sivilizasiyalar İttifaqı üzrə ali səviyyəli qrupun üzvüdür.
  • 2009-cu ildən "AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun " fəxri doktorudur.
  • 2010-cu ildən "Həyat Ensiklopediyası"nın İcraedici Şurasının üzvüdür.
  • 2010-cu ildən "Dünya Rəqəmsal Kitabxanası"nın İcraedici Şurasının üzvüdür.
  • 2010-cu ildən "Odlar Yurdu Universiteti"nin fəxri doktorudur.
  • 2012-2013-cü illərdə Elm, Texnologiya və İnnovasiyalar üzrə Afrika Birliyinin həmsədridir.  
  • 2013-cü ildə İP adreslər və domen adları idarəsi üzrə Korporasiyanın (ICANN) internetin gələcəyinə baxış panelinin üzvüdür.     
  • 2013 və 2016-cı illərdə Dünya Sosial Elmlər Hesabatının Məsləhət komitəsində xidmət edib.
  • 2013-cü ildə - YUNESKO tərəfindən dəstəklənən Dünya Su Ssenarisin­də iştirak edib.   
  • 2016-cı il 11 dekabr tarixində ona Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin, tolerantlıq və multikultu­ralizm, xalqlar arasında qarşılıqlı anlaşma və sülh ideyalarının təbliğində əvəzsiz xidmətlərinə görə Gəncə Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Fəxri Doktor“ diplomu və mantiya ilə təqdim edilib.
  • Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. 
  • 08 may 2024-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qalereya

  • Dr. İsmail Serageldin"Keçmiş, indiki və gələcək İsgəndəriyyə" adlı mühazirədə
    Dr. İsmail Serageldin"Keçmiş, indiki və gələcək İsgəndəriyyə" adlı mühazirədə
  • Elmlər və İncəsənət Avropa Akademiyası bələdiyyə binası-mükafatlandırma mərasimi, 2016 Köln şəhərində
    Elmlər və İncəsənət Avropa Akademiyası bələdiyyə binası-mükafatlandırma mərasimi, 2016 Köln şəhərində
  • Elmlər və İncəsənət Avropa Akademiyası bələdiyyə binası-mükafatlandırma mərasimi, 2016 Köln şəhərində
    Elmlər və İncəsənət Avropa Akademiyası bələdiyyə binası-mükafatlandırma mərasimi, 2016 Köln şəhərində
  • İsgəndəriyyə direktoru : İsmayıl Seragəldin Vikimaniya 2008 bağlanış mərasimində danışarkən
    İsgəndəriyyə direktoru : İsmayıl Seragəldin Vikimaniya 2008 bağlanış mərasimində danışarkən

Həmçinin bax

  • İbrahim İbrahimov (akademik)
  • Teymur Bünyadov (akademik)
  • İvan Şirokoqorov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇smayıl seragəldin sözünün mənası, i̇smayıl seragəldin haqqında məlumat. i̇smayıl seragəldin nədir? i̇smayıl seragəldin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Neyron şəbəkələr

  • Fevral 27, 2026

    Gürcü Arzusu

  • Fevral 23, 2026

    Həqiqi ədədlər

  • Fevral 23, 2026

    General-mayor

  • Mart 06, 2026

    Kərkənc

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst