Canet Rozali Caqan (ing. Janet Rosenberg Jagan) (20.10.1920, Çikaqo – 28.3.2009, Belem, Braziliya) — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti.
| Canet Caqan | |
|---|---|
| ing. Janet Rosenberg Jagan | |
![]() 1997-1999-cu illərdə Qayananın prezidenti olmuş Canet Caqan | |
prezident | |
| 19 dekabr 1997 – 11 avqust 1999 | |
| Əvvəlki | Sam Hinds |
| Sonrakı | Bharrat Cardeo |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Janet Rosalie Rosenberg |
| Doğum tarixi | |
| Doğum yeri | Çikaqo, ABŞ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Belem, Braziliya |
| Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
| Dəfn yeri | |
| Təhsili |
|
| Fəaliyyəti | yazıçı, uşaq ədəbiyyatı yazıçısı, siyasətçi, tibb bacısı |
| Həyat yoldaşı | Çeddi Caqan |
| | |
![]() | |
Həyatı
Detroyt və Ueyn Universitetlərində təhsil almışdır. 1943-cü ildə Ç.B. Caqana ərə getdikdən sonra Britaniya Qvianasına köçmüşdür. Ərinin stomatoloji klinikasında tibb bacısı işləmişdir. Qadın hüquqları uğrunda mübarizə aparmış, 1946-cı ildə Qadınların iqtisadi və siyasi təşkilatının yaradılmasında iştirak etmiş, 1953-cü ildə Mütərəqqi qadın təşkilatının rəhbəri olmuşdur. 1950-ci ildə əri ilə birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir (1970-ci ilə qədər onun baş katibi olmuşdur).
Fəaliyyəti
1957–61-ci illərdə əmək, səhiyyə və mənzil təsərrüfatı naziri, 1963–64 illərdə daxili işlər naziri vəzifələrində çalışmışdır. 1976–97-ci illərdə Milli assambleyanın deputatı idi. 1970–97-ci illərdə Qayana jurnalistlər ittifaqının prezidenti, 1973–97-ci illərdə MXP-nin mərkəzi orqanı olan “Mirror” qəzetinin redaktoru olmuşdur. 1993-cü ildə bir neçə ay BMT yanında Qayananın daimi nümayəndəsi vəzifəsini icra etmişdir. 1997-ci ilin aprelində baş nazir təyin edilmiş, həmin ilin dekabr ayında ölkənin prezidenti seçilmişdir. Lakin ABŞ-də doğulmuş ağdərili qadının prezident olması ilə barışmayan müxalifət onun istefası tələbi ilə kütləvi çıxışlar törətmişdir. Caqanın 1998-ci ilin dekabrında yenidən prezident seçilməsi ölkədə siyasi gərginliyi daha da artırmışdır. Caqan 1999-cu il avqustun 8-də səhhəti ilə əlaqədar vaxtından əvvəl istefa vermişdir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, canet caqan sözünün mənası, canet caqan haqqında məlumat. canet caqan nədir? canet caqan nə deməkdir?

