Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anatoli Andreyeviç Banişevski (23 fevral 1946, Bakı – 10 dekabr 1997, Bakı) — Ukrayna əsilli Azərbaycan futbolçusu və məşqçisi.

Anatoli Banişevski

  • Ana Səhifə
  • Vikipediya
  • Anatoli Banişevski

Anatoli Andreyeviç Banişevski (23 fevral 1946, Bakı – 10 dekabr 1997, Bakı) — Ukrayna əsilli Azərbaycan futbolçusu və məşqçisi.

Anatoli Banişevski
Anatoli Banişevski 1967-ci ildə
Anatoli Banişevski 1967-ci ildə
Ümumi məlumatlar
Tam adı Anatoli Andreyeviç Banişevski
Ləqəbi Banya
Doğum tarixi 23 fevral 1946(1946-02-23)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 10 dekabr 1997(1997-12-10) (51 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Boyu 1.74 m
Çəkisi 78 kq
Mövqeyi Hücumçu
Karyerası
Klub karyerası
1964–1978 SSRİ Neftçi 288 (121)
Milli yığma
1965–1972 SSRİ SSRİ 50 (19)
Məşqçisi olduğu klublar
1981–1982 Azərbaycan Sovet Sosialist Respublikası Neftçi
1984–1987 Azərbaycan Sovet Sosialist Respublikası Avtomobilçi
1987–1988 Burkina-Faso Burkina-Faso (olimp.)
1988 Azərbaycan Sovet Sosialist Respublikası Kəpəz
Təltif və medalları
Avropa çempionatları
Gümüş Belçika 1972
Dövlət mükafatları

"Şöhrət" ordeni — 19961996


  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anatoli Banişevski UEFA-nın versiyasına görə 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.

Mündəricat

Həyatı

Erkən illəri

Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində anadan olub.

Futbolçu karyerası

Klub karyerası

Uşaq futboluna Bakının "Lokomotiv" klubunda başlayıb. Razində (indiki Bakıxanov qəsəbəsi) "Lenin komsomolu" adına stadionda "Lokomotiv"lə "Spartak"ın oyunu keçirilirdi. "Neftyanik" (indiki "Neftçi") baş məşqçisi Boris Arkadyev və Ələkbər Məmmədov da oyuna baxır, ən perspektivli oyunçuları seçirdilər. Lokomotiv 4:3 hesabı ilə qalib gəlsə də, rəqibin qapısına vurulan topun üçünü də Banişevski vurmuşdu. Banişevskinin böyük futbola sıçrayışı bax, həmin oyundan başladı. 16 yaşında "Neftyanik"ə cəlb olunan Banişevski 1963-cü ildə komandanın əsas heyətində debüt edib. O, peşəkar karyerası ərzində — 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib. "Neftçi"nin 1966-cı ildə futbol üzrə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. 1966-cı ildə "Neftyanik" bürünc medal qazanandan sonra Heydər Əliyev ona ev vermişdi.

Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib.

Milli komanda karyerası

Banişevski SSRİ yığmasının məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında Nikolay Morozov tərəfindən SSRİ yığma komandasına cəlb edilib. 1965-ci ildə Moskvada keçirilən SSRİ–Braziliya oyununda Banişevski oyunun qurtarmasına 15 dəqiqə qalmış Valentin İvanovu əvəz etdi. Bu onun ilk debütü oldu. Tezliklə Banişevski məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb. Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş 1966 FİFA Dünya Kubokunda da iştirak edib. 1968 və 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarına da qatılan Banişevski son yarışda gümüş mükafata layiq görülüb. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib.

Məşqçi karyerası

Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A. Banişevski 1983-cü ildə "Neftçi"dən ayrılmaq qərarına gəlib. 1984–1987-ci illərdə Mingəçevirin "Avtomobilçi" futbol klubunun məşqçisi olmuşdur. 1987–1988-ci illərdə isə Burkina-Fasoda məşqçi vəzifəsində çalışmışdır. Bu illər Afrika ölkəsinin siyasi həyatın burulğanlı dövrünə təsadüf edirdi. Hətta bir dəfə silahlı üsyançılar futbol matçı zamanı meydana soxulublar, onun gözünün qarşısında ölkənin ali rəhbərlərindən kimisə vəhşicəsinə qətlə yetiriblər. Həmin hadisədən sonra dəhşətli qorxu hissi keçirən Anatolidə şəkərli diabet xəstəliyi gücləndi.

Son illəri

Banişevski 1978-ci ilin sonlarında karyerasını bitirdi. Banişevskinin əsas problemlərindən biri idman rejimini qorumaması idi. Zərərli vərdişlərə hədsiz meyilli olması, spirtli içkilərdən imtina edə bilməməsi, onun təkcə karyerasına yox, səhhətinə də ciddi zərbə vurdu. Artıq 33 yaşında Banişevskidə şəkər xəstəliyinin əlamətləri hiss olunmağa başladı. Bir tərəfdən xəstəlik, bir tərəfdən işsizlik Banişevski üçün ciddi fəsadlar yaratdı. 1979-cu ildən başlayan şəkərli diabet ona çox əziyyət verirdi. 1988-ci ildə xəstəlik onda artıq kəskinləşdi. Hətta komaya da düşdüyü vaxtlar olurdu. O, iynədən dəhşətli dərəcədə qorxurdu. Ona spirtli, soyuq içkilər, yağlı və qızardılmış yeməklər olmazdı. Lakin o, evdən kənarda bunlara nəzarət etmirdi. Banişevski Afrikadan qayıdarkən artıq Bakıda da ictimai-siyasi vəziyyət xeyli pisləşmişdi və onun müalicəsinə təsir edirdi. Bakıya döndükdən sonra müalicəsi ilə ciddi məşğul olmaması, həkimlərin tələb etdiyi pəhriz qaydalarına əməl etməməsi, onun səhhətini daha da pisləşdirir. Anatoli yaddaşının pozulmasına görə bəzən evdən çıxır və hara gedəcəyini də unudurdu. Evə dönərkən çətinlik çəkəndə ətrafdakıların ona kömək etməsi üçün ünvanı yazılmış kağız parçasını həmişə cibində gəzdirirdi.

Ölümü

Anatoli Banişevskinin İkinci Fəxri Xiyabandakı məzarı.

Anatoli Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Şəxsi həyatı

1966-cı ildə Anatoli Banişevski İrina Banişevskaya ilə ailə həyatı qurmuş və 1996-cı ildə boşanmışdı. Milena və Marina adlı qızları var. Boşandıqdan sonra Anatoli evini itirir və spirtli içkilərə aludə olur. Lakin onu bu çətin vəziyyətdən ömrünün son illərində ona qayğı göstərən köhnə tanışı və pərəstişkarı Səidə adlı xanım xilas etdi. Anatoli və Səidə bir müddət sonra evlənirlər. Nəvəsi Əli Babayev Banişevski də futbolçudur. Neftçi U-16 komandasında, Şuşa Qalası FK və MOİK klublarında oynayıb.

Aktyor Andrey Mironov və müğənni Vladimir Vısotski ilə çox yaxın münasibətləri vardı.

İrsi

2 fevral 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.

Ədəbiyyatda

2013-cü ildə futbol yazarı Rasim Mövsümovun (Mövsümzadə) müəllifi olduğu "Bir qolun tarixçəsi" adlı araşdırma kitabı nəşr olunub. Bu kitab Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında SSRİ yığmasının heyətində Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir.

Haqqında çəkilən filmlər

  1. 9 nömrəli oyunçu (film, 2007)
  2. Azərbaycan futbolunun əfsanələri. Anatoli Banişevski (film, 2012)

SSRİ milli futbol komandasının heyətində vurduğu qollar

#TarixMəkanRəqibHesabNəticəTurnir
1.3 oktyabr 1965Georgios Karaiskakis stadionu, Pirey, YunanıstanYunanıstan Yunanıstan0–21–41966 FİFA Dünya Kubokunun seçmə mərhələsi
2.3 oktyabr 1965Georgios Karaiskakis stadionu, Pirey, YunanıstanYunanıstan Yunanıstan1–31–41966 FİFA Dünya Kubokunun seçmə mərhələsi
3.3 oktyabr 1965Georgios Karaiskakis stadionu, Pirey, YunanıstanYunanıstan Yunanıstan1–41–41966 FİFA Dünya Kubokunun seçmə mərhələsi
4.17 oktyabr 1965Kopenhagen İdman Parkı, Kopenhagen, DanimarkaDanimarka Danimarka0–21–31966 FİFA Dünya Kubokunun seçmə mərhələsi
5.27 oktyabr 1965Ninian Park, Kardiff, UelsUels Uels0–12–11966 FİFA Dünya Kubokunun seçmə mərhələsi
6.21 noyabr 1965Marakana stadionu, Rio-de-Janeyro, BraziliyaBraziliya Braziliya2–12–2Yoldaşlıq oyunu
7.1 dekabr 1965Monumental stadionu, Buenos-Ayres, ArgentinaArgentina Argentina0–11–1Yoldaşlıq oyunu
8.4 dekabr 1965Sentenario stadionu, Montevideo, UruqvayUruqvay Uruqvay1–21–3Yoldaşlıq oyunu
9.18 may 1966Generali Arena, Praqa, ÇexoslovakiyaÇexoslovakiya Çexoslovakiya0–11–2Yoldaşlıq oyunu
10.18 may 1966Generali Arena, Praqa, ÇexoslovakiyaÇexoslovakiya Çexoslovakiya1–21–2Yoldaşlıq oyunu
11.5 iyun 1966Mərkəzi Lenin stadionu, Moskva, SSRİFransa Fransa2–23–3Yoldaşlıq oyunu
12.12 iyul 1966Eyrsom Park, Midlsbro, Birləşmiş KrallıqŞimali Koreya Şimali Koreya2–03–01966 FİFA Dünya Kuboku
13.16 iyul 1967Tbilisi Mərkəzi stadionu, Tbilisi, SSRİYunanıstan Yunanıstan1–04–0UEFA Avro 1968 seçmə mərhələsi
14.16 iyul 1967Tbilisi Mərkəzi stadionu, Tbilisi, SSRİYunanıstan Yunanıstan3–04–0UEFA Avro 1968 seçmə mərhələsi
15.6 sentyabr 1967Kupittaan stadionu, Turku, FinlandiyaFinlandiya Finlandiya2-32–5UEFA Avro 1968 seçmə mərhələsi
16.31 oktyabr 1967Georgios Karaiskakis stadionu, Pirey, YunanıstanYunanıstan Yunanıstan0-10–1UEFA Avro 1968 seçmə mərhələsi
17.7 iyun 1971Mərkəzi Lenin stadionu, Moskva, SSRİKipr Kipr5-16–1UEFA Avro 1972 seçmə mərhələsi
18.19 aprel 1972Olimpiya Milli İdman Kompleksi, Kiyev, SSRİPeru Peru1-02–0Yoldaşlıq oyunu
19.13 may 1972Mərkəzi Lenin stadionu, Moskva, SSRİYuqoslaviya Yuqoslaviya2-03–0UEFA Avro 1972 seçmə mərhələ 1/4 final

Təltif və mükafatları

  • "Qriqori Fedotov klubu"nun üzvü
  • 1966 — SSRİ Futbol üzrə SSRİ çempionatının bürünc medalçısı: 1966
  • 1972 — Belçika UEFA Avropa Kuboku 1972 gümüş medalçısı
  • 1996 — Azərbaycan "Şöhrət" ordeni
  • 2004 — UEFA versiyasına görə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu
  • 2004 — Azərbaycan Apasport.az saytının variantına görə "Azərbaycanın 100 illik futbol tarixi ərzində ən yaxşı futbolçusu"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, anatoli banişevski sözünün mənası, anatoli banişevski haqqında məlumat. anatoli banişevski nədir? anatoli banişevski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Qazax rayonu

  • Fevral 27, 2026

    Fedra

  • Fevral 27, 2026

    Qlazqo Universiteti

  • Fevral 25, 2026

    Raşidi xilafət

  • Fevral 27, 2026

    Türgiş xaqanlığı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst