Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Andrey Mironov (7 mart 1941, Moskva – 16 avqust 1987, Riqa) — sovet kino və teatr artisti, rejissor, ssenarist, estrada müğənnisi, RSFSR-in Xalq artisti. "Brily

Andrey Mironov

  • Ana Səhifə
  • Vikipediya
  • Andrey Mironov

Andrey Mironov (7 mart 1941, Moskva – 16 avqust 1987, Riqa) — sovet kino və teatr artisti, rejissor, ssenarist, estrada müğənnisi, RSFSR-in Xalq artisti. "Brilyant əl", "Avtomobildən qorun" və "On iki stul" kimi ən məşhur sovet filmlərində baş rolları ifa edib. Andrey Mironov həm də məşhur müğənni idi.

Andrey Mironov
rus. Андрей Александрович Миронов
Doğum adı Андрей Александрович Менакер
Doğum tarixi 7 mart 1941(1941-03-07)
Doğum yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat tarixi 16 avqust 1987(1987-08-16) (46 yaşında)
Vəfat yeri
  • Riqa, Latviya SSR, SSRİ
Vəfat səbəbi insult
Dəfn yeri
  • Vaqankovo qəbiristanlığı
Həyat yoldaşı Yekaterina Qradova
Fəaliyyəti aktyor, müğənni, kino aktyoru, aparıcı, televiziya aparıcısı, ssenarist
Fəaliyyət illəri 1960–1987
Təhsili
  • Boris Şukin adına Teatr İnstitutu[d] (1958–1962)
Mükafatları "RSFSR xalq artisti" fəxri adı "RSFSR əməkdar artisti" fəxri adı
"Əmək igidliyinə görə" medalı
IMDb ID0592490
{{{imzanın izahı}}}
amironov.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

«Brilyant əl» filmindən səhnə. Yuri Nikulin və Andrey Mironov İçərişəhər Cümə məscidinin fonunda.

Andrey Mironov 7 mart 1941-ci ildə Moskva şəhərində tanınmış estrada artistləri rus əsilli Mariya Vladimirovna Mironova və rus yəhudisi Aleksandr Seminoviç Menakerin ailəsində anadan olub. Onun hər iki valideyni tanınmış aktyor idi və "Mironova və Menaker" adlı komediya dueti kimi birlikdə çıxış edirdilər.

Artist 7 mart tarixində anadan olsa da, valideynləri doğum tarixini 8 mart yazdırmışlar və belə bir söz işlədirdilər "Andrey - 8 mart üçün qadınlara bir hədiyyədir."

1948-ci ildə Moskva şəhər 170 saylı oğlanlar məktəbində birinci sinifə başlayıb. 1950-ci ildə valideynləri onun soyadını dəyişib Mironov adlandırmışlar.

Karyerası

Andrey Mironov 1950-ci illərin əvvəllərində Vaxtanqov Teatr Məktəbində təhsil alıb. 1958–1962-ci illərdə o, Moskvadakı Şçukin Məktəbində aktyorluq təhsili alıb. 18 iyun 1962-ci ildən 1987-ci ilə qədər Mironov Moskva Akademik Satira Teatrının truppasının daimi üzvü olub. 1961-ci ildə o, ilk dəfə "Bu Sevgi Ola bilərmi?" filmində rol almışdı. 1963-cü ildə o, Genrix Oqanesyanın "Üç üstəgəl iki" komediyasında baş rol oynayıb, sonra Aleksandr Zarxinin "Mənim kiçik qardaşım" filmində rol alıb.

Andrey Mironovun həqiqi uğuru Eldar Ryazanovun quruluşunda çəkilmiş "Diqqət" filmində olub. Burada o, İnnokenti Smoktunovski ilə birlikdə rol alıb. 1969-cu il Leonid Qaydayın "Brilyant əl" filminin nümayişi ilə yadda qaldı. Bu film bir neçə nəsil ruslar üçün ikonik əsərə çevrildi və tamaşaçı sayına görə (76,7 milyon) 1-ci yerdə qərarlaşdı.

Andrey Mironov Eldar Ryazanov, Leonid Qayday, Mark Zaxarov və digər rejissorların filmlərindəki rolları ilə tanınır və sevilirdi. Onun geniş komediya diapazonu vardı və müxtəlif rollar ifa edirdi (məsələn, sovet məmuru, Fiqaro, romantik casus, ziyalı, fırıldaqçı, amerikalı kino pioneri, nağıl danışan və s.).

1987-ci ildə Latviya turunun birində o, "Fiqaronun toyu" əsərində baş rol oynayarkən səhnədə huşunu itirdi. Digər aktyorlar onun infarkt keçirdiyini düşünərək tələsik nitroqliserin verdilər — bu dərman adətən infarkt xəstələrinə verilir, lakin səhvən beyin qan dövranı xəstəliyi olanlara verildikdə həyati təhlükə yarada bilər. O, xəstəxanaya çatdırıldı və iki gün sonra ölmüş elan edildi. Onun ölümü yaxın dostu və tez-tez birgə rol aldığı Anatoli Papanovun vəfatından cəmi on bir gün sonra baş verdi.

Şəxsi həyatı

Andrey Mironov iki dəfə evlənmişdi və hər iki dəfə sovet aktrisaları ilə evli olmuşdu. İlk dəfə Yekaterina Qradova ilə evlənmişdi, və bir qızı olmuşdu — Mariya Mironova, ikinci dəfə isə Larisa Qolubkina ilə evlənmişdi; Larisa həm müğənni, həm də aktrisa idi. Andrey Mironovun Mariya Mironova və övladlığa götürdüyü qızı Mariya Qolubkina (Larisa ilə evliliyindən) rus kinosunda uğurlu karyera qurmuşdular.

Mükafatları

Andrey Mironov 1980-ci il dekabrın 18-də ona RSFSR-in Xalq artisti fəxri adına layiq görülüb. O, həmçinin "Əmək igidliyinə görə" medalı ilə təltif olunub.

Filmoqrafiya

  1. Üç üstəgəl iki (film, 1963)
  2. Avtomobildən qorun (film, 1966)
  3. Brilyant əl (film, 1968)
  4. Qocalar-quldurlar (film, 1971)
  5. İtalyanların Rusiyada ağlasığmaz macəraları (film, 1973)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Andrey Mironov haqqında məlumat. Andrey Mironov nədir? Andrey Mironov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Saraqosa

  • Fevral 27, 2026

    Vaqif Sadıqov

  • Fevral 27, 2026

    Qum bazilikası

  • Fevral 27, 2026

    Formalizm

  • Fevral 27, 2026

    Məmməd Bürcəliyev

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst