Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aişə Xatun (1476, Bağçasaray – 1539, İstanbul) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin xanımı və Krım xanı Məngli Gərayın qızı.

Aişə Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Aişə Xatun

Aişə Xatun (1476, Bağçasaray – 1539, İstanbul) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin xanımı və Krım xanı Məngli Gərayın qızı.

Aişə Xatun
türk. Ayşe Hatun
Şəxsi məlumatlar
Doğum tarixi 1476
Doğum yeri Bağçasaray, Krım xanlığı
Vəfat tarixi 1539 (62–63 yaşında)
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Fəaliyyəti əsilzadə
Atası Məngli Gəray
Həyat yoldaşları Şahzadə Mehmed
Yavuz Sultan Səlim
Uşağı Fatma xanım Sultan
Ailəsi Gəraylar

Həyatı

Həyatı haqqında yetərli məlumat yoxdur. Atası Məngli Gəray həm Krımdakı səltənətini gücləndirmək, həm də Osmanlıda davam edən taxt mübarizəsində yer almaq məqsədilə şahzadələrdən birinə yaxınlaşmaq niyyətində idi. İlk seçimi Sultan Bəyazidin ən kiçik oğlu və Krım yaxınlığındakı Kəfədə sancaqbəyi olan Şahzadə Mehmed oldu. Gəlinən qarşılıqlı razılığa əsasən, Aişə Xatun 1504-cü ildə Şahzadə Mehmedlə nikahlandı. Bəzi mənbələrə görə, şahzadənin Fatma xanım Sultan (ö. 1566) adlı yeganə övladı məhz bu nikahdan dünyaya gəlmişdir. Ancaq taxt mübarizəsinin qızğın ərəfəsində ikən Şahzadə Mehmed 1507-ci ildə anidən vəfat etdi. Üstəlik onun taxt mübarizəsini davam etdirəcək bir oğlu da yox idi. Bu səbəblə yeni evlilik sazişi bağlananadək Aişə Xatun Krıma geri qaytarıldı.

Bu səbəblə, Məngli Gəray qurulan bu ittifaqı davam etdirmək məqsədilə, qızını bu dəfə də Sultan Bəyazidin Trabzonda sancaqbəyi olan oğlu Şahzadə Səlimlə evləndirmək istədi. Üstəlik Şahzadə Səlimin bir varisi və taxt iddiasını dəstəkləyən güclü müttəfiqləri vardı. Ancaq bu müttəfiqlərinin dəstəyinə baxmayaraq, Şahzadə Səlim 1511-ci ilin avqustunda Çorlu yaxınlığında atasına məğlub oldu və az sayda adamıyla birlikdə Kəfəyə, ordan isə Krıma qaçdı. Burada ikən Məngli Gərayın ittifaq təklifini qəbul etdi və atasının etirazlarına baxmayaraq xanın qızı Aişə Xatunla nikahlandı.

Bu əsnada Sultan Bəyazid öncə böyük oğlu Şahzadə Əhmədi, daha sonra isə Şahzadə Qorqudu İstanbula çağıraraq taxtı onlara verməyə cəhd etmiş, ancaq paytaxtdakı yeniçərilər və dövlət bürokratiyasındakı Səlim tərəfdarları buna qarşı çıxmışdı. Bu səbəblə əlacsız qalan Sultan Bəyazid Şahzadə Səlimə məktub yazaraq onu paytaxta çağırdı və taxtı təhvil verdi.

Beləcə, Aişə Xatun da Şahzadə Səlimlə birlikdə İstanbula yola düşdü və onun digər taxt iddiaçılarını (qardaşları və onların oğulları) aradan qaldırdığı müddət boyunca 1513-cü ilin aprelinədək İstanbulda onu gözlədi. Tamamilə siyasi bir evlilik olan bu nikahdan övladı olmayan Aişə Xatun bəzi mənəblərdə Bəyxan və Şah Sultanın anası olaraq qeyd edilsə də, onların doğum və evlənmə tarixləri bu iddianı çürüdür. Yavuz Sultan Səlimin vəfatının ardından köhnə saraya göndərilən Aişə Xatunun son illəriylə bağlı məlumat yoxdur. 1539-cu ildə köhnə sarayda vəfat etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aişə Xatun haqqında məlumat. Aişə Xatun nədir? Aişə Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Məsih

  • Fevral 23, 2026

    21 yanvar

  • Fevral 27, 2026

    Cecim

  • Fevral 27, 2026

    İnsulin

  • Fevral 25, 2026

    Pyetro Perucino

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst