Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pyetro Perucino (it. Pietro Perugino, Pietro di Cristoforo Vannucci, Pietro della Pieve; 1448 – 1523) — italyan intibahı dövrünün rəssamı, Umbriya məktəbinin nü

Pyetro Perucino

  • Ana Səhifə
  • Vikipediya
  • Pyetro Perucino

Pyetro Perucino (it. Pietro Perugino, Pietro di Cristoforo Vannucci, Pietro della Pieve; 1448 – 1523) — italyan intibahı dövrünün rəssamı, Umbriya məktəbinin nümayəndəsi, Rafael Santinin müəllimi. "Perucino" ləqəbini (daha əvvəl: "della Pieve") doğulduğu yerdən almışdır.

Pyetro Perucino
it. Pietro Perugino
Doğum tarixi 1448(1448)
Vəfat tarixi 1523(1523) (74–75 yaşında)
Vəfat səbəbi Qara ölüm
Fəaliyyəti rəssam
Stillər İntibah dövrü
Tələbələri Rafael Santi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Pyetro Peruca (Umbriya) şəhərindən 35 km məsafədə yerləşən Città della Pieve-də anadan olub. İncəsənət tarixçiləri Vannuççi ailəsinin sosial-iqtisadi vəziyyəti ilə bağlı mübahisə etməyə davam edirlər. Bəziləri Vannuççinin yoxsulluq içində olduğunu iddia edir, bəziləri isə ailəsinin şəhərin ən varlı ailələrindən biri olduğunu söyləyirlər. Rəssamın dəqiq doğum tarixi məlum deyil, lakin onun ölüm yaşına əsasən, Corco Vazarinin qeyd etdiyi kimi, onun 1446-1452-ci illər arasında doğulduğu güman edilir.

Pyetro çox güman ki, Bartolomeo Kaporali və ya Fiorenso di Lorenso kimi Peruciadakı yerli emalatxanalarda rəsm öyrənməyə başlayıb. 1470-ci ildə Florensiyaya gəlib və Vazarinin dediyinə görə Leonardo da Vinçi, Domeniko Qirlandyo, Lorenso di Kredi, Filippino Lippi və başqaları ilə birlikdə Andrea Verrokkionun emalatxanasında şagird olub. Piero della Françeskanın ona perspektiv qaydalarını öyrətdiyi güman edilir. 1472-ci ildə Perucino güman edilir ki, Compagnia di S. Luca məktəbində sənətkar kimi qeydiyyatdan keçərək şagirdliyini tamamlayıb.

1481-ci ildə İtaliyanın ən yaxşı rəssamları (Sandro Bottiçelli, Domeniko Qirlandayo, Cosimo Rosselli, Luca Signorelli və başqaları) arasında artıq məşhur sənətkar idi. Perucino Papa IV Sikst tərəfindən Vatikanda Sikstin kapellasının rəsmlərinin çəkilməsində iştirak etmək üçün Romaya dəvət edilib. Perucinonu köməkçisi Pinturikkyio müşayiət edirdi. Perucino Pinturikyonun köməyi ilə "Məsihin vəftizi", "Həvari Peterə açarların verilməsi", " Musanın oğlu Eleazarın sünnəti " kompozisiyalarını çəkdi. Mehrabın divarında yerləşən "Məsihin doğulması" və "Musanın tapılması" freskaları isə sonradan Mikelancelonun "Qiyamət günü" kompozisiyasına yer açmaq üçün söküldü.

1486-1499-cu illərdə Perucino əsasən Florensiyada işləmiş, bir dəfə Romaya, bir neçəsi Peruciyaya səfər etmiş, burada ikinci emalatxanası olmuşdu. Perucino çoxlu sayda sifarişlər almışdı. Onun Pieta əsəri (1483-93, indiki Uffizi qalereyası) Perucinonun adi sentimental dindarlığından məhrum olan qeyri-səciyyəvi dərəcədə sərt əsərdir. Vazarinin dediyinə görə, Perucino 1493-cü ilin sentyabrında memar Luka Fançellinin qızı Çiara ilə evlənmək üçün Florensiyaya qayıtmalı olmuşdu. Elə həmin il Perugino başqa yerdə işləməyə davam etsə də, Florensiyanı yenidən daimi evinə çevirdi.

1480-1490-cı illərdə Perucino İtaliyanın ən məşhur rəssamlarından biri idi. 1491-ci ildə Florensiyada Santa Maria del Fiore kafedralinin fasadının bəzədilməsi layihələrini nəzərdən keçirmək üçün komissiyanın işində iştirak etdi və 1504-cü ildə Mikelancelo Buonarrotinin əsəri olan Davidin heykəli üçün yer seçmək tapşırığı verilmiş rəssamlar komissiyasının tərkibində iştirak etdi.

1520-ci ildə Rafaelin ölümündən sonra müəllimi Perucia kilsəsində böyük şagirdin yarımçıq qoyduğu freskaları tamamladı. Rafaeldən başqa bir çox rəssam Perucinonun botteqasında (emalatxanasında) təhsil alıb.

Qalereya

  • Пьета. 1494—1495. Дерево, масло. Уффици, Флоренция
    Pyeta. 1494-1495. Taxta, yağ. Uffizi, Florensiya
  • Оплакивание Христа (Положение во гроб). 1495. Палаццо Питти, Флоренция
    Məsihin mərsiyəsi. 1495. Palazzo Pitti, Florensiya
  • Обручение Марии. Ок. 1503. Дерево, масло. Музей изобразительных искусств, Кан (приписывается Ло Спанья ?)
    Məryəmin nişanı. Təxminən 1503. Yağlı boya. Gözəl Sənətlər Muzeyi, Kan
  • Вручение ключей апостолу Петру. 1480—1482. Фреска. Сикстинская капелла, Ватикан
    Həvari Pyotrun açarlarının təqdimatı . 1480-1482. Fresk. Sikstin kapellası, Vatikan
  • Мадонна на троне с Младенцем и святыми Иоанном Крестителем и Августином. 1494. Дерево, темпера. Церковь Сант-Агостино, Кремона
    Madonna körpəsi və vəftizçi Yəhya və Avqustin ilə birlikdə taxta çıxır. 1494. Ağac, tempera. Sant'Agostino kilsəsi, Kremona
  • Мадонна с Младенцем. Дерево, масло. Музей Фицуильяма, Кембридж
    Madonna körpəsi ilə. Paneldə yağlı boya. Fitzwilliam Muzeyi, Kembric
  • Мадонна с Младенцем. 1501. Дерево, масло. Национальная галерея искусства, Вашингтон
    Madonna körpəsi ilə. 1501. Paneldə yağlı boya. Milli İncəsənət Qalereyası, Vaşinqton
  • Алтарь Теци. Примерно 1500 год
    Tetsi mehrabı, 1500.
  • Святой Себастьян. 1493—1494. Дерево, темпера, масло. Государственный Эрмитаж, Санкт-Петербург
    Müqəddəs Sebastyan . 1493-1494. Taxta, tempera, yağlı boya. Dövlət Ermitaj muzeyi, Sankt-Peterburq
  • Sevgi və İffət döyüşü . 1503-1505. Kətan üzərində yağlı boya. Luvr, Paris
  • В. Д. Сверчков. Дева Мария. Фрагмент копии с картины П. Перуджино «Поклонение младенцу Христу». 1847. Дерево, масло. Палаццо Питти, Флоренция

Ədəbiyyat

  • Canuti F., Il Perugino, v. 1-2, Siena, 1931.
  • Элиасберг Н. Пьетро Перуджино. М.: Искусство, 1966.
  • Дунина М. В. «Вознесение Девы Марии» Пьетро Перуджино из алтарной композиции для церкви Сантиссима-Аннунциата во Флоренции: метод работы мастерской и репутация живописца // Актуальные проблемы теории и истории искусства: сб. науч. статей. Вып. 7. / Под ред. С. В. Мальцевой, Е. Ю. Станюкович-Денисовой, А. В. Захаровой. СПб.: Изд-во СПбГУ, 2017. С. 522—531. ISSN 23122129. http://dx.doi.org/10.18688/aa177-5-53

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pyetro Perucino haqqında məlumat. Pyetro Perucino nədir? Pyetro Perucino nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Ruh

  • Fevral 23, 2026

    Sünnə

  • Fevral 23, 2026

    Xristianlıqda Oğul

  • Fevral 23, 2026

    Transliterasiya

  • Fevral 23, 2026

    6 noyabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst