Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç

Qızıl Şəfəq

  • Ana Səhifə
  • Vikipediya
  • Qızıl Şəfəq

Qızıl Şəfəq (1935-ci ilə qədər Cücəkənd) — Ermənistanın Loru mahalında kənd.

Cücəkənd
41°10′46″ şm. e. 44°10′52″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.590 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 177 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Cücəkənd xəritədə
Cücəkənd
Cücəkənd

Mündəricat

Tarixi

1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq "y" səsi düşmüş, Cüycikənd i~ə səsəvəzlənməsi nəticəsində Cücəkənd formasında qalmışdır.

Toponim monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan cuci ulusunun adından yaranmışdır. Yəni toponim cuci nəsil adı ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur.

Əhalisi

Kənddə 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 210 nəfər, 1914-cü ildə 468 nəfər, 1916-cı ildə 399 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar deportasiyaya məruz qalmışdır. Indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz ocaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 474 nəfər, 1926-cı ildə 498 nəfər, 1931-ci ildə 623 nəfər, 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşlar. İndi burada Şamaxının Kərkəng kəndindən gələn ermənilər yaşayır.

Tanınmış şəxsiyyətləri

  • Afad Qurbanov ― professor, akademik, filologiya elmləri doktoru, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
  • Əhməd Oğuz ― ssenari müəllifi. Kino redaktoru, şair, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  • Mövlud Süleymanlı ― nasir, dramaturq, yazıçı, ssenari müəllifi, əsər müəllifi. Kino məsləhətçisi 1980-ci ildən AYB-nin üzvü, Azərbaycanın хalq yazıçısı, Əməkdar incəsənət хadimi.
  • Miraslan Bəkirli ― Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qızıl Şəfəq haqqında məlumat. Qızıl Şəfəq nədir? Qızıl Şəfəq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bretanlı Anna

  • Fevral 27, 2026

    Qamışlıq pişiyi

  • Fevral 27, 2026

    Sərçəkimilər

  • Fevral 27, 2026

    Qobustan (film)

  • Fevral 27, 2026

    Cryptocarya foetida

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst