Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşıq Alı və ya Aşıq Qızılvəngli (1801, Qızılvəng, İrəvan xanlığı – 1911, Qızılvəng, Yeni Bəyazid qəzası) — XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən bi

Aşıq Alı

  • Ana Səhifə
  • Vikipediya
  • Aşıq Alı

Aşıq Alı və ya Aşıq Qızılvəngli (1801, Qızılvəng, İrəvan xanlığı – 1911, Qızılvəng, Yeni Bəyazid qəzası) — XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri.

Aşıq Alı
Haqverdiyev Alı Mirzə oğlu
Aşıq Alının portreti(Rəssam:Nəcəfqulu İsmayılov)
Aşıq Alının portreti
(Rəssam:Nəcəfqulu İsmayılov)
Doğum adı Alı
Təxəllüsləri Aşıq, Şıx
Doğum tarixi 1801(1801)
Doğum yeri
  • Qızılvəng, İrəvan xanlığı, Qacar dövləti
Vəfat tarixi 1911(1911) (109–110 yaşında)
Vəfat yeri
  • Qızılvəng, Yeni Bəyazid qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat səbəbi qocalıq
Dəfn yeri
  • Qızılvəng
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Bəsdi Niftalı qızı
Uşaqları Məhəmməd, Abdulla, İsmayıl, Sənəm, Mələk
Atası Mirzə
Anası Mənzər (bəzi mənbə:Fatma)
Fəaliyyəti aşıqlıq
Əsərlərinin dili azərbaycanca
Janr Aşıq şeiri
Tanınmış əsərləri
  • Aşıq Alı. Əsərləri. Bakı, "Avrasiya press", 2006, 192 səh.[d]
Vikimənbənin loqosu Aşıq Alı Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Aşıq Alı Azərbaycan poçt markasında

Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun babası Haqverdinin Dərələyəz mahalının Milli dərəsindəki Gilan kəndindən qohum-əqrabası ilə birlikdə Qızılvəng kəndinə köçdüyü bildirilir. Bir neçə mənbədə, o cümlədən Fərman Kərimzadə, Şamil Əsgərov və Əli Əmirovun yazılarında onun kürd olduğu qeyd edilmişdir. Nazir Əhmədliyə görə, Aşıq Alı mənşəcə ya kürd, ya da ayrım olmuşdur. Tədqiqatçı Maşallah Xudubəyli bu fikirləri "təxribat" adlandırmış, Aşıq Alının əslən göyçəli olduğunu əlavə etmişdir.

O, 16–17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb. Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən biri Aşıq Ələsgərdir. Rəvayətə görə müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişmişlər və aşıq Alı Ələsgərə məğlub olmuşdur. Bir başqa rəvayətə görə aşıq Alı sazını tələbəsinə hədiyyə etmək üçün qəsdən Ələsgərə yenilmiş, Ələsgər isə sazı götürməyib "Bir şəyird ki ustadına kəm baxar, Onun gözlərinə ağ damar, damar" demişdir. Aşıq Alı Azərbaycan aşıq şeri tarixində Aşıq Ələsgərin ustadı kimi tanınsa da, onun özü də çox azman ruhlu, coşqun təbli sənət fədaisi imiş. Ustadı Aşıq Allahverdi (Ağ Aşıq) də onu bütün şagirdlərindən daha artıq, öz oğlu kimi sevirmiş.

Aşıq Alı Türkiyə (Şərqi Anadolu) səfəri zamanı Yığval (İqbal) və Zəki kimi tanınmış saz-söz sənətkarları ilə deyişərək, onları bağlayıbmış. Qayıdarkən səfər yoldaşı, ustad Aşıq Duraxandan ayrılan Aşıq Alı Qorçu Əsədlə Quldar Baydar adlı kəndə gəlir və orada Əsmər xanımla deyişib, onu da bağlayır. Əsmər xanım Alıya "böyük nəmər" (pul və hədiyyə) verərək onunla evlənməyi təklif edir, lakin Aşıq Alı ilqarından dönmür.

Aşıq Alının Türkiyə səfəri, bu səfər zamanı oradakı aşıqlarla deyişməsi "Aşıq Alının Türkiyə səfəri", Əsmər xanımla münasibətləri isə "Aşıq Alı və Əsmər" adlı xalq hekayələrində öz əksini tapıb.

Aşıq Alının bütün şeirləri külliyyat halında hələ də çap olunmayıb, ancaq ayrı-ayrı şeirləri işıq üzü görüb.

Alı gəraylı, qoşma, təcnis, divani, müxəmməs kimi şeir növlərində şeirlər yazmışdır. O, 1911-ci ildə elə anadan olduğu kənddə vəfat etmişdir.

Aşıq Alı-210

28 fevral 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev sarayında Aşıq Alının anadan olmasının 210 illiyinə həsr olunmuş "Mahalım Göyçədir, Əslim Qızılvəng" adlı yubiley konserti keçirilmişdir.

Aşıq Alının Ağstafa şəhərindəki heykəli

Kitabları

  • Aşıq Alı. Şerlər. Bakı: "Azərnəşr", 1975, (Toplayanı: Hüseyn Hüseynzadə).
  • Aşıq Alı. (toplayıb tərtib edənlər. Ə. Əmirov, Ş. Əsgərov, M. Həkimov). Bakı: Yazıçı, 1982, 141 s.
  • Aşıq Alı. Təcnislər. Bakı: "Azərnəşr", 1995, (Toplayanı: Əli Əbülhəsənoğlu Milli).
  • Aşıq Alı. Əsərləri. Bakı: "Avrasiya Press", 2006, 192 səh. (Tərtib edəni:Hüseyn İsmayılov).
  • Aşıq Alı. Əsərləri. () Bakı: "OL" MMC, 2013, 348 səh. (Tərtib edəni: Qabil Zimistanoğlu).
  • Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı, 2020, 400 s. (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşıq Alı haqqında məlumat. Aşıq Alı nədir? Aşıq Alı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Adobe Systems

  • Fevral 27, 2026

    Şəkərqamışı

  • Fevral 27, 2026

    Tessa Tompson

  • Fevral 27, 2026

    Dəkkə

  • Fevral 27, 2026

    Şəfiqə Eyvazova

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst