Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbay

Hüseyn Hüseynzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Hüseyn Hüseynzadə

Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).

Hüseyn Arif
Azərbaycan Aşıqlar Birliyinin sədri
19 mart 1984 – 14 sentyabr 1992
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıMəcnun Göyçəli
Şəxsi məlumatlar
Doğum adı Hüseyn Camal oğlu Hüseynzadə
Doğum tarixi 15 iyun 1924(1924-06-15)
Doğum yeri
  • Yenigün, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 14 sentyabr 1992(1992-09-14) (68 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Ağstafa rayonu
Fəaliyyəti şair
Həyat yoldaşı Məleykə Hüseynzadə
Uşaqları Arif, Zöhrə, Səhər

Təltifləri "Azərbaycan SSR xalq şairi" fəxri adı — 19891989 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1984 Azərbaycan SSR Dövlət mükafatı — 19781978
2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 19851985
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Hüseyn Arif 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1951–1952).

Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

Fəaliyyəti

Əmək fəaliyyəti

Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri (1957–1959),"Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965–1967),"Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967–1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

Ədəbi fəaliyyəti

Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, "Yolda" poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı olmuşdur.

Mükafatları

Hüseyn Arifin xatirə lövhəsi
  • 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985
  • Azərbaycan SSR xalq şairi — 1989
  • Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1984
  • Azərbaycan SSR Dövlət mükafatı — 1978

Əsərləri

  1. Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
  2. Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
  3. Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
  4. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
  5. Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
  6. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
  7. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
  8. Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh
  9. Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
  10. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
  11. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
  12. Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
  13. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
  14. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
  15. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
  16. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
  17. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
  18. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
  19. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
  20. Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.
  21. Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
  22. Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
  23. Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
  24. Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
  25. Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.

Məqalələri

  • Mən Alını axtarıram. "Elm və həyat" jurnalı, Bakı, 1968, № 2, səh.12.
  • Hüseyn Hüseynzadə. // Aşıq Alı. "Azərbaycan" jurnalı, Bakı, sentyabr 1969, № 9, səh.199–204.

Filmoqrafiya

  • Mən Hüseyn Arifəm… (film, 2010)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hüseyn Hüseynzadə haqqında məlumat. Hüseyn Hüseynzadə nədir? Hüseyn Hüseynzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    83 (ədəd)

  • Fevral 27, 2026

    Barselona FK

  • Fevral 27, 2026

    Qara ölüm

  • Fevral 27, 2026

    Vilhelm Libknext

  • Fevral 27, 2026

    Qaşqaylar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst