Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlham Qəhrəman (İlham Umud oğlu Qəhrəmanov; 24 aprel 1959, Sus, Laçın rayonu) — azərbaycanlı şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

İlham Qəhrəman

  • Ana Səhifə
  • Vikipediya
  • İlham Qəhrəman

İlham Qəhrəman (İlham Umud oğlu Qəhrəmanov; 24 aprel 1959, Sus, Laçın rayonu) — azərbaycanlı şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

İlham Qəhrəman
Doğum tarixi 24 aprel 1959(1959-04-24) (66 yaş)
Doğum yeri
  • Sus, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Maliyyə-İqtisad Kolleci
Fəaliyyəti şair, folklorşünas, publisist
Fəaliyyət illəri 1980-ci ildən
Tanınmış əsərləri
  • "Laçın folkloru"[d]
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi (–2025),
  • Dədə Ələsgər Ədəbi Məclisi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İlham Qəhrəman 24 aprel 1959-cu ildə Laçın rayonunun Sus kəndində anadan olub. İbtidai və orta təhsilini Laçında alıb.

1983-cü ildə Bakı Maliyə-kredit texnikumunu fərqlənmə diplomu ilə bitirib və mühasib ixtisasına yiyələnib. Oxuduğu zaman Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Təyinatı Bakıda Material Ehtiyatları Komitəsinə ("Qossnab") verilmiş, ordan da "Azərtəchizkom"a (Azersnabsbıt) göndərilmiş, böyük iqtisadçı vəzifəsində çalışmışdır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Laçın seçki dairəsindən deputatlığa namizəd olmuşdur.

2021-ci ildə "Laçın" döş nişanı ilə təltif olunub.

Evlidir, üç övladı var.

Yaradıcılığı

Ədəbiyyata 1980-ci illərdə gəlib. 1986-cı ilin oktyabrında Yusif Səmədoğlunun dərkənarı ilə "Ulduz" jurnalının "Səməd Vurğun nömrəsi"ndə bir şeiri çap olunmuşdur.

1991-ci ildən sonra şeirləri "Səs", "525-ci qəzet", "Rezonans", "Azadlıq", "Yeni müsavat" qəzetlərində, "Ulduz" və "Azərbaycan" jurnalında vaxtaşırı çap olunmuşdur.

Çağdaş şerimizin sayılıb-seçilən nümayəndələrindən olan və lirik şair kimi tanınan İlham Qəhrəmanın onlarla kitabı nəşr olunub. Bundan başqa şairin İran İslam Respublikasında ərəb əlifbasıyla Azərbaycan dilində "Əsir dağlar" (2009, Tehran) və "Məni bizə gətir" (2017, Təbriz) adlı kitabları çap edilmişdir.

Bundan başqa regional folklor seriyasından "Laçın folkloru" və "Laçın lətifələri" kitablarını da İlham Qəhrəman toplayıb tərtib etmişdir.

Onun 2004-cü ildə Bakıda yayımlanan "İlham qapısı" kitabında isə müxtəlif illərdə fərqli sənət sahəsinin təmsilçiləri – şairlər, yazıçılar, rəssamlar, tənqidçilər, bəstəkarlar, jurnalistlərlə etdiyi söhbətlər toplanmışdır.

Cinas ustadı kimi tanınan Sarı Aşığın "Gül dəftəri" kitabı da İlham Qəhrəmanın qədrdanlığının nəticəsində 14 il ərzində o taylı-bu taylı Azərbaycanda toplanıb tərtib edilmişdir. 1000-ə yaxın bayatı, 8 şeir, bağlama-tapmacalar və Aşıqla bağlı rəvayətlərin yer aldığı kitabda cinaslar düzgün tərtib edilmiş, çətin söz və yer adlarının izahı verilmişdir. "Gül dəftəri" artıq 2 dəfə çap olunmuşdur.

İlham Qəhrəman bir tərcüməçi kimi klassik yapon hayku ustalarından Tiyö, İssa və Buson yaradıcılığından haykuları dilimizə çevirmişdir.

İlham Qəhrəman çoxəsirlik folklor ənənələriylə sıx bağlılıq, canlı xalq danışıq dili elementlərindən yaradıcı bəhrələnmə, orijinal bədii təsvir və ifadə vasitələri İlhamın ictimai-siyasi mövzulu, yurd həsrətli, məhəbbət duyğulu şeirlərinin yadda qalan özəllikləridir.

O, çağdaş şeirimizdə istər siyasi, istərsə də sevgi lirikasının ən maraqlı nümunələrinin müəllifi kimi tanınır.

Aşıq və xanəndələrin repertuarında tez-tez səslənən "Zəngəzur butası" aşıq havasının sözləri İİlham Qəhrəmana, ritmi isə şairin anası mərhum Səlbi xanıma məxsusdur. İlham Qəhrəman bu haqda aşıq Çingiz Mehdipura məlumat vermiş o isə havanı aranjiman etmişdir. Havanı ilk dəfə H. Əliyev sarayında aşıq Xatirə Məhəmmədxanlı və aşıq Nazim Quliyev dueti ifa ediblər. Daha sonra müğənni Ayşən Mehdiyeva havaya müraciət edərək reperetuarına daxil edib.

Əsərləri

Kitabları

  • "Gülüm yarpıza döndü" (şeir), Bakı, 1999
  • "Ağlama ququşu" (şeir), Bakı, 2002
  • "İlham qapısı", Bakı, 2004
  • "Ey dil" (şeir), Bakı, 2006
  • "Laçın folkloru" Bakı: "Adiloğlu", 2009. 236 səh.
  • "Əsir dağlar" (şeir), Tehran: 2009
  • "Laçın lətifələri" (folklor), Bakı: "Ol" MMC, 2014..
  • "Sevgi durna çırağıdır" (şeir), Bakı: "Ol" MMC, 2014..
  • "Məni bizə gətir" (şeir), Təbriz (İİR), 2017
  • "Ağlama, qələm eşidir" (şeir), Bakı: "Qanun", 2018
  • "Şairin vətəni sevgidir" (şeir), Bakı, Qanun, 2019
  • "Bir adamlıq şəhər" (şeir), Bakı, Qanun, 2022
  • "Ulduzlu gecə" (şeir), Tbilisi, "Merani", 2023. 152 səh. (gürcü dilinə çevirəni: Bağatur Arabuli)
  • "Laçın lətifələri" (El kitabı). Bakı, "Qanun", 2024, 176 səh. ISBN 978-9952-38-859-6
  • "Dəyirmanın su dərdi" (bayatı). Bakı: "Qanun", 2024
  • "Qəmin eşqi" (şeir), Bakı, "OL" MMC, 2025
  • "Laçın folkloru" ikinci nəşr, Bakı, "OL" MMC, 2025

Tərtib etdiyi kitablar

  • "Dəyirmanın alt daşı" Bakı: "Vektor" Nəşrlər Evi, 2009 (Cənub şairlərinin şeirləri, Mənuçehr Fəzli Xələf (Azərelli), Şərifə Cəfəri, Məhəmməd Əhmədi, Ədalət Duman)
  • Sarı Aşıq. "Gül dəftəri". Bakı: "Adiloğlu", 2011.
  • Sarı Aşıq. "Gül dəftəri". Bakı: "Qanun" nəşriyyatı 2018. (təkrar nəşr)
  • Aşıq Alı. "Nə qaldı". Bakı, "Qanun" nəşriyyatı, 2020, 400 s. İSBN 978-9952-36-796-6
  • "Laçın-100 Ədəbi Antologiya", Bakı, "Alatoran", 2024, 494 s. İSBN 978-9952-8510-3-8
  • Eldar Baxış "Zaman durna köçüdür", Bakı, "Qanun"2025, 472s. İSBN 978-9952-39-393-4
  • Aşıq Alı "Nə qaldı". Bakı, "Qanun" nəşriyyatı, 2025, 400 s. İSBN 978-9952-36-796-6 (təkmilləşdirilmiş təkrar nəşr)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlham Qəhrəman haqqında məlumat. İlham Qəhrəman nədir? İlham Qəhrəman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    .ec

  • Fevral 27, 2026

    Toğrulşah

  • Fevral 27, 2026

    Elektra Records

  • Fevral 27, 2026

    .edu

  • Fevral 27, 2026

    Şindlerin siyahısı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst