Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Perestroyka (rus. перестройка) və ya Yenidənqurma — SSRİ-də 1980-ci illərdən etibarən reallaşdırılan iqtisadi və siyasi sistemi yenidən konfiqurasiya və islahat

Yenidənqurma

  • Ana Səhifə
  • Vikipediya
  • Yenidənqurma

Perestroyka (rus. перестройка) və ya Yenidənqurma — SSRİ-də 1980-ci illərdən etibarən reallaşdırılan iqtisadi və siyasi sistemi yenidən konfiqurasiya və islahat hərəkatı. İlk olaraq 1979-cu ildə Leonid Brejnev tərəfindən təqdim olunmuş, dövrün dövlət başçısı Mixail Qorbaçov tərəfindən dəstəklənmiş və təşviq edilmişdir.

Öncəki hadisələr

Artıq 80-ci illərin ortalarında sovet ölkəsinin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında böhran yaranmışdı. Böhranlı vəziyyətin simptomları hələ 70-ci illərin ortalarından görünürdü, — elmi-texniki tərəqqi ləngiyirdi, sənayedə avadanlığın mənəvi aşınması, infrastrukturun zəifliyi, təbii ehtiyatlar hasilatının çətinləşməsi və bahalaşması, maddi ehtiyatlar qıtlığının meydana gəlməsi təzahür edirdi. Əmək məhsuldarlığının orta illik artımı 1965–1970-ci illərdəki 5,2 faizə qarşı 1981–1985-ci illərdə cəmi 3 faiz təşkil edirdi. Bu dövrdə istehsal olunan məhsulun orta illik artımı sənayedə 8,5 faizdən 3,1 faizə, kənd təsərrüfatında 4 faizdən 1,2 faizə, mal dövriyyəsi 8,2 faizdən 2,8 faizə, əsaslı vəsait qoyuluşu 7,6 faizdən 3,3 faizə enmişdi. 60-cı illərdə ölkədə keçirilən islahatlar iflasa uğradı. Çünki faktiki olaraq köhnə ictimai-siyasi rejim toxunulmaz qalmışdı, effektli olmayan iqtisadiyyat, ekstensiv inkişaf modeli qalmaqda idi. Sovet İttifaqının iflası mühüm xarici səbəblərlə də şərtlənirdi. Qərbdə "Bəla imperiyası" kimi damğalanan bu "super" dövlət iki sistem — kapitalist və sosialist sistemləri arasında çox böyük çətinliklə hərbi paritet yaratmağa nail olmuşdu. Lakin dünyanın demokratik dövlətləri ona qarşı qüvvələrini birləşdirirdilər. Ümumdünya antikommunizm liqasının fəaliyyəti genişlənmişdi. Beynəlxalq müsəlman dini mərkəzləri də bu liqaya qoşulmuşdu. Ümumdünya "İslam Liqası" 1976-cı ildə kommunizmə qarşı müqəddəs müharibə elan etmişdi. 70-ci illərin sonlarında təşkil olunmuş "İslam İnternasionalı" da SSRİ-də müsəlman antikommunist və antisovet qüvvələri birləşdirmək uğrunda mübarizə aparırdı. 70-ci illərin ortalarında SSRİ Şərqi Avropada orta mənzilli raketlər yerləşdirdi. Bu, mövcud strateji tarazlığı pozdu. 1979-cu ilin dekabrında sovet ordusu Əfqanıstana soxuldu. Nəticədə demokratik ölkələr tərəfindən artan sovet təhlükəsinə qarşı yeni hərbi proqramlar, o cümlədən ABŞ-nin "Ulduz müharibələri" proqramı hazırlandı. İqtisadi sanksiyalar tətbiq edildi. ABŞ SSRİ-yə taxıl ixracını dayandırdı. SSRİ-nin isə bu tədbirlərə, xüsusən külli miqdarda vəsait tələb edən yeni proqramlara cavab verməyə imkanı yox idi. Dünya dövlətlərinin mövcud satış və xammal bazarlarını, tranzit imkanlarını yeni real qüvvələrə müvafiq yenidən bölüşdürmək cəhdləri də SSRİ-nin iflasını sürətləndirirdi. Onu növbəti böhranlı vəziyyətdən qurtarmaq üçün 80-ci illərin ikinci yarısında cəhdlər göstərildi. Sovet İttifaqı Kommunist Partiyasına rəhbərliyi ələ keçirdikdən sonra həqiqi siyasi məqsədini eklektik ideoloji və dövlətçilik sistemi yaratmaq cəhdləri ilə pərdələyən M. S. Qorbaçov Mərkəzi Komitənin 1985-ci il Aprel plenumunda iqtisadi və sosial-mədəni tərəqqinin "sürətləndirmə konsepsiyası"nı irəli atdı. Elmi-texniki tərəqqini, cəmiyyətin maddi-texniki bazasını inkişaf etdirmək, istehsal münasibətlərini təkmilləşdirmək, bütün ictimai, siyasi və ideoloji təsisatlar sistemini fəallaşdırmaq, "insan amilinin rolunu yüksəltmək" üçün sözdə təşəbbüslər edildi. Əməyin təşkili, təsərrüfat hesabının tətbiqi, çoxukladlı iqtisadiyyatı, eləcə də icarə sistemini, kooperasiyanı inkişaf etdirmək, müxtəlif mülkiyyət formalarına əsaslanan təsərrüfatlara bərabər imkanlar yaratmaq haqqında qanun və qərarlar qəbul olundu. Lakin onların işləməsi üçün münasib şərait yaranmadı. Əvvəlki direktiv aktlar kimi, bu qanun və qərarlar da gözlənilən nəticələri vermədi. Təkpartiyalı siyasi sistem, partiya amirliyi ləğv olunmadan, respublikaların suveren hüquqlarını özlərinə qaytarmadan iqtisadiyyatı dirçəltmək mümkün deyildi.

Həmçinin bax

  • Qlasnost

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yenidənqurma haqqında məlumat. Yenidənqurma nədir? Yenidənqurma nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kosovo müharibəsi

  • Fevral 27, 2026

    Bovilla gölü

  • Fevral 27, 2026

    Səfər Əbiyev

  • Fevral 27, 2026

    Şeybani xan

  • Fevral 27, 2026

    Riton

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst