Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Ömər oğlu Ömərov (10 sentyabr 1947, Göllü, Amasiya rayonu) — Azərbaycan Respublikasının Baş Prokuroru (1993–1994), Həqiqi Dövlət Ədliyyə Müşaviri, Yeni Azər

Əli Ömərov

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Ömərov

Əli Ömər oğlu Ömərov (10 sentyabr 1947, Göllü, Amasiya rayonu) — Azərbaycan Respublikasının Baş Prokuroru (1993–1994), Həqiqi Dövlət Ədliyyə Müşaviri, Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biri.

Əli Ömərov
Azərbaycan Respublikasının Baş Prokuroru
3 iyul 1993 – 8 oktyabr 1994
Əvvəlkiİxtiyar Şirinov
SonrakıEldar Həsənov
Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisinin deputatı
1990 – 1995
Şəxsi məlumatlar
Doğum tarixi 10 sentyabr 1947(1947-09-10) (78 yaş)
Doğum yeri
  • Göllü, Amasiya rayonu, Ermənistan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası (2014–2017)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi, vəkil
Rütbəsi
Həqiqi dövlət ədliyyə müşaviri

Əli Ömərov Azərbaycanda Həqiqi Dövlət Ədliyyə Müşaviri (Ədliyyə Ordu Generalı) olmuş yeganə şəxsdir.

Mündəricat

Həyatı

  • 1947-ci ilin 10 sentyabr tarixində Ermənistan SSR-nin Ağbaba mahalının Amasiya rayonunun Göllü kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirib. 1966–1973-cü illərdə Ermənistan SSR Amasiya rayonunun Göllü kəndində orta məktəb müəllimi işləyib.
  • 1973-cü ildə Sovet Ordusu sıralarına çağırılaraq Çita vilayətinin Dauriya hərbi prokurorluğunda hərbi müstəntiq vəzifəsini icra edib. 1974-cü ildə ordu sıralarından tərxis olunaraq, həmin ildən 1976-cı ilədək Amasiya rayonunun DİŞ-nin müəssisədən kənar mühafizə şöbəsinin və xalq drujinası şöbəsinin rəisi vəzifələrində işləmişdir.
  • 1976-cı ildə Azərbaycan Respublikasına köçərək DQMV prokurorluğunda prokuror köməkçisi və baş müstəntiq vəzifələrində çalışmışdır.
  • 1980–1983-cü illərdə Gəncə şəhər prokurorluğunun baş müstəntiq vəzifəsində çalışmışdır. 1983–1993-cü illərdə Gəncə şəhər nəqliyyat prokuroru işləyib.
  • 23 yanvar 1991-ci ildən etibarən Azərbaycan Milli Yaradıcılıq Akademiyasının hüquq doktorudur.

Ailəsi

Evlidir. 3 övladı: 2 oğlu, 1 qızı var. Oğlu Zaur Ömərov 2017-ci ildə Müasir Müsavat Partiyasına üzv olmuşdur. O, daha sonra partiyanın Gənclər Təşkilatının sədri seçilmiş və partiya üzvü olaraq 2020-ci il parlament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuşdur.

Siyasi fəaliyyəti

  • Əli Ömərov 1992-ci ilin payızında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının sıralarında olan, yeganə vəzifə sahibi və iqtidar üzvü idi.
  • 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib, 1993-cü ildə Milli Məclisin üzvlüyünə qəbul olunub.Xocalı faciəsinə dair yaradılmış komissiyanın məsul katibi olub və faciənin törədilməsi, əmələ gəlməsi və nəticələri barədə əsas məruzəçi kimi çıxış etmişdir ki, bununla da Xocalı faciəsi birbaşa canlı yayımla bütün dünyaya bəyan edilmişdir.[mənbə göstərilməlidir]
  • Əli Ömərov 3 iyul 1993-cü ildə Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olunub. 8 oktyabr 1994-cü ildə öz ərizəsi ilə vəzifəsindən vaxtından əvvəl azad olunub.
  • Əli Ömərov Azərbaycan Respublikasında prokurorluq orqanları yaranan gündən, yəni 1 oktyabr 1918-ci il tarixindən etibarən tək və yeganə Baş Prokurordur ki, fəaliyyətdə olan daxili işlər və müdafiə nazirlərinə qarşı cinayət işləri başladıb və onların vəzifələrindən uzaqlaşdırılmasına nail olub.[mənbə göstərilməlidir]
  • Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasına dair yaradılmış komissiyanın üzvü olub.
  • 1993-cü ildən etibarən Beynəlxalq İnterpol Bürosunun İcraiyyə Komitəsinin Həqiqi üzvüdür.
  • 2010-cu ildə Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin təsisçilərindən biri olmuş və həmin ildən cəmiyyətin üzvüdür. 2015–2017-ci illərdə Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin sədri olub.
  • Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Ömərov haqqında məlumat. Əli Ömərov nədir? Əli Ömərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Kenquru

  • Fevral 24, 2026

    17 dekabr

  • Fevral 27, 2026

    Qudermes

  • Fevral 24, 2026

    Camal İsmayılov

  • Fevral 27, 2026

    Katoliklər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst