Əbu Hənifə əd-Dinəvəri (fars. ابوحنيفه دينوری, kürd. Dînewerî; 828, Dinəvər, Kirmanşah ostanı – 895) — fars və ya kürd mənşəli ərəbdilli astronom, botanik və tarixçi.
| Dinəvəri | |
|---|---|
| ərəb. أبو حنيفة الدِينَوَرِي | |
| |
| Doğum tarixi | 828 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 895 (66–67 yaşında) |
| Elm sahələri | coğrafiya, botanika, filologiya |
Həyatı
"Şeir və şairlər kitabı", "Nəsarət kitabı" və s. ədəbi-filoloji əsərlərin müəllifidir. Çoxcildlik "Bitkilər kitabı"na ərəb şairlərinin bitkilərdən bəhs edən və ya təsvir edən şeirlərini daxil etmişdir. "Uzun xəbərlər kitabı" tarixi əsəri tam formada qorunub-saxlanılmamışdır. Bu, ərəb klassik nəsri nümunələrindən biridir. Kitabda ümumi tarixdən məlumatlar və 637-ci ildən IX əsrin ortalarına qədər İran tarixinə dair əhəmiyyətli materiallar toplanmışdır. Mətn 1888-ci ildə Leydendə rus şərqşünası Vladimir Qirqas tərəfindən nəşr edilmişdi. Mətnə sonrakı ön söz və göstəricilər 1912-ci ildə İqnati Kraçkovski tərəfindən tərtib edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dinəvəri haqqında məlumat. Dinəvəri nədir? Dinəvəri nə deməkdir?
