Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədrəfi İsmayıl oğlu Məmmədov (4 fevral 1942, Quba) — Sovet və Azərbaycan Respublikası hərbçisi, dövlət xadimi, Azərbaycan Respublikasının müdafiə naziri olm

Məmmədrəfi Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Məmmədrəfi Məmmədov

Məmmədrəfi İsmayıl oğlu Məmmədov (4 fevral 1942, Quba) — Sovet və Azərbaycan Respublikası hərbçisi, dövlət xadimi, Azərbaycan Respublikasının müdafiə naziri olmuş general-leytenant.

Məmmədrəfi Məmmədov
Məmmədrəfi İsmayıl oğlu Məmmədov
Azərbaycan Respublikasının Müdafiə naziri
2 sentyabr 1993 – 6 fevral 1995
ƏvvəlkiVahid Musayev (əvəzedici)
SonrakıSəfər Əbiyev
Şəxsi məlumatlar
Doğum tarixi 4 fevral 1942 (84 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Quba
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Xidmət illəri 1963–1995
Mənsubiyyəti Azərbaycan
Döyüşlər SSRİ-Əfqanıstan müharibəsi
Qarabağ müharibəsi
Rütbəsi
General-leytenant

Mündəricat

Həyatı

Məmmədrəfi Məmmədov 1942-ci ilin 4 fevralında Quba şəhərində anadan olmuşdur. 1959-cu ildə orta məktəbi bitirdikdən sonra Quba Kənd Təsərrüfatı Texnikomuna daxil olmuşdur. 1963-cü ilin noyabrında Sovet Ordusuna həqiqi hərbi xidmətə çağırılmışdır. Belarusun Brest şəhərindəki artilleriya polkunda xidmət keçmişdir.

1967-ci ildə Tambov şəhərindəki artilleriya-texniki məktəbini bitirmiş və leytenant rütbəsinə yüksəlmişdir. Bununla da o, Almaniyadakı Sovet Qoşunu qrupuna daxil edilir.

1973-cü ildə baş leytenant Məmmədov Logistika və Nəqliyyat Hərbi Akademiyasına daxil olmuşdur. Akademiyanı mayor rütbəsində bitirərək Ukraynaya göndərilmişdir. 1979-cu ildə artıq Məmmədov polkovnik-leytenant idi. Sonradan divizya komandirinin müavini vəzifəsinə qalxmışdır.

1982–1983-cü ildə Mərkəzi Asiyada korpus komandiri müavini olmuşdur.

1983-cü ildə hərbi göstəriş ilə Əfqanıstana göndərilmiş və həmin ilin 19 oktyabrında Əfqanıstan Demokratik Respublikası Silahlı Qüvvələrinin korpuslarının birində komandir müşaviri kimi fəaliyyət göstərmişdir.

1986-cı ilin yanvar ayında Leninqrad hərbi dairəsində yeni vəzifəyə başlamışdır. 1989-cu ilin yanvarında Baş qərargah Akademiyasının rəis müavini təyin edilib. 1 noyabr, 1989-cu ildə Məmmədrəfi Məmmədova general-mayor rütbəsi verilmişdir.

Müdafiə naziri kimi

2 sentyabr, 1993-cü ildə prezident Heydər Əliyev göstərişi ilə Məmmədrəfi Məmmədov müdaifə naziri vəzifəsinə təyin olunmuşdur. Məmmədrəfi Məmmədov nazir olduqdan sonra orduda islahatlar aparmağa başladı:

1993-cü il, 2 noyabr tarixi orduda islahatların başlanğıc tarixi hesab edilir. Həmin dövrdən etibarən struktur dəyişiklikləri, kadr təmizləmələri, vahid komandanlıq altında hərbi əməliyyatların planlaşdırılması, hərbi hissələrin elmi üsullarla idarə olunması, ordunun siyasi məsələlərdən uzaqlaşdırılması və sair işlər həyata keçirilməyə başlandı. Qısa müddət ərzində Ağdam və Füzuli rayonlarının bəzi yaşayış məntəqələri azad edilmişdir.

Məmmədov vəzifədə olarkən Azərbaycan Respublikasının fərmanı ilə ona general-leytenant rütbəsi verilmişdir. Ermənistanla 12 may, 1994-cü il atəşkəs müqaviləsinin imzalanması da Məmmədrəfi Məmmədovun müdafiə naziri olduğu dövrə təsadüf edir. Bişkek protokolunu imzalayanlardan biri də Məmmədrəfi Məmmədov olmuşdur. Müharibədən sonra o, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı himayəsi altında 3500 alman sülhməramlı qüvvələrini Qarabağa gətirmək üçün böyük təşəbbüs göstərmiş, lakin bu alınmamışdır.

1995-ci ilin 6 fevralında tutduğu vəzifədən azad edilmiş və yerinə Səfər Əbiyev təyin olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmmədrəfi Məmmədov haqqında məlumat. Məmmədrəfi Məmmədov nədir? Məmmədrəfi Məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mentheae

  • Fevral 27, 2026

    İsmayıl Qarayev

  • Fevral 27, 2026

    Kremona

  • Fevral 27, 2026

    Sekans (triqonometriya)

  • Fevral 27, 2026

    Bayatı-Şiraz

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst