Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri.

Bayatı-Şiraz

  • Ana Səhifə
  • Vikipediya
  • Bayatı-Şiraz

Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri.

Mündəricat

Etimologiya

Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub.

Tarixçəsi

Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını söyləyir. "Bayatı-İsfahan" klassik Şərq musiqisində ”İsfahan” adlanaraq 12 əsas muğamdan biri olub . Hazırda Bayatı-İsfahan şöbəsi Bayatı–Şiraz dəstgahının əsas şöbələrindən biri.

Bayatı-Şiraz muğam dəstgahı kimi

Məcmusu: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi–fəraz”, “Bayatı–İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir.

Bu muğam dəstgah “sol” bayatı-şiraz məqam kökündə (tonallığında) ifa olunur. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Ü. Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə etmişdir.

Üzeyir Hacıbəyov Bayatı–Şiraz haqqında yazır: "Bədii – ruhi təsir cəhətdən... Bayatı – Şiraz dinləyicidə qəmginlik hissi oyadır." Mirzə Fərəcin tərtib etdiyi muğam dəstgahları içərisində Bayatı – Şiraz dəstgahı 17 şöbə və guşədən ibarətdir:

“Bayatı-Şiraz” muğamını instrumental şəkildə Nəriman Məmmədov tarzən Əhməd Bakıxanovun ifasından (1962), Arif Əsədullayev tarzən Elxan Mirzəfərovun ifasından (2003) nota yazmışdır. Bu dəstgah əsasında yazılmış simfonik bəstələr:

  • Fikrət Əmirov - simfonik muğam "Gülüstan-Bayatı-Şiraz"
  • Süleyman Ələsgərov - simfonik muğam "Bayatı–Şiraz"
  • Nazim Əliverdibəyov - a kapella (müşayiətsiz) xor üçün "Bayatı–Şiraz"
  • Polad Bülbüloğlu - “Bayatı-Şiraz” simfoniyası.

Muğam şöbələri arasında ifa olunan rənglər də əsas muğamın adını daşıyır.

  • Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı - "Bayatı-İsfahan" rəngi

Bayatı-Şiraz musiqi məqamı (ladı) kimi

Quruluşu: 1-1-1/2 ton formullu iki tetraxordun k.3 intervalı məsafəsində birləşməsindən ibarətdir; səssırası 9 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir. Məqamın səssırasının II, IV, VI, VIII pillələri istinad-dayaq pilləsi kimi “Bayatı-Şiraz” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan musiqi nümunələri həmin pillələrə əsaslanır.

Bayatı-Şiraz ladında bəstələr

  • Xalq mahnıları
    • Küçələrə su səpmişəm
    • Laçın
  • Aşıq havaları
    • Mansırı
  • Bəstəkar mahnıları
    • Tofiq Quliyev - "Bakı" mahnısı Rəşid Behbudovun ifasında
    • Əfrasiyab Bədəlbəyli - "Qız qalası" baletindən Gülyanaq ilə Poladın adajiosu
  • Rəqslər
    • Nəlbəki

Qaynaqlar

  1. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti - Bayatı-Şiraz". 15 oktyabr 2021 tarixində . İstifadə tarixi: 11 may 2013.
  2. "Muğam Ensiklopediyası - Bayatı-Şiraz". 31 yanvar 2020 tarixində . İstifadə tarixi: 11 may 2013.
  3. "Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları - Tarixi məlumat". 25 mart 2022 tarixində . İstifadə tarixi: 11 may 2013.
  4. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" - Bayatı-İsfahan". 15 oktyabr 2021 tarixində . İstifadə tarixi: 11 may 2013.
  5. "Muğam Ensiklopediyası - Bayatı-Şiraz muğamı". 17 oktyabr 2021 tarixində . İstifadə tarixi: 11 may 2013.
  6. "Muğam Ensiklopediyası - Bayatı-Şiraz muğamının not yazıları". 17 oktyabr 2021 tarixində . İstifadə tarixi: 11 may 2013.
  7. "Muğam Ensiklopediyası - Rəng". 24 iyun 2021 tarixində . İstifadə tarixi: 11 may 2013.
  8. "Muğam Ensiklopediyası - Bayatı-Şiraz məqamı". 17 oktyabr 2021 tarixində . İstifadə tarixi: 11 may 2013.
  9. "Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisi əsasları. - Didaktik material. Bayatı-Şiraz". 31 mart 2022 tarixində . İstifadə tarixi: 11 may 2013.
  10. "Əfrasiyab Bədəlbəylinin rəsmi saytı - "Qız qalası" baleti". 9 avqust 2020 tarixində . İstifadə tarixi: 11 may 2013.
  11. "Эльнара Дадашева. Некоторые особенности мелодических отклонений в азербайджанских народных танцах. Международный музыкальный культурологический журнал "Harmony"". 29 iyul 2021 tarixində . İstifadə tarixi: 11 may 2013.

Fimoqrafiya

  1. Gülüstan bayatı-şiraz (film, 1972)
  2. Muğam (film, 1995)
  3. Bayatı şiraz (film, 2002)

Həmçinin bax

  • Azərbaycan musiqisi
  • Bayatı–Türk
  • Simfonik muğam

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bayatı-Şiraz haqqında məlumat. Bayatı-Şiraz nədir? Bayatı-Şiraz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    1582-ci il

  • Fevral 24, 2026

    Totemizm

  • Fevral 25, 2026

    Kvars

  • Fevral 27, 2026

    Billi Kid

  • Fevral 27, 2026

    Qüstav Flober

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst