| Bu məqalə Azərbaycanın keçmiş mədəniyyət naziri haqqındadır. Həkim, Bakı Şəhər Dumasının üzvü olmuş şəxs üçün Əbülfəz Qarayev səhifəsinə baxın. |
Əbülfəs Mürsəl oğlu Qarayev (13 noyabr 1956, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının mədəniyyət naziri (2006-2020), fəlsəfə elmləri namizədi.
| Əbülfəs Qarayev | |
|---|---|
| |
mədəniyyət naziri | |
| 23 aprel 2018 – 21 may 2020 | |
| Əvvəlki | Özü (mədəniyyət və turizm naziri kimi) |
| Sonrakı | Anar Kərimov |
mədəniyyət və turizm naziri | |
| 30 yanvar 2006 – 20 aprel 2018 | |
| Əvvəlki | Polad Bülbüloğlu (mədəniyyət naziri kimi) |
| Sonrakı | Özü (mədəniyyət naziri kimi) |
gənclər, i̇dman və turizm naziri | |
| 18 aprel 2001 – 30 yanvar 2006 | |
gənclər və i̇dman naziri | |
| 26 iyul 1994 – 18 aprel 2001 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 13 noyabr 1956 (69 yaş) |
| Doğum yeri | |
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Atası | Mürsəl Qarayev |
| Həyat yoldaşı |
|
| Uşağı | Suad Qarayeva-Maleki |
| Təltifləri | |
Həyatı
Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1973–1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.
1980–1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, 1985–1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.
1989–1992-ci illərdə — Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb (1992-ci ilin yanvar ayında "1918–1930-cu illərdə Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır.
1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992–1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında Baş müəllim olub.
1993–1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir vəzifələrində çalışıb.
1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilmişdir. 21 may 2020-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilmişdir.
Tələbəlik dövründə müxtəlif seçkili orqanlara seçilmişdir, 1980–1991-ci illərdə Sov. İKP üzvü olmuşdur, Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
Ailəlidir, bir övladı var.
Mükafatları
"Şöhrət" ordeni — 11 noyabr 2016
1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 1 avqust 2019
"İncəsənət və ədəbiyyat" ordeni komandoru (Fransa) — 27 fevral 2012
3-cü dərəcəli "Xidmətlərə görə" ordeni (Ukrayna) — 18 avqust 2009
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbülfəs Qarayev haqqında məlumat. Əbülfəs Qarayev nədir? Əbülfəs Qarayev nə deməkdir?
