Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əşrəf Həsən oğlu Həsənov (24 yanvar 1909, Nuxa – 9 avqust 1983, Bakı) — dirijor, pedaqoq, Azərbaycan SSR xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbayca

Əşrəf Həsənov

  • Ana Səhifə
  • Vikipediya
  • Əşrəf Həsənov

Əşrəf Həsən oğlu Həsənov (24 yanvar 1909, Nuxa – 9 avqust 1983, Bakı) — dirijor, pedaqoq, Azərbaycan SSR xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri.

Əşrəf Həsənov
Ümumi məlumatlar
Doğum tarixi 24 yanvar 1909(1909-01-24)
Doğum yeri
  • Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 9 avqust 1983(1983-08-09) (74 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, pedaqoq
Fəaliyyət illəri 1925-ci ildən
Təhsili
  • Bakı Musiqi Akademiyası,
  • Moskva Dövlət Konservatoriyası
Mükafatları "Şərəf nişanı" ordeni — 1938
Azərbaycan SSR xalq artisti — 1959 Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1940
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əşrəf Həsən oğlu Həsənov 24 yanvar 1909-cu ildə Nuxada anadan olmuşdur. 1927–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfində, 1933–1938-ci illərdə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfində təhsil almışdır.

1938–1950-ci illərdə Azərbaycan Radio Komitəsinin nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir. 1932 və 1938–1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib. 1949–1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında opera hazırlığı şöbəsinə rəhbərlik etmişdir. Dosent idi.

Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun", "Koroğlu" (Üzeyir Hacıbəyov), "Aşıq Qərib" (Zülfüqar Hacıbəyov), "Şahsənəm" (Reynqold Qlier), "İvan Susanin" (Mixail Qlinka), "Knyaz İqor" (Aleksandr Borodin), "Qaratoxmaq qadın", "Yevgeni Onegin", "İolanta" (Pyotr Çaykovski), "Qar qızı" (Nikolay Rimski-Korsakov), "Su pərisi" (Aleksandr Darqomıjski), "Aleko" (Sergey Raxmaninov), "Traviata", "Aida" (Cüzeppe Verdi), "Karmen" (Jorj Bize) və s. kimi Azərbaycan və Qərbi Avropa opera və baletlərinə dirijorluq etmişdir. Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərləri olmuşdur.

Ə. Həsənov 9 avqust 1983-cü ildə Bakıda vəfat etmişdir.

Mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 iyun 1959
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940
  • "Şərəf nişanı" ordeni — 17 aprel 1938
  • Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 23 yanvar 1979

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əşrəf Həsənov haqqında məlumat. Əşrəf Həsənov nədir? Əşrəf Həsənov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Hənifə Terequlov

  • Fevral 27, 2026

    Anortit

  • Fevral 27, 2026

    Azadfikirlilik

  • Fevral 23, 2026

    Pekin

  • Fevral 27, 2026

    Həzrəti Fatimə

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst