Anortit (yun. άνορθός – çəp) – plagioklazlar qrupuna aid süxur əmələgətirən mineral. Albit-anortit izomorf sırasının sonuncu üzvü. Kimyəvi tərkibi Ca(Al2Si2O8) (20,1% – CaO; 36,7% –Al2O3; 43,2% – SiO2). Sinqoniyası triklinikdir. Kristalları prizmatik, lövhəvidir. Yöndəmsiz dənələr formasında, sıx dənəli aqreqatlar şəklində rast gəlinir. Ağ, bozumtul, sarımtıl və s. rənglərdə olur. Şüşə parıltılıdır. Sərtliyi – 6–6,5, sıxlığı 2740–2760 kq/m³. Əsasi və ultraəsasi maqmatik süxurları (bazalt, qabbro və s.) əmələ gətirən mühüm minerallardandır. Xalis Anortit az tapılır. Anortitə meteoritlərdə də təsadüf edilir. Digər plagioklazlarla yanaşı saxsı istehsalında istifadə olunur.
| Anortit | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Kateqoriya | Mineral |
| Formul (təkrarlanan vahid) | CaAl2Si2O8 |
| Strunz təsnifatı | VIII/F.03c |
| Xüsusiyyətləri | |
| Kristalloqrafik sinqoniya | triklinik sinqoniya[d] |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anortit haqqında məlumat. Anortit nədir? Anortit nə deməkdir?
