Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şeyx Səduq (fars. شیخ صدوق‎) və ya İbn Bəbaveyhi (tam adı: Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi əl-Qummi; 918, Qum – 991, Rey, Tehran ostanı) — Ul

Şeyx Səduq

  • Ana Səhifə
  • Vikipediya
  • Şeyx Səduq

Şeyx Səduq (fars. شیخ صدوق‎) və ya İbn Bəbaveyhi (tam adı: Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi əl-Qummi; 918, Qum – 991, Rey, Tehran ostanı) — Ulu babasının adı olan İbn Bəbaveyhi nisbəsi ilə də tanınır — IV əsr məşhur şiə ilahiyyatçı-mühəddis alimi.

Şeyx Səduq
Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi
Doğum tarixi 918(0918)
Doğum yeri Qum, Sacilər dövləti
Vəfat tarixi 991(0991) (72–73 yaşında)
Vəfat yeri Rey, Qəznəvilər dövləti
Atası Əli ibn Babaveyh Qummi
Elm sahəsi İslam
Tanınmış yetirmələri Şeyx Müfid, Şərif Rəzi, Seyid Mürtəza Ələmül-hüda
Tanınır Şeyx Səduq, İbn Bəbaveyhi əl-Qummi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şeyx Səduqun "Kəmalu'd-din və Tamamu'n-Nimə" əsərinin əlyazmasından bir səhifə

Mündəricat

Həyatı

Məhəmməd ibn Əli ibn Bəbaveyhi M. 923, H. Q. 306-cı ildə Qum şəhərində dünyaya gəlib. Atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi cəfəri şiələrin 11-ci imamı Həsən əl-Əskəri və 12-ci imamı Məhəmməd ibn Həsən əl-Mehdinin zamanında yaşamış və öz dövrünün məşhur alimlərindən olmuşdur. 991-ci ildə Rey şəhərində vəfat etmiş və orada Əbdüləzim Həsəninin yanında dəfn olunmuşdur. 1919/1920-ci illərdə şiddətli yağışlar nəticəsində məzarı dağılmış və sonradan yenidən bərpa olunmuşdur.

Təhsili

Uşaq yaşlarında ikən ilk təhsilini Qum şəhərində öz atasından almışdır. Bir sıra elmləri atasından mənimsədikdən sonra təhsilini davam etdirmək üçün çoxsaylı səfərlər etmişdir. Hədis toplamaq üçün Bəlx, Buxara, Kufə, Bağdad (M. 966/967), Məkkə, Mədinə və başqa şəhərlərə səfər etmişdir.

Müəllimləri

Şeyx Səduqun müəllimləri çoxdur. Şeyx Əbdül Rabbani Şirazi bunlardan bəzilərinin adlarını qeyd edib :

  • atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi
  • Şeyx Kuleyni
  • Şeyx İbrahim ibn Cəfər ibn Əhməd Həmədani
  • Şeyx Məhəmməd ibn İdris
  • Vəlid Məhəmməd ibn Həsən Qumi
  • Əhməd ibn Əli ibn İbrahim Qumi
  • Əli ibn Məhəmməd Qəzvini
  • Cəfər ibn Məhəmməd bin Şazan
  • Cəfər ibn Məhəmməd bin Quluyəh Qumi
  • Əli ibn Əhməd ibn Mehryar
  • Əbül Həsən Xəluti
  • Əbu Cəfər Məhəmməd ibn Əli ibn Əsvəd
  • Həbib ibn Hüseyn Kufi Təğləbi
  • Hüseyn ibn Məhəmməd ibn Ömər
  • Şeyx Səəd ibn Abdullah əl-Əş'arî
  • Hüseyn ibn Musa Kəluzəni

Tələbələri

  • Şeyx Müfid
  • qardaşı, Hüseyn ibn Əli ibn Musa ibn Bəbaveyhi Qumi
  • qardaşı oğlu, Şeyx Həsən ibn Hüseyn ibn Əli ibn Musa ibn Bəbaveyhi
  • Harun ibn Musa Tələkbəri
  • Hüseyn ibn Abdullah Qəzairi
  • Həsən ibn Məhəmməd Qumi
  • Əli ibn Əhməd ibn Abbas Nəccaşi
  • Zəkəriyya Məhəmməd bin Süleyman Əbu Həmrani
  • Seyid Mürtəza

Dini fəaliyyəti

300-ə yaxın kitabın müəllifidir. Şiə rical alimi Şeyx Nəccaşi "ər-Rical" kitabında 189 kitabın adını çəkmişdir.

Əsərləri

  1. Mən lə Yəhdurul-Fəqih
  2. Kəmaluddin və Tamamun-Nimə
  3. Əmali
  4. Sıfatuş-Şiə
  5. Əl-Xisal
  6. İləluş-Şərayi
  7. Tovhid
  8. Uyunu Əxbər
  9. Məaniul-Əxbər
  10. Vilayəti-Əli (ə)
  11. Mərifət
  12. Uyunu Əxbarir-Rza (ə)
  13. Əl-Taqiyyə
  14. Əl-Tarix
  15. Əl-Məvaiz və'l-Hikəm
  16. Səvabul-Əmal və İqabul-Əmal
  17. Muris
  18. Merac
  19. Sələt
  20. Cənazə
  21. Əl-İmamət vəl-Təbsirət minəl-Heyrət
  22. İmla
  23. Nuədir kitabul-Muntaq
  24. Əxvəni
  25. Ən-Nisəu vəl-Vidən
  26. Alləl-Aşərəə
  27. Təfsir
  28. Nikah
  29. Mənasik əl-Həcc
  30. Qərubəl-İsnəd
  31. Təslim
  32. Tibb
  33. Risalətəl-Karr vəl-Farr

Tərcüməsi

Şeyx Səduqun "əl-Xisal" əsəri Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən tərcümə edilərək "Xislətlər" adı ilə 2013-cü ildə "Qədim Qala" nəşriyyatı tərəfindən nəşr edilib.

Şeyx Səduqun "Uyunu əxbar ər-Rza" əsəri Hilal Ağamoğlanov tərəfindən tərcümə edilərək "İmam Rzanın (ə.s.) hədis çeşməsi" adı ilə 2013-cü ildə "Elm və Təhsil" nəşriyyatı tərəfindən nəşr edilib.

Haqqında deyilənlər

"Ey mənim şeyxim, (Şeyx Səduqun atası: Əli ibn Hüseyn) etimad etdiyim və fəqihim…! Allah-taala səni Özünü razı olduğu işlərə müvəffəq etsin və sənin nəslində saleh övladlar qərar versin… Səni səbirə və Fərəcin (12-ci imamın) intizarına dəvət edirəm!… Elə isə səbir et və bütün şiələrimi də səbir etməyə çağır!…"

— İmam Əskəri

"… Şeyx Səduqun atası (Əli bin Hüseyn) öz əmisi qızı ilə ailə həyatı qurmuşdu. Amma qocalmasına və bu məktubdan illər ötməsinə baxmayaraq övladı olmurdu. Bir gün onun yolu Bağdad şəhərinə düşdü. Bu zaman İmam Zamanın (ə) 3-cü naibi Şeyx Əbul Qasim Hüseyn bin Ruh Bağdadda idi. Əli bin Hüseyn onunla görüşdükdən sonra İmam Zamana (ə) məktub yazır və məktubda İmamdan (ə.c) istəyir ki, İmam onun üçün övlad duası etsin. Və məktubu 3-cü naibdən İmamın (ə.c) hüzuruna göndərir. Bir müddətdən sonra İmamdan (ə.c) belə bir cavab məktubu gəlir:

"… Allah-taala tezlikə sənə Deyləmli qızından iki xeyirli, əməli-saleh və fəqih (alim) oğlan bəxş edəcəkdir…". Bu duadan sonra Əli bin Hüseyn iki və onlardan sonra da bir oğlana sahib oldu (Məhəmməd – Həsən – Hüseyn) ki, hər üçü alim və zahid idilər. Belə ki, Məhəmməd (Səduq) hədis əzbərləməkdə öz zamanında misilsiz idi. Və həmişə iftixar edir və deyirdi ki, mən İmam Zamanın duası ilə dünyaya gəlmişəm!"

" Səduq alicənab, hədislərə əzbər və rical elminə yiyələnmiş bir insan idi. Qum alimləri arasında elmi baxımdan ondan üstünü yoxdur. Şeyx Səduqun əsərlərinin sayı olduqca çoxdur."

— Şeyx Tusi

" Səduq bizim fəqihimiz idi. O (h.q.-red) 355-ci ildə Bağdada səfər etdi. Bağdad böyükləri onun elmindən faydalandılar."

— Şeyx Nəccaşi

"Şeyx Əbu Cəfər Məhəmməd ibn Əli ibn Babivəyh elə bir şəxsdir ki, onun elmi və düzgünlüyü hamı tərəfindən qəbul olunur…"

— Seyid ibn Tavus

" Səduq hədisçilərin rəisi, dinin əsaslarını dirildən, fəzilətlər və kəramətlər sahibi idi. O və qardaşı imam Əsgəri və imam Mehdinin duaları ilə dünyaya gəliblər."

— Şeyx Əsədullah Şuştəri

" Məhəmmməd ibn Əli üç yüzdən çox kitab yazıb. İslam alimləri arasında onun misli yoxdur."

— Seyid Həsən Sədr

" Şeyx Səduq adı ilə tanınmış Məhəmməd ibn Əli Qum alimləri arasında misilsizdir."

— Xeyrəddin Zərkəli

" Həzrət Höccət onun barəsində belə deyib: Pak Allah onun vasitəsilə xalqa fayda verəcəkdir."

— Əllamə Maməqani

Həmçinin bax

  • Şiə alimlərinin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şeyx Səduq haqqında məlumat. Şeyx Səduq nədir? Şeyx Səduq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İliya Abuladze

  • Fevral 27, 2026

    Dover

  • Fevral 27, 2026

    Abadi (qəzet)

  • Fevral 27, 2026

    Qeyri-üzvi birləşmələr

  • Fevral 27, 2026

    Mitilini

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst