Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İmam Mehdi (ərəb. محمد بن الحسن المهدي‎; 29 iyul 869, Səmərra, Abbasilər xilafəti – bilinmir) — On ikinci imam.

İmam Mehdi

  • Ana Səhifə
  • Vikipediya
  • İmam Mehdi
Bu məqalə On iki imam şiəliyində on dördüncü məsum, on ikinci imam və xəlifə hesab olunan şəxs olan Məhəmməd ibn Həsən əl-Mehdi haqqındadır. Digər məna üçün Mehdi səhifəsinə baxın.

İmam Mehdi (ərəb. محمد بن الحسن المهدي‎; 29 iyul 869, Səmərra, Abbasilər xilafəti – bilinmir) — On ikinci imam.

İmam Mehdi
محمد بن الحسن المهدي
Cəfərilərin 12-ci imamı
874 – 941
ƏvvəlkiHəsən əl-Əskəri
Şəxsi məlumatlar
Doğum tarixi 29 iyul 869
Doğum yeri
  • Səmərra, Abbasilər xilafəti
Vəfat tarixi qeybə çəkilib
İxtisası 14-cü məsum, 12-ci imam və xəlifə
Fəaliyyəti imam
Atası Həsən əl-Əskəri
Anası Nərcis
Həyat yoldaşı yoxdur
Uşağı yoxdur
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Məhəmməd ibn Həsən əl-Məhdi (H. Q. 255 və ya 256 və ya 258-ci il (M. 869/870/871) Şaban ayının 15-i) Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Əli əl-Əskəri, anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim görməmişdir.

Xüsusi naiblər

Mehdi atasının və babasının güvənilən səhabəsi olan Osman ibn Səid Əmri özünə naib təyin etmiş, şiələrinin (tərəfdarlarının) suallarına onun vasitəsilə cavab verirdi (5 il). Osman ibn Səid Əmri vəfat etdikdən sonra onun oğlu Məhəmməd ibn Osman Mehdinin naibliyinə keçdi (40 il). Daha sonra Əbülqasım Hüseyn ibn Ruh Növbəxti imamın özəl naibliyini yerinə yetirdi (21 il). Son olaraq Mehdinin nümayəndəsi Əli ibn Məhəmməd Səməri olmuşdur (3 il).

Əli ibn Məhəmməd Səmuri-nin ölümünə (h.q. 329) bir neçə gün qalmış Mehdidən bir məlumat gəldi. Əli ibn Məhəmməd Səmuriyə 6 gündən sonra (Səmurənin) öləcəyini bildirərək şəxsi (özəl) naiblik dönəminin artıq sona çatdığını və qeybəti kübranın, yəni böyük gizlilik dönəminin başlayıb, Allah zühur üçün icazə verənə qədər davam edəcəyini də elan etmiş oldu.

Qeyb dövrü

Şiələrə görə, Mehdi qeybə çəkilib və bu qeyb dövrü (Qeybət) 2 mərhələdən ibarətdir: Birincisi, "Qeybəti-Suğra" (Kiçik Qeybəsı) adlandırılır. H.q. 260-cı ildən başlayıb, h.q. 329-cu ildə bitdiyi iddia edilir. (69 il) İkincisi, "Qeybəti-kübra" (Böyük Qeybəsı) adlandırılır. H.q. 329-cu ildən başlayıb və Allah, zühur icazəsi verənə qədər davam edəcəyi iddia edilir. Hər iki məzhəbin də qəbul etdiyi bir hədisdə belə buyurulur:

"Əgər dünyanın (sonuna) bir gün belə qalsa, Allah o günü o qədər uzadar ki, (ta ki,) mənim nəvələrimdən (Əhli-Beytimdən) biri olan Mehdi zühur etsin və dünyanı zülmlə dolduğu kimi , ədalətlə doldursun."

Zühur

Şiəlik və Sünnilik vasitəsilə Məhəmməd Peyğəmbərdən və Əhli-Beyt imamlarından Mehdinin zühuruyla əlaqədar, onun Məhəmməd Peyğəmbərin soyundan olduğuna və öz zühuruyla bəşər cəmiyyətini həqiqi kamilliyə qovuşduracağına və cəmiyyətə mənəvi həyat verəcəyinə dair sayısız hədislərdən əlavə, onun məhz Əhli-Beyt imamlarının on birincisi İmam Həsən əl-Əskərinin oğlu olduğuna və dünyaya gəlməyindən sonra uzun müddət gizli yaşadıqdan sonra zühur edəcəyinə və dünyanı zülmlə dolduğu kimi ədalətlə dolduracağı xüsusunda bir çox hədislər nəql edilmişdir.

Mehdi ilə görüş

İlk vaxtlarda Abbasi hökuməti Həsən ibn Əli əl-Əskərinin oğlunu ələ keçirib öldürmək məqsədilə Həsən ibn Əli əl-Əskərinin evini ciddi nəzarət altında saxladığından, Mehdinin anadan olması Həsən ibn Əli əl-Əskərinin qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş vermişdir. Bu barədə ən mötəbər xəbəri Mehdinin anadan olmasının yaxından şahidi olmuş Həsən ibn Əli əl-Əskərinin bibisi Həkimə xanım vermişdir. Mehdinin gizli şəkildə anadan olması bu demək deyil ki, sonralar, yəni, Həsən ibn Əli əl-Əskərinin sağ olduğu müddətdə Mehdini beş-altı yaşına qədər heç kəs görməmişdir. Şiələrdən xüsusi adamlar müxtəlif vaxtlarda və müxtəlif münasibətlərlə onu görməyə nail olmuş, beləliklə də, onun anadan olmasına yəqinlik taparaq, lazım gəldikdə başqa şiələrə də bu haqda məlumat verirdilər. Alimlər bu görüşlər barədə geniş şəkildə açıqlamalar vermiş, lakin bunların içərisində ən əsası çox güman ki, Həsən ibn Əli əl-Əskərinin qırx səhabəsinin onunla görüşü olmuşdur. Bu görüş aşağıdakı şəkildə baş vermişdir.

Həsən ibn Əyyub ibn Nuh deyir :

"İmam Həsən Əskəri (ə)-dan sonrakı İmamın kim olacağı barədə soruşmaq üçün o Həzrətin yanına getdik. Biz qırx nəfər idik. (Sonradan İmam Məhdi (ə)-ın xüsusi vəkillərindən biri olmuş) Osman ibn Səid Əmri ayağa qalxıb dedi: "Sizin məndən daha yaxşı bildiyiniz bir məsələ barədə soruşmaq istəyirəm." İmam Həsən Əskəri (ə) Osmana "Əyləşin" — deyə cavab verdi. Osman narahat halda məclisdən çıxmaq istədi. İmam buyurdu: "Heç kim durub getməsin." Buna görə də, kimsə qırağa çıxmadı. Bir qədər keçdikdən sonra İmam Əskəri (əleyhissəlam) Osmanı dilləndirdi. O ayağa qalxdı. İmam ona buyurdu: "İstəyirsiniz, bura nə üçün gəldiyinizi deyim?" Hamı "Buyurun!" -deyə cavab verdi. İmam buyurdu: "Bura məndən sonra kimin İmam olacağı barədə soruşmaq üçün gəlmisiniz." Hamı "Bəli" dedi. Bu vaxt ay kimi işıqlı (nurani), İmam Həsən (ə)-ma oxşayan bir oğlan (uşağı) içəri daxil oldu. İmam Həsən Əskəri (ə) ona işarə edərək buyurdu: "Bu, məndən sonra sizin İmamınız, mənim sizin aranızdakı canişinimdir. Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın. Yoxsa özünüz həlak, dininiz isə məhv olub gedər…"

Atası

Qeyd olunması lazım olan məsələlərdən biri də budur ki, bəzi sünni mənbələrində İmam Məhdinin atasının adı Abdullah qeyd edilmişdir. Halbuki şiə və sünni mənbələrindəki bir çox hədislər o imamın atasının adının Həsən olduğuna dəlalət edir. Bu ixtilafın mənşəyi o olmuşdur ki, bəzi sünni mənbələrində o imamın nişanələri sırasında Peyğəmbərin (s) aşağıdakı ifadəsi qeyd olunmuşdur: "Onun (Məhdinin) adı mənim adımdan, atasının da adı mənim atamın adından olacaq…" Əldə olan faktlar göstərir ki, "atasının adı da mənim atamın adından olacaqdır" ifadəsi Peyğəmbərin (s) sözündə olmamış və hədis söyləyən özü onu bilərəkdən, ya da bilmədən Peyğəmbərin (s) cümləsinə əlavə etmişdir. Peyğəmbər (s) isə yalnız "onun adı mənim adımdan olacaqdır" — deyə buyurmuşdur. Hafiz Gənci Şafei bu barədə deyir :

"Tirmizi bu hədisi rəvayət etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir. Həmçinin, bu kimi məsələlərə çox diqqətlə yanaşan Əhməd ibn Hənbəl bu hədisi öz "Müsnəd"ində bir neçə yerdə qeyd etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir."

Sonra Gənci əlavə edib deyir:

"Sünnilərin mötəbər hədisçilərinin bu barədə söylədikləri rəvayətlərin heç birində sonuncu cümlə qeyd olunmamışdır. Təkcə Zaidə adlı bir şəxsin Asimdən söylədiyi rəvayətdə bu cümlə qeyd olunmuşdur. Zaidə isə hədislərə özündən bəzi şeylər əlavə etdiyindən onun söylədiyi hədisə etibar edilmir. Bu məsələnin şahidi də odur ki, bu hədisi Asim adlı bir şəxs rəvayət etmiş, Hafiz Əbu Nüeym "Mənaqibül-Məhdi" kitabında bu hədisi söyləmiş otuz bir nəfərin adını çəkmiş və onların hamısı onu Asimdən rəvayət etmiş və heç birinin hədisində sonuncu cümlə gəlməmişdir. Yalnız Zaidənin rəvayətində o cümlə gəlmişdir. Təbii ki, bir nəfərin də rəvayəti bu qədər adamın rəvayətinin müqabilində etibarlı sayıla bilməz."

Anası

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İmam Mehdi haqqında məlumat. İmam Mehdi nədir? İmam Mehdi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sinay yarımadası

  • Fevral 27, 2026

    Büst

  • Fevral 11, 2026

    Alp dağları

  • Fevral 27, 2026

    Eldar Novruzov

  • Fevral 27, 2026

    Kris Braun

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst