Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şeyx Tusi (fars. شیخ توسی‎; tam adı: Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi, fars. ابوجعفر محمد بن حسن توسی‎; 995[…] və ya 995, Tus – 2 dekabr 1067, Nəcəf) — fars

Şeyx Tusi

  • Ana Səhifə
  • Vikipediya
  • Şeyx Tusi

Şeyx Tusi (fars. شیخ توسی‎; tam adı: Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi, fars. ابوجعفر محمد بن حسن توسی‎; 995[…] və ya 995, Tus – 2 dekabr 1067, Nəcəf) — fars əsilli islam alimi. HQ. V əsrin Şiə-Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi.

Şeyx Tusi
Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi
Doğum tarixi oktyabr 995
Doğum yeri Tus, İran
Vəfat tarixi 7 dekabr 1067 (72 yaşında)
Vəfat yeri Məscidi Tusi, Nəcəf, İraq
Milliyyəti Fars
Elm sahəsi İslam
Elmi rəhbəri Nəcəf elmi mərkəzi
Tanınmış yetirmələri İshaq b. Bəbaveyh-i Qumi
Əbu Səlah-i Xələbi
öz oğlu Əbu Əli Tusi və b.
Tanınır Şeyx Tusi

Mündəricat

Həyatı

Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi oktyabr 995-ci ildə Tus şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. 1017/1018-ci ilə qədər bu şəhərdə yaşamışdır. 7 dekabr 1067-ci ildə Nəcəf şəhərində vəfat etmiş və vəsiyyətinə əsasən bu şəhərdəki evində dəfn olunmuşdur. Dəfn olunduğu ev sonradan Tusi məscidi'nə çevrilmişdir.

Təhsili

Tus şəhərində yaşadığı 995–1017/1018-ci illərdə müqəddimə elmlərindən dərs demişdir. Təhsilini davam etdirmək məqsədilə 1017/1018-ci illərdə Bağdada köçmüşdür. 1017/1018–1022/1023-cü illərdə Şeyx Müfiddən dərs alır və müctəhidlik dərəcəsinə çatır. Sonra müəllimi Şeyx Müfidin məsləhəti ilə "Təhzibul Əhkam" əsərini yazır. Bu əsər sonradan Şiə məzhəbinin ən məşhur dörd əsərindən birinə çevrilir.

Müəllimləri

  1. Şeyx Müfid
  2. Seyyid Mürtəza

Tələbələri

Bir çox tələbələr yetişdirmişdir. Onlardan bəziləri:

  1. İshaq ibn Bəbaveyhi Qumi
  2. Əbu Salehi Xələbi
  3. oğlu, Əbu Əli Tusi
  4. Şəhraşubi Mazandarani
  5. Əbdülcabbar ibn Abdullah əl-Qəməri Razi
  6. Məhəmməd ibn Həsən Fətal
  7. Kəraçi
  8. Hüseyn ibn Fəthi Cürcani
  9. Cəfər ibn Əli Hüseyni
  10. Nasir ibn Rza Ələvi və b.

Dini fəaliyyəti

1055-ci ildə Səlcuq sultanı Toğrul bəy Bağdada hücum etmişdir. Hücum zamanı bir çox şiə məhəllələri yağmalanmışdır. Şahbur ibn Ərdəşir'in kitabxanası yandırılmışdır. Talan 1059/1060-cı ilərə kimi davam etmişdir. Bu hadisələr zamanı bir neçə dəfə Şeyx Tusinin yazdığı kitablar və kitabxanası şəhər meyanına daşınaraq yandırılmışdır. 1057/1058-ci ildə Tusinin evi də yağmalanmış və bütün əsərləri yandırılmışdır. Bütün bu hadisələrdən sonra Şeyx Tusi Bağdad şəhərindən köçmək qərarına gəlmişdir. 1056/1057-ci ildə Nəcəf şəhərinə köçmüşdür. Nəcəfdə ömrünün qalanını İslamı tədris etməklə keçirmiş və burada hələ də mövcud olan böyük şiə tədris müəssisəsinin əsasını qoymuşdur.

Əsərləri

Şeyx Tusi 51-ə yaxın əsər yazmışdır.

Təfsir

  1. "ət-Tibyan'u fit-Təfsiri'l Quran"
  2. "əl-Məsailu'd-Dimeşqiyyə fit-Təfsiri'l Quran"

Hədis

  1. "Təhzib əl Əhkam"
  2. "İstibsar"

Fiqhi

  1. "ən-Nihayə"
  2. "əl-Məbsut"
  3. "əl-İcaz fil Fəraiz"
  4. "əl-Məsailu'l Xələbiyə fil Fiqh"
  5. "əl-Məsailu'l Xairiyyə fil Fiqh"

Üsul

  1. "Hücciyətu'l Əxbar"

Kəlam

  1. "Təlxisu'l Şafi"
  2. "Təmhidu'l Üsul"
  3. "əl-İqtisad"
  4. "əl-Firaq beynən-Nəbi vəl İmam"

Rical

  1. "Kitabu'l Ənvar" ("Rical-i Şeyx Tusi")
  2. "İxtiyaru Marifəti'l Rical"
  3. "əl-Fihrist"

Tarix

  1. "Maqtəlu'l-Hüseyn"
  2. "Müxtəsaru Əxbar-i Muxtar ibn Əbu Ubeyd əl-Saqafi"

Dua

  1. "Misbahu'l Mütəhəccid"
  2. "Müxtasaru'l Misbah"

Haqqında deyilənlər

Həmçinin bax

  • Ət Tibyan
  • Şiə məzhəbinin alimləri siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şeyx Tusi haqqında məlumat. Şeyx Tusi nədir? Şeyx Tusi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İsveçrə bayrağı

  • Fevral 27, 2026

    Vitales

  • Fevral 27, 2026

    Kvattroçento

  • Fevral 27, 2026

    Benoyn Boyşar

  • Fevral 27, 2026

    Əlqas Mirzə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst