Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Mehmet Şadi Çalıq (türk. Mehmet Şadi Çalık; 6 dekabr 1917 və ya 1917, İraklion – 24 dekabr 1979, İzmir) — Türkiyə heykəltaraşı. 1940-1948-ci illərdə İstanbul Gö

Şadi Çalıq

  • Ana Səhifə
  • Vikipediya
  • Şadi Çalıq

Mehmet Şadi Çalıq (türk. Mehmet Şadi Çalık; 6 dekabr 1917 və ya 1917, İraklion – 24 dekabr 1979, İzmir) — Türkiyə heykəltaraşı. 1940-1948-ci illərdə İstanbul Gözəl Sənətlər Akademiyasında professor Rudolf Bellinqin şagirdi olmuşdur. 1950-1951-ci illərdə karyerasına Fransanın Paris şəhərində davam etmişdir. Dövlət Gözəl Sənətlər Akademiyasının Heykəl bölməsində təhsil üzvü olmuşdur. Plastır, bürünc, dəmir və taxta kimi müxtəlif məmulatlardan istifadə edərək hazırladığı heykəlləri İstanbul Rəsm və Heykəl muzeyində yerləşir. Əsərlərinə Orta Şərq Texniki Universitetində yerləşən Atatürk heykəli, İzmir mədəniyyət parkındakı heykəllər, Əsaf Halət Çələbi büstü, İstanbul bələdiyyə sarayı dekorları və s. aiddir. Neo-klassik üslubunda başladığı karyerasında vaxtilə mücərrəd və "Minimunizm" adlandırdığı heykəli ilə minimalist bir anlayışa istiqamətlənən Çalığın əsərlərində sadəlik və açıqlıq aydın görünür.

Mehmet Şadi Çalıq
türk. Mehmet Şadi Çalık
Doğum tarixi 6 dekabr 1917
Doğum yeri İraklion, Krit, Yunanıstan
Vəfat tarixi 24 dekabr 1979 (62 yaşında)
Vəfat yeri İzmir, Türkiyə
Milliyyəti Türk
Vətəndaşlığı  Türkiyə
Fəaliyyəti heykəltaraş
Təhsili İstanbul Dövlət Gözəl Sənətlər Akademiyası
Janr Heykəl
Stil Abstraksionist Minimalizm
Təsirlənib Abidin Eldəroğlu
Təsir edib Mehmet Ağsoy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Mehmet Şadi Çalıq 6 dekabr 1917-ci il tarixində Yunanıstana aid olan Krit adasının İraklion şəhərində anadan olmuşdur. Atası İraklion zadəganı olan Çalıqzadə Şadi bəy, anası isə Xədicə xanın idi. Çalıq hələ 6 yaşında olarkən Türkiyə və Yunanıstan arasındakı 1923-cü il əhali mübadiləsi nəticəsində ailəsi ilə birlikdə Türkiyənin Urla şəhərinə köçmüş, uşaqlıq və erkən gənclik dövrünü orada keçirmişdir.

İbtidai təhsilini tamamladıqdan sonra 1930-cu ildə İzmir Amerikan Kollecinə girmiş, iki sonra isə İzmir Atatürk Liseyi üçün qeydiyyatdan keçmişdir. Liseydən 1939-cu ildə məzun olmuş və İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasına daxil olmuşdur. Akademiyada nasist Almaniyasından Türkiyəyə qaçmış olan alman heykəltaraş Rudolf Bellinqin şagirdi olmuşdur. Akademiyanı 1949-cu ildə bitirmiş, 1950-ci ildə isə Paris şəhərinə getmişdir. Bir il sonra Türkiyəyə geri qayıtmış və 1959-cu ilə qədər işlərinə sərbəst davam etmişdir. 1959-cu ildə Akademiyanın Heykəl bölməsi tərəfindən “peşə işləri müvəffəqiyyətli olduğu” üçün atelye təhsili (assistent) vəzifəsinə layiq görülmüşdür. 1969-cu ildə dosent, 1971-ci ildə isə professor olmuşdur. Yaxın dostu Nəcati Cumalının bacısı Müfidə ilə evlənmiş, bu evlilikdən Sirən və Osman adlı iki uşağı olmuşdur. Mehmet Şadi Çalıq 24 dekabr 1979-cu il tarixində, ürək böhranı nəticəsində İzmir şəhərində vəfat etmişdir. Məzarı İzmir şəhərinin Bornova ilçəsindəki Hacılarkırı qəbiristanlığındadır.

Xatirəsi

1995-ci ildə İzmit şəhərindəki Saraybaxça bələdiyyəsi və Memar Sinan Universitetinin Heykəl bölməsinin əməkdaşlığıyla “Beynəlxalq I Şadi Çalıq Mərmər Heykəl Simpoziumu” keçirilmişdir. Urla bələdiyyəsi "gələcək nəsillərin xatırlaması" üçün Urlada yerləşən bir prospektə Şadi Çalıq adı verilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şadi çalıq sözünün mənası, şadi çalıq haqqında məlumat. şadi çalıq nədir? şadi çalıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hakkari

  • Fevral 27, 2026

    M1 Carabine

  • Mart 06, 2026

    Kukay

  • Fevral 27, 2026

    Ərik

  • Mart 06, 2026

    Daniela Potapova

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst