Cəfər Yusifov (13 oktyabr 1945, Birinci Şıxlı, Qazax rayonu – 15 dekabr 2023) — Bakı Metropoliteninin sabiq rəisi (1993–1998).
| Cəfər Yusifov | |
|---|---|
| Cəfər İsa oğlu Yusifov | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 13 oktyabr 1945 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 15 dekabr 2023 (78 yaşında) |
| | |
| Təltifləri | |
Həyatı
Cəfər İsa oğlu Yusifov 1945-ci il oktyabrın 13-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi ixtisası üzrə təhsil alıb. Bakı metropolitenində 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb. Metropolitendəki əmək fəaliyyəti dövründə tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi vəzifəsinə yüksəlib. 1993-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib, 1997-ci il iyulun 27-nə qədər bu vəzifəni icra edib.
15 dekabr 2023-cü il tarixində vəfat edib.
Təltifləri
C. Yusifov 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Şöhrət" ordeninə layiq görülüb. Bakı metropolitenində göstərdiyi xidmətlərə görə "Fəxri dəmiryolçu" döş nişanı ilə təltif edilib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəfər Yusifov haqqında məlumat. Cəfər Yusifov nədir? Cəfər Yusifov nə deməkdir?