İvan Sergeyeviç Frolov (30 may 1890, Dmitrov qəzası[d], Moskva quberniyası[d] – 1969, Bakı) — sovet kinooperatoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).
| İvan Frolov | |
|---|---|
| rus. Иван Сергеевич Фролов | |
| |
| Doğum tarixi | 30 may 1890 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1969 (78–79 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | kinooperator, kinooperator[d], kinorejissor |
| Fəaliyyət illəri | 1906-cı ildən |
| Mükafatları | |
| IMDb | ID0296290 |
Həyatı
30 may 1890-cı ildə Moskva quberniyasının Dmitrov qəzasında anadan olub. 1906-cı ildən kino fəaliyyətinə başlayıb.
XX əsrin əvvəllərində Moskva və Peterburqda müxtəlif şəxsi kinostudiyalarda, 1918–1927-ci illərdə "Lenfilm" kinostudiyasında, 1927-ci ildən "Azərbaycanfilm" kinooperator kimi fəaliyyət göstərib.
24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb, "Şərəf nişanı" ordeni və medallarla təltif edilib.
1969-cu ildə Bakıda vəfat edib.
Filmoqrafiya
Operatoru olduğu filmlər
- Gilan qızı (film, 1928) (tammetrajlı bədii film)
- Sevil (film, 1929) (tammetrajlı bədii film)
- İlk komsomol buruğu (film, 1930) (tammetrajlı bədii film)
- Almaz (film, 1936) (tammetrajlı bədii film) — quruluşçu operator
Rejissoru olduğu filmlər
- İlk komsomol buruğu (film, 1930) (tammetrajlı bədii film)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İvan Frolov haqqında məlumat. İvan Frolov nədir? İvan Frolov nə deməkdir?
