Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İfrazat sistemi və ya ekskretor sistem - insan və heyvan orqanizmindən suyu və duzları, maddələr mübadiləsinin son məhsullarını, eləcə də orqanizmə daxil edilən

İfrazat sistemi

  • Ana Səhifə
  • Vikipediya
  • İfrazat sistemi

İfrazat sistemi və ya ekskretor sistem - insan və heyvan orqanizmindən suyu və duzları, maddələr mübadiləsinin son məhsullarını, eləcə də orqanizmə daxil edilən, yaxud orqanizmdə əmələ gələn zəhərli maddələri xaric edən orqanların məcmusudur. İbtidailərdə tez həll olunan ekskretlər (ammonyak, sidik cövhəri) diffuziya yolu ilə və ya yığılıb-açılan qovuqcuqlar vasitəsilə xaric olunur. İbtidai çoxhüceyrəlilərdə və az fəal olan dəniz heyvanlarında mübadilə məhsulları bədən səthindən və xarici mühitlə əlaqədar olan boşluqların divarından diffuziya edilir. Təkamül nəticəsində ibtidai qurdlarda və bəzi halqavarı qurdlarda, eləcə də molyuskların sürfələrində xüsusi ifrazat orqanları - protonefridilər - bir ucu dəlik vasitəsilə xaricə açılan, digər (kor) ucu isə daxildə sonlanan borular əmələ gəlmişdir. Halqavarı qurdların əksəriyyətində ifrazat sistemi metanefridilər şəklindədir. Bu boruların bir ucu qıf vasitəsilə selom kisələrinə, digər ucu isə xaricə - sonrakı seqmentin səthinə açılır. Molyusklarda bu qıf ürəkətrafı boşluğa, selom axacağının xarici dəliyi isə manti boşluğuna açılır. Xərçəngkimilərdə ifrazat orqanları kor kisəcik ilə başlayıb, bığların əsasında xaricə açılan qıvrım borulardan (yaşıl vəzilər) ibarətdir. Quru buğumayaqlıları üçün ifrazat funksiyasının bağırsaq divarlarına (bir ucu orta və arxa bağırsağın qovuşduğu yerə açılan, digər ucu isə kor bağırsaq çıxıntıları olan borucuqlar və ya Malpigi damarları topası əmələ gətirir) keçməsi xarakterikdir.

İfrazatın xüsusi tipi katabolitlərin çətin həll olunan formaya keçib xüsusi törəmələrdə toplanmasıdır. Qişalıların və assidilərin ifrazat orqanları xüsusi kisəciklər, neştərçəninki qəlsəmə nahiyəsində 100 cütə qədər nefromiksinlərdən ibarətdir. Onurğalılarda isə ifrazat orqanı böyrəklərdir. Orqanizmin inkişafından asılı olaraq üç böyrək tipi müşahidə edilir:

  • ön və ya baş böyrək (pronefros);
  • ilk, orta, yaxud gövdə böyrək (mezonefros);
  • ikinci, arxa və ya çanaq böyrək (metanefros).

Bütün balıqlarda və suda-quruda yaşayanlarda ilk böyrək fəaliyyət göstərir. İbtidai onurğalılarda rüşeym dövründə fəaliyyət göstərən ilk böyrəyi ikinci böyrək əvəz edir. Bu böyrək dişilərdə regenerasiyaya uğrayır, erkəklərdə isə toxumötürücü aparat funksiyasını yerinə yetirərək xaya artımı və ya epididimis adlanır.

 Biologiya ilə əlaqədar olan bu məqalə qaralamadır. Məqalə məzmununu zənginləşdirərək Vikipediyaya kömək edin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İfrazat sistemi haqqında məlumat. İfrazat sistemi nədir? İfrazat sistemi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qaytaq usmiliyi

  • Fevral 27, 2026

    Şibuya

  • Fevral 28, 2026

    Fao yarımadası

  • Fevral 27, 2026

    Vulqata

  • Fevral 27, 2026

    Buzluq (Goranboy)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst