İttifaq dövləti (belar. Саюзная дзяржава, rus. Союзное государство), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — Rusiya və Belarus tərəfindən yaradılmış təşkilat. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq quruldu. 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirildi və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirildi. 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalandı. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalandı.
| İttifaq dövləti | |
|---|---|
| belar. Саюзная дзяржава rus. Союзное государство | |
![]() | |
| Rəsmi dilləri | |
| Paytaxt | Minsk, Moskva |
| • Əhali |
|
| Valyuta | Belarus rublu[d], Rusiya rublu |
| Telefon kodu | +375, +7 |
| Saat qurşaqları |
|
Nəzərdə tutulan genişlənmə
Abxaziya və
Cənubi Osetiya (faktiki olaraq) — hazırda parlament iclaslarında müşahidəçi statusuna malikdirlər. Hər iki qurumun baş nazirləri qeyri-rəsmi olaraq İttifaq dövlətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər.

Qazaxıstan — Qazaxıstan 2010-cu ilə qədər Rusiya və Belarus ilə ayrıca gömrük ittifaqı qurmaq istədiyini bəyan etmişdi. Planlaşdırıldığı kimi 2010-cu ilin əvvəlində 3 ölkədən ibarət gömrük ittifaqı yaradıldı. Həmçinin Qazaxıstan gələcəkdə İttifaq dövlətinə qoşula biləcəyi haqqında bəyanat verdi.
Qırğızıstan — 2007-ci ilin iyun ayından etibarən, siyasi təlatümlər içində olan Qırğızıstanda müxalifət Rusiya və Belarus birliyinə qoşulmaq üçün ümumxalq referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.
Moldova — ölkənin 3-cü Prezidenti Vladimir Voronin 2001-ci ildə prezident seçildikdən dərhal sonra İttifaq dövlətinə daxil olmaq planlarının olduğunu qeyd etmişdi. Lakin 2009-cu il seçkilərindən sonra Moldavada Avropaya inteqrasiya edən hökumət hakimiyətə gəldi.
Dnestryanı (faktiki olaraq) — 1998-ci ilin yazında Dnestryanıda seçicilərin 66,5%-i qurumun Rusiya və Belarus İttifaqına qoşulmağını dəstəkləyib. 2006-cı ildə keçirilən seçkilərdə isə Dnestryanıda əhalinin 97,2%-i tanınmamış Dnestryanı dövlətinin Rusiyaya inteqrasiyasına səs vermişdir. Lakin qurum həm Belarus və Rusiya, həm də dünya ölkələri tərəfindən tanınmadığı üçün bunun yaxın gələcəkdə baş verməsi ehtimalı azdır.
Ukrayna — Ukraynanın İttifaqa daxil olması ilə bağlı spekulyasiyalara cavab olaraq Ukraynanın 4-cü Prezidenti Viktor Yanukoviç Ukraynanın müstəqil suveren dövlət olduğunu qeyd etmişdi. Həmçinin 2021-ci ildə Ukraynanın 6-cı Prezidenti Vladimir Zelenski İttifaq dövlətinin Ukrayna üçün real təhlükə olduğunu bəyan etdi.
Novorosiyya — 2014-cü ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dövründə Krım Respublikasının Baş Nazirinin müavini Rüstəm Temirqəliyev Ukraynanın cənub-şərqinin “Ukrayna Federasiyası” adı altında İttifaq dövlətinə qoşulacağına ümid etdiyini bildirib. Lakin Ukraynadan müstəqillik elan edən Donetsk və Luqansk Xalq Respublikalarının yaranması ilə konfederativ Novorossiya siyasi layihəsi 2015-ci ilin əvvəllərində donduruldu.
Yuqoslaviya Federal Respublikası /
Serbiya — 1999-cu ildə Yuqoslaviya FR Parlamenti ölkənin İttifaq dövlətinə üzv olmasına razılıq verdi. 2007-ci ildə Serbiyanın 4-cü Prezidenti Tomislav Nikolic İttifaq dövləti ilə əlaqələrini gücləndirməsini və sonda İttifaq dövlətiinə qatılmaq arzusunda olduğunu bəyan etdi. Lakin sonradan Serbiya Avropa İttifaqına üzvlük ərizəsi təqdim etdi.
Həmçinin bax
- Müstəqil Dövlətlər Birliyi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇ttifaq dövləti sözünün mənası, i̇ttifaq dövləti haqqında məlumat. i̇ttifaq dövləti nədir? i̇ttifaq dövləti nə deməkdir?