Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hunanlar (əvvəlki adı: Girzan) — Azərbaycan Respublikasının Tovuz rayonunun Hunanlar kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ sa

Hunanlar

  • Ana Səhifə
  • Vikipediya
  • Hunanlar

Hunanlar (əvvəlki adı: Girzan) — Azərbaycan Respublikasının Tovuz rayonunun Hunanlar kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun Girzan kəndi Əlimərdanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılarıq, həmin kənd mərkəz olmaqla Girzan kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kənd inzibati ərazi dairəsi tərkibindəki Girzan kəndi Hunanlar kəndi adlandırılmış, Girzan kənd inzibati ərazi dairəsi Hunanlar kənd inzibati ərazi dairəsi hesab edilmişdir.

Hunanlar
41°03′44″ şm. e. 45°45′51″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.919 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6031
Hunanlar xəritədə
Hunanlar
Hunanlar

Mündəricat

Toponimikası

Tarixi mənbələrdə kəndin adı Krzan variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılar oykonimi Kür çayının adı ilə əlaqələndirərək "Kür sahili, Kür qırağı" kimi izah edirlər. Lakin tədqiqatçıların araşdırmalarına görə, kəndin əsl adı Kürsandır. Kəndin sakinləri udilər olmuşdur. XIX əsrə aid arxiv sənədlərində Kürsanda cəmi 32 udi ailəsinin yaşadığı göstərilir. Kürs qədim türk dillərində "yad, qohum olmayan" mənasında işlənmişdir. Deməli, oykonim "yadlar, qohum olmayanlar" mənasındadır. Ruslarda Kirsanov soyadı və Tambov vilayətində bu soyadla bağlı şəhər də qeydə alınmışdır.

Tarixi

Hələ 1930-cu ildə Kirzan Azərbaycanın 3-cü udi kəndi (Nic və Vartaşen (indiki Oğuz şəhəri) ilə yanaşı) hesab edilirdi.

19-cu əsr ermənişünası Aleksandr D. Yeritsyan öz tədqiqatlarının nəticəsi olaraq "Yelizavetpol quberniyasının Qazax uyezdinin dövlət kəndlilərinin iqtisadi məişəti" əsərində yazır:

Əsrin ortalarında kənd utilərdən (udilərdən) ibarət idi və əhalisi çox olan yaşayış məskəni hesab edilirdi. kanalların izləri, bağlardan qalan qalıqlar və çoxlu sayda qədimi dağıntılar sübut edir ki, nə vaxtsa bu kənddə 700-dən çox ev var idi.

Qədim utilərin əcdadları indi də burada yaşayırlar. Onlardan bir hissəsi erməniləşiblər: ermənicə danışırlar, lakin çoxları öz qədim əcdadlarını və udi dilini xatırlayır.

Təəssüf olsun ki, Kirzan kəndinin əhalisi iqlim və digər yerli şəraitdiən, məişətindən asılı olaraq sürətlə və hissediləcək dərəcədə azalmağa başladı. 1873-cü ilin kameral yazılarında 29 evin və hər iki cinsdən 198 nəfərin olduğu göstərilmişdir, 1885-ci ildə 26 ev və 132 nəfər göstərilir. Kirzanlılar öz vətənlərinə çox bağlıdırlar. Onlar varlıdırlar, əsasən bağçılıqla və şərabçılıqla məşğul olurlar.

Görkəmli udi tarixçisi Voroşil L. Qukasyan udilərin dilləri haqqında məqaləsində Kirzan kəndi haqqında belə məlumat verir:

Qafqazyanı ərazinin (Yelizavetpol quberniyası) əhalisi haqqında 1886-cı ilin (Tiflis, 1893) ailələr üzrə siyahıdan alınmış statistik məlumatlarda qeyd edilir:

"Qazax uyezdi, IV, Bozalqəlin sahəsi № 1104.

Kirzan — udilər 27 ev, kişi 90, qadın 70".

"İnqilab və mədəniyyət" jurnalında "Dünya üçün udi kəndi" başlığı altında yerləşdirilmiş kiçik məlumatda (№ 10, Bakı, 1930, səh. 40) qeyd edilir ki, 1930-cu ildə Kirzanda 36 ev var idi ki, bunlarda da 150-dən çox udi yaşayırdı

Tarixi abidələri

Hunanlar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
381 Məbəd XII əsr Hunanlar kəndi Memarlıq Ölkə

Coğrafiyası və iqlimi

Kənd Kür çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 1601 779 822
2009 ↗1919 ↗965 ↗954

Vaxtilə əhalisi əsasən udilərdən ibarət olub. XX əsrin əvvəllərində kənd əhalisinin sayı 1500-dən çox idi.

Hazırda kənd əhalisinin əksəriyyətini 1988-ci ildə Qərbi Azərbaycandan olan öz doğma yurdlarından deportasiya edilmiş insanlar təşkil edir.

İqtisadiyyatı

Ölkə prezidentinin 20 avqust 2014-cü il tarixli "Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam"ı ilə Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisinə ilkin olaraq 3 milyon manat, 1 iyul 2015-ci il tarixli sərəncamı ilə 4 milyon manat vəsait ayrılmışdır8 Tikinti işləri başa çatdırılmışdır.

Hələlik kənddə mavi yanacaq problemi öz həllini tapmamışdır. Bununla belə mavi yanacağın verilməsi planlaşdırılır.

Mədəniyyəti

Kənddə Hunanlar kənd kitabxana filialı, Hunanlar kənd klubu, Hunanlar poçt şöbəsi (AZ6031) fəaliyyət göstərir.

Təhsil

Kənddə Habil Cəfərov adına Hunanlar kənd tam orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Hunanlar kənd uşaq bağçası fəaliyyətdədir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Hunanlar həkim məntəqəsi yerləşir.

25 fevral 2010-cu ildə Yaponiya dövləti Girzan kəndində tibb mərkəzinin açılışına 96,963 ABŞ dolları miqdarında vəsait ayırmışdır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hunanlar haqqında məlumat. Hunanlar nədir? Hunanlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    III Fridrix

  • Fevral 24, 2026

    Təqlidçi demokratiya

  • Fevral 27, 2026

    Fudan Universiteti

  • Fevral 27, 2026

    Mario (franşiza)

  • Fevral 24, 2026

    29 sentyabr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst