Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəmaləddin Əbül-Fərəc Əbdürrəhman ibn Əli ibn Məhəmməd ibn Əli əl-Qureyşi (ərəb. ابن الجوزي‎; 1116[…] və ya 1126, Bağdad, İraq, Abbasilər xilafəti – 1201[…], Ba

İbn əl-Cəvzi

  • Ana Səhifə
  • Vikipediya
  • İbn əl-Cəvzi

Cəmaləddin Əbül-Fərəc Əbdürrəhman ibn Əli ibn Məhəmməd ibn Əli əl-Qureyşi (ərəb. ابن الجوزي‎; 1116[…] və ya 1126, Bağdad, İraq, Abbasilər xilafəti – 1201[…], Bağdad, İraq, Abbasilər xilafəti) — Fiqh, təfsir, hədis, tarix, riyazət və əxlaq sahələrində genişhəcmli əsərlər yazmış Hənbəli məzhəbinin alimlərindən biri.

İbn əl-Cəvzi
ərəb. أبو الفرج ابن الجوزي
Doğum tarixi 1116(1116)[…] və ya 1126(1126)
Doğum yeri
  • Bağdad, İraq, Abbasilər xilafəti
Vəfat tarixi 1201(1201)[…] (74–85 yaşında)
Vəfat yeri
  • Bağdad, İraq, Abbasilər xilafəti
Elm sahələri fiqh, hədis elmi, təfsir, tarix
Tanınmış yetirməsi İbn Qudamə

Mündəricat

Bioqrafiyası

1116-cı ildə və ya 1120-ci ildə Bağdadda dünyaya gəlmişdir. Əbu Bəkrin nəslinə mənsubdur. Kiçik yaşlarından atasını itirdiyindən əmisinin himayəsində böyüyüb. Atasından yaxşı miras qaldığından korluq çəkmədən yaşayıb və təhsil alıb. Əmisinin vasitəçiliyi ilə İbn Nəsir əs-Səlamidən tarix, hədis və əxlaq dərsləri alıb. Əbu Qasım Hibətullah ibn Husayn əş-Şeybani, Məvhub ibn Əhməd əl-Cəvaliki, İbn ət-Təbər Əbu Qasım Hibətullah ibn Əhməd əl-Həriri, İbn əz-Zağuni və Əbdülvəhhab əl-Ənmati kimi alimlərdən dərslər almışdır. Müəllimi İbn əz-Zağuninin vəfatından sonra onun yerinə keçərək Mənsur Məscidində moizə verməyə başlamış, fəqihlərin də iştirak etdiyi elm məclislərində iştirak etmişdir. Dövlət adamları ilə müsbət əlaqələr saxlamağa çalışmış, xəlifənin vəzirin qızı ilə oğlunu evləndirmişdir. Lakin bu yaxınlığa görə bəzi alimlər tərəfindən qınanmışdır. Dövlət adamları ilə olan bu xoş münasibətləri İbn əl-Qəssabın vəzir təyin edilməsinə qədər davam etmişdir. Əbu Bəkrin nəslindən olduğu üçün xəlifənin şiə vəziri İbn əl-Qəssab tərəfindən şərlənərək 1194-cü ildə Vasitə sürgünə göndərilmiş, kitabları yandırılmışdır. Sürgündə olarkən bir evdə tək həbs həyatı yaşamışdır. Oğlunun verdiyi xütbə sayəsində 5 illik sürgündən qurtulan İbn əl-Cəvzi Bağdada qayıda bilmişdir. O, Bağdadda böyük izdihamla qarşılanmışdır. İbn əl-Cəvzi 16 iyun 1201-ci ildə Bağdadda vəfat etmiş, Babi Hərb qəbiristanlığındakı Əhməd ibn Hənbəlin məzarının yanına dəfn edilmişdir. O, Hənbəli məzhəbinə mənsub olsa da Əhməd ibn Hənbəlin bəzi fikirlərinə qarşı çıxmışdır. Bu da onun mütəəssüb bir hənbəli olmadığını sübut edir. Bir çox əsər yazmış ibn əl-Cəvzi bir çox tələbə də yetişdirmişdir. Təlhə ibn Müzəffər əs-Saləbi, oğlu Yusif, nəvəsi Səbt İbn əl-Cəvzi, İbn əd-Dübeysi, İbn əl-Qati, İbn ən-Nəccar əl-Bağdadi, Əbdüllətif əl-Hərrani və Müvəffəküddin ibn Qudamə onun məşhur tələbələrindəndir.

Əsərləri

İbn əl-Cəvzi çox məhsuldar alim idi və 1000-dən çox əsər yazdığı bildirilir. Ən məşhur əsərlərindən bəziləri aşağıdakılardır:

  • Təlbisü İblis. Şeytanın insanları aldatma yollarını izah edən dini və tənqidi əsər.
  • Sifətüs-Safvə. İslam alimləri və abidlər haqqında bioqrafik kitab.
  • Zədül-Məsir fi İlmit-Təfsir. Quran təfsiri.
  • əl-Müntəzəm fi tarixil-müluk vəl-üməm. İslam tarixi haqqında ensiklopedik əsər.
  • əl-Vəfa bi-əhvalil-Mustafa. Məhəmməd peyğəmbər haqqında qələmə alınmış kitabdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn əl-Cəvzi haqqında məlumat. İbn əl-Cəvzi nədir? İbn əl-Cəvzi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əcrədilər

  • Fevral 27, 2026

    Azərbaycan polisi

  • Fevral 27, 2026

    Murmansk vilayəti

  • Fevral 27, 2026

    Espresso

  • Fevral 27, 2026

    Paralel (həndəsə)

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst