Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Espresso (it. espresso) — qaynar suda (təqribən 90 dərəcədə) qəhvənin hazırlanma üsullarından biri. Espresso bütün dünyada, xüsusilə də Avropada — İtaliya, İspa

Espresso

  • Ana Səhifə
  • Vikipediya
  • Espresso

Espresso (it. espresso) — qaynar suda (təqribən 90 dərəcədə) qəhvənin hazırlanma üsullarından biri. Espresso bütün dünyada, xüsusilə də Avropada — İtaliya, İspaniya və Portuqaliyada məşhurdur.

Espresso
Aid olduğu milli mətbəxlər
İtaliya mətbəxi
Mənşəyi
  •  İtaliya
  •  Fransa
Tarixi 1884
Tərkibi
Əsas yaşıl qəhvə[d]
Təfərrüatları
Tipi Qəhvə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

Əksər insanın sevimli içkisi türk qəhvəsinin digər oxşar növü isə qərbdə qəhvə hazırlanmasında tətbiq edilir. Onlar bir az fərqli olaraq qəhvəni bir az daha iri çəkib isti suda saxlayır, ardından isti süzgəc və ya filtrdən keçirərək içirlər. Bu içki espressodur. Hər şeydən əvvəl espressoda önəmli olan üzərindəki köpüyüdür. Bu köpüyə "crema" (krem) deyilir. Krem qəhvənin möhtəşəm aromasının bayıra uçmaması, yox olmaması üçün xidmət edir və qəhvə içilib qurtarana kimi yox olmur. Yaxşı bir krem həm qəhvənin keyfiyyətinə, həm də hazırlayanın bacarığına bağlıdır. Mükəmməl bir espressonun köpüyü qalın, açıq-qəhvəyi rəngdə olur. Buna "pələng dərisi" adı verilir. Mükəmməl espressonun ikinci əlaməti köpüyün dayanıqlığıdır. Bunu yoxlamaq üçün iki kiçik qaşıq şəkəri qəhvənin üzərinə tökün. Şəkər iki saniyə batmadan köpüyün üzərində qalmalıdır. Belə olmasa, aldığınız espressonu dərhal qaytarın və düzgün espresso hazırlanmasını tələb edin.

Hazırlanması

Espressonun hazırlanması

Bir stəkan yaxşı espresso üçün 50 qəhvə çəyirdəyi lazımdır. Bunların "arabica" cinsi çəyirdəklər olması lazımdır. Bu çəyirdiklər üyüdülərək 6.5 qram toz qəhvə əldə olunur. Yəni hər espresso üçün 6.5 qr qəhvə istifadə edilir. Bu qəhvədən keçirməli olduğunuz sadəcə 3 xörək qaşığı sudur. Daha çox su qoysanız, çəyirdəklərin dadı, ləzzəti suya keçir və qəhvənin dadı pozulur. Espressonun kiçik qablarda və çox içilməsinin səbəbi də budur. Duble espresso içəcəksinizsə suyu deyil, qəhvəni çox işlətməlisiz.

Tərkibi

Espresso sürpizlərlə dolu bir qəhvədir. Tərkibində 1200 növ kimyəvi maddə var və 700-800 ədədi aroma verir. Kofeini azdır. “Arabica” çəyirdəklərində yüzdə 50 daha az kofein olur. Tərkibində həmçinin maqnezium, B vitamini, nakin, riboflavin və s. vardır.

Növləri

Klassik ekspressodan başqa eskpressonun aşağıdakı növləri də vardır:

  • Doppio — espressonun ikiqat porsiyasıdır.
  • Ristretto — eyni miqdarda qəhvə, lakin su miqdarı 18 ml-ə qədər azalır.
  • Lunqo — eyni miqdarda qəhvə, lakin su miqdarı 70 ml-ə qədər artır.

Ədəbiyyat

  • Dean, Adam. "The Founding Fathers of Espresso". Whole Latte Love. 23 may 2006. 27 dekabr 2012 tarixində .
  • Fumagalli, Ambrogio. Coffee Makers. Chronicle Books. 1995. ISBN 0-8118-1082-8.
  • Illy, Andrea; Viani, Rinantonio. Espresso: The Science of Quality. Academic Press. ISBN 0-12-370371-9.
  • Illy, Francesco; Illy, Riccardo. The Book of Coffee. Milano: Abbeville Press. 1989. ISBN 1-55859-321-7.
  • Schomer, David C. Espresso Coffee: Professional Techniques. 1996.
  • Стивенсон Т. Эспрессо // Большая книга кофе = The curious barista's guide to coffee (2015) / Пер. с англ. З. Тимофеевой. — М.: Э (Эксмо), 2017. — С. 104—119. — 223 с.
  • Кофе: рецепты, коктейли, советы, мастер-классы / Сост. Денисов Д. И., Цыро С. В.. — М.: Ресторанные ведомости, 2014. — С. 72—83. — 176 с.
  • Шомер Д. С. Кофе Эспрессо. Руководство для профессионалов = Espresso coffee: Professional techniques (2004) / Пер. с англ. В. В. Полонского. — М.: Гурмэ Стайл, 2007. — 176 с.

Həmçinin bax

  • Türk qəhvəsi
  • Affoqato
  • Kapuçino

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Espresso haqqında məlumat. Espresso nədir? Espresso nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qıcıqlanma

  • Fevral 27, 2026

    Səfəvi sülaləsi

  • Fevral 27, 2026

    Erbium

  • Fevral 27, 2026

    .ai

  • Fevral 25, 2026

    Aida İmanquliyeva

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst