Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İrtış (rus. Иртыш, qaz. Ertis, q.türk Ertiş, çin. 额尔齐斯河 — É'ěrqísī hé)— Çində, Qazaxıstanda və Rusiyada çay, Ob çayının əsas sol qol. İrtış çayının uzunluğu 424

İrtış

  • Ana Səhifə
  • Vikipediya
  • İrtış

İrtış (rus. Иртыш, qaz. Ertis, q.türk Ertiş, çin. 额尔齐斯河 — É'ěrqísī hé)— Çində, Qazaxıstanda və Rusiyada çay, Ob çayının əsas sol qol. İrtış çayının uzunluğu 4248 km təşkil edir (uzunluğuna görə Ob çayından böyükdür). Ob çayı ilə birlikdə İrtış 1643 min km² hövzə genişliyi ilə Rusiyada birinci, Asiyada ikinci, dünyada isə altıncı ən geniş çaydır.

İrtış
rus. Иртыш, qaz. Ертіс, çin. 额尔齐斯河 — É'ěrqísī hé
İrtış çayı (Rusiya)
İrtış çayı (Rusiya)
Xəritə
Ölkələr
  •  Rusiya
  •  Qazaxıstan
  •  ÇXR
Mənbəyi Monqolustan və Çinin sərhədində Altay silsiləsin dağları
Mənsəbi Ob çayı --> Kara dənizi
Uzunluğu 4248 km
Meyilliyi 0.03 m/km
Su sərfi 3000 m³/san
Su hövzəsi 1643000
Hövzəsinin sahəsi 1 643 000 km²
İrtış (Sibir federal dairəsi)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
İrtış çayı Sibirın fiziki xəritəsində:
47° 24′ 52.3″ N, 90° 12′ 55.96

47°24′ şm. e. 90°12′ ş. u.HGYO
61° 4′ 50″ N, 68° 49′ 50″ E

61°04′ şm. e. 68°49′ ş. u.HGYO
DSR?! 14010100112115300000027
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

İrtış çayının hövzəsi

İrtış 4,248 metr (13,937 ft) uzunluq ilə dünyada ən uzun çay qoludur (ikinci yerdə Missuri çayı). Çin (525 kilometr), Qazaxıstan (1700 kilometr), Rusiya (2010 kilometr) ərazilərindən axır.

İrtış çayı öz mənbəsini Monqolustan və Çinin sərhədində yerləşən Altay dağlarından götürür. Qara İrtış çayı Çindən Zaysan dərəsilə Qazaxıstana keçib, Zaysan axar gölünə tökülür. Bu çayın mənsəbində böyük delta yaranmışdır.


Hidroqrafiya

İrtış çayı - Sintszyan (Çin)
İrtış - çay limanı (Çin)

İrtış çayının yuxarı axarlarda qar və cüzi miqdarda yağış suları ilə; aşağı axarlarda qar, yağış və qrunt suları ilə qidalanır. Su rejimi müxtəlifdir. Yuxarı axarlarda aprel ayından daşqınlar başlayır, iyun ayında isə suyun səviyyəsi maksimum həddə çatır, oktyabra qədər çayın səviyyəsi enir. Çayın aşağı axarlarında daşqın mayın sonundan başlayır, iyunda maksimum səviyyə enir. Səviyyənin enməsi sentyabr ayına qədər davam edir. İllik axının 50 %-i yaz aylarında olur.

Hövzəsinin ümumi sahəsi 1 643 000 kv. kilometr təşkil edir. Çayın meyilliyi 0,03 m-dir.

Su tərkibi

Duzsuz, təmiz çay suyudur. Suyun minerallaşması mövsümdən asılı olaraq 136-253 mq/dm3 arası dəyişir. İrtış çayının duz tərkibi hidrokarbonatlı kalsium, nadir hallarda isə natrium elementlərindən ibarətdir.

Qolları

Qolları: Kalcir, Kürşim, Narım, Buqtırma, Ülbi, Oba, Qızılsu, Çar, Tobıl, Qamıstı, Om, Tara, Uy, Şiş, Esil, Oşa, Çağan, Qonda, Usolka, Vaqay.

Çay üzərindəki şəhərlər

Mənbəyindən mənsəbinəcən Ertis çayının üstündə olan şəhərlər: Göktokay(Fuyun), Burçun (hamısı Çin); Serebryansk, Öskemen(keçmiş Üst-Kamenoqorsk), Semey(keçmiş Semipalatinsk), Kurçatov, Aqsu(1993-cü ilə qədər Yermak adlanırdı), Pavlodar (hamısı Qazaxıstan); Omsk, Tara, Tobolsk, Xantı-Mansiysk(Rusiya)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İrtış haqqında məlumat. İrtış nədir? İrtış nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alfa

  • Fevral 27, 2026

    Hizbullah

  • Fevral 27, 2026

    İvan Seçenov

  • Fevral 27, 2026

    Kompüter mühəndisliyi

  • Fevral 27, 2026

    Val-d’Uaz

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst