Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vahid Ələkbərov (tam adı: Vahid Yusifoviç Ələkbərov; 1 sentyabr 1950, Bakı) — Azərbaycanlı milyarder. İqtisad elmləri doktoru. Rusiyanın "LUKoyl" neft şirkətini

Vahid Ələkbərov

  • Ana Səhifə
  • Vikipediya
  • Vahid Ələkbərov

Vahid Ələkbərov (tam adı: Vahid Yusifoviç Ələkbərov; 1 sentyabr 1950, Bakı) — Azərbaycanlı milyarder. İqtisad elmləri doktoru. Rusiyanın "LUKoyl" neft şirkətinin təsisçisi və eks-prezidenti

Vahid Ələkbərov
Vahid Yusifoviç Ələkbərov
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1950(1950-09-01) (75 yaş)
Doğum yeri Razin, Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fəaliyyəti sahibkar, mühəndis, iqtisadçı
Atası Yusif Ələkbərov
Anası Tatyana Fyodrovna
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri doktoru

Təltifləri 1-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni — 2014 3-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni — 2010 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni — 2005 "Aleksandr Nevski" ordeni "Dostluq" ordeni — 1995 "Şərəf nişanı" ordeni — 1986 "Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı "Xalqlar dostluğu" ordeni — 2010 Order of Labour, 1st class — 2002 Order of the cavalier of Madara 1st degree — 2006 "Şərəf" ordeni "Şöhrət" ordeni — 2000 "Dostluq" ordeni — 2020 1-ci dərəcəli "Dostluq" ordeni 2-ci dərəcəli "Dostluq" ordeni — 2010 Commander of the Order of the Crown — 2011 "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin komandor dərəcəsi "Dostluq" ordeni — 2018 "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni — 2013
1-ci dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni — 2010 2-ci dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni 3-cü dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi — 2017 honorary citizen of the Volgograd region Q136443819 — 2001 1-ci dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni 2-ci dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni Rusiya Federasiyasının elm və texnika sahəsində dövlət mükafatı — 1998 Rusiya Federasiyasının elm və texnika sahəsində dövlət mükafatı — 2007 3-cü dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni Rusiya Federasiyası Hökumətinin fəxri fərmanı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin qəsəbəsində anadan olmuşdur. Atası Yusif Ələkbərov müsəlman azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian idi.

Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil aldığı vaxt "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-cü ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir. "Şərəf nişanı" və Dostluq ordenləri, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-ci ildə ABŞ-nin "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24.9 milyard dollar həcmində qiymətləndirilir.

Forbes jurnalının 2024 və 2025-ci il üzrə Rusiyanın ən varlı adamları siyahısında birinci yeri tutur.

İctimai fəaliyyəti

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi münasibətlərin və qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətləri olmuşdur.

Mükafatları

  • "Şərəf nişanı" (1986)
  • "Dostluq" ordeni
  • 29.08.2000 — Azərbaycan "Şöhrət" ordeni.
  • 30.08.2010 — Azərbaycan "Şərəf" ordeni.
  • IV dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" (2005) ordeni
  • I dərəcəli "Madar atlısı" ordeni (Bolqarıstan, 2006),
  • "Qərbi Sibirdə yerin təkinin mənimsənilməsi və neft-qaz kompleksinin inkişafına görə" medalı (1978)
  • *31.08.2020 — Azərbaycan "Dostluq" ordeni

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vahid ələkbərov sözünün mənası, vahid ələkbərov haqqında məlumat. vahid ələkbərov nədir? vahid ələkbərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İtalyanca

  • Fevral 27, 2026

    Nübar

  • Fevral 27, 2026

    Pistacia

  • Fevral 27, 2026

    Birdəliklilər

  • Mart 06, 2026

    Tottenhem

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst