Telanqana — Hindistanın cənubunda ştat. 114,840 km2 ərazi ilə Hindistanın 12-ci iri ştatıdır.
| Telanqana | |||
|---|---|---|---|
| تلنگانہ | |||
| |||
| |||
| 17°59′24″ şm. e. 79°35′24″ ş. u.HGYO | |||
| Ölkə | |||
| Tarixi və coğrafiyası | |||
| Əsası qoyulub | 2 iyun 2014 | ||
| Sahəsi |
| ||
| Saat qurşağı |
| ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəsmi dili | |||
| Rəqəmsal identifikatorlar | |||
| Poçt indeksi | 50 | ||
| Nəqliyyat kodu | TS | ||
| Digər | |||
| telangana.gov.in | |||
![]() Telanqana | |||

Ərazisinin böyük hissəsi Heydərabad ştatının tərkibində olmuş (Medak və Varanqal rayonları), Britaniya Racı dönəmində Heydərabad Nizamı tərəfindən idarə olunmuş, 1948-ci ildə Hindistan dominionuna qoşulmuşdur. 1956-cı ildə ştatların linqvistik xüsusiyyətlərə görə yenidən təşkil olunarkən Heydərabad ştatının Teluqu dilində danışan hissəsi – Telanqana Andhra ştatına birləşdirildi, yeni Andhra Pradeş ştatı quruldu. 2014-ci ilin iyunun 2-də Telanqana Andhra Pradeşdən ayrılaraq paytaxtı Heydərabad şəhəri olan 29-cu yeni ştat oldu. Heydərabad on ildən çox olmayan müddətdə Andhra Pradeş və Telanqana ştatlarının birləşmiş paytaxtı kimi fəaliyyət göstərməyə davam edəcəkdir.
Telanqana şimaldan Maharaştra, Çhatisqarh; qərbdən Karnataka; cənub, şərq və şimal-şərqdən Andhra Pradeş ştatları ilə qonşudur. Ştatın 35,286,757 nəfər (2011-ci ilin statistikası) əhalisi var. Əsas şəhərləri Heydərabad, Nizamabad, Xarimnaqar, Xammam, Varanqal şəhərləridir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Telanqana haqqında məlumat. Telanqana nədir? Telanqana nə deməkdir?
