Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Volfqanq Ratke (tam adı: Volfqanq Ratke; alm. Wolfgang Ratke‎; 18 oktyabr 1571 və ya 18 oktyabr 1571 – 27 aprel 1635 və ya 17 aprel 1635, Erfurt) — alman təhsil

Volfqanq Ratke

  • Ana Səhifə
  • Vikipediya
  • Volfqanq Ratke

Volfqanq Ratke (tam adı: Volfqanq Ratke; alm. Wolfgang Ratke‎; 18 oktyabr 1571 və ya 18 oktyabr 1571 – 27 aprel 1635 və ya 17 aprel 1635, Erfurt) — alman təhsil islahatçısı, pedaqoq.

Volfqanq Ratke
alm. Wolfgang Ratke‎
Doğum tarixi 18 oktyabr 1571(1571-10-18) və ya 18 oktyabr 1571(1571-10-18)
Vəfat tarixi 27 aprel 1635(1635-04-27) (63 yaşında) və ya 17 aprel 1635(1635-04-17) (63 yaşında)
Vəfat yeri
  • Erfurt
Təhsili
  • Rostok Universiteti
Fəaliyyəti yazıçı, pedaqoq
Tanınır Didaktika termininin banisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Volfqanq Ratke 1571-ci ildə Holşteyn əyalətinin Vilster qəsəbəsində anadan olmuşdur. Atası Andreas Ratkeni çox erkən yaşında itirmiş, anası Marqaret Rost isə 19 may 1613-cü ildə 66 yaşında vəfat etmişdir. Volfqanq Ratke Yohan Akademik Məktəbində və Rostok Universitetində təhsil alıb.

Fəaliyyəti

Hollandiyada yaşayarkən (1603-11) dilləri tez bir zamanda öyrətmək üçün yeni bir üsul hazırladı. Onun təhsil sistemi Frensis Bekonun fəlsəfəsinə əsaslanırdı: prinsipi əşyalardan adlara, xüsusidən ümumiyə və ana dilindən xarici dillərə doğru irəliləmək idi. Ratkenin təməl ideyası belə idi ki, Bekonun induksiya nəzəriyyəsi də təbiəti izləyir, yəni beyin biliyi əldə edərkən xüsusidən ümumiyə doğru hərəkət etdiyindən təbii ardıcıllıq baş verir. O, hər şeydən əvvəl, bütün fənlərə yanaşmaq üçün müvafiq vasitə kimi yerli vasitələrdən istifadəni müdafiə edir və Latın məktəbi əsasında yerli məktəb yaradılmasını tələb edirdi.

1618-ci ildə Auqsburq və başqa yerlərdə məktəblər açdı. Kötendə Şahzadə Lüdviq von Anhalt onu Ratkenin ideyalarına uyğun idarə ediləcək bir məktəbin açılması üçün zəruri olan vasitələrlə təmin etsə də, ruhanilərlə yaşadığı gərginliklər islahatçının səkkiz ay həbsinə səbəb oldu. 1620-ci ildə Maqdeburqda başqa bir məktəbə başladı, həmin məktəbdəki fəaliyyəti uğursuzluqla nəticələndikdən sonra başqa şəhərlərə səfərə çıxır. Auqsburq və Kötenlə yanaşı, Amsterdam, Bazel, Strasburq, Frankfurt, Veymar və digər yerlərdə özünün təlim metodunu tətbiq edir.

Ratkenin fikirləri öz zamanına görə mütərəqqi idi, lakin icra edə bilmirdi. Müasirləri və gələcək nəsillər üzərindəki təsiri öz planlarını praktikada tətbiq etmək üçün etdiyi cəhdlərin uğursuzluğundan gözləniləndən daha böyük idi. Gördüyü işlər bu sahədə daha uğurlu olan Yan Komenskinin fəaliyyəti ilə kölgədə qaldı. Volfqanq Ratke 1635-ci ildə Erfurtda vəfat edib.

Ədəbiyyat

  • Henry Barnard, German Teachers and Educators (Hartford, 1878)
  • Robert Hebert Quick, Educational Reformers (New York, 1890)
  • G. Vogt, Wolfgang Ratichius, der Vorgänger des Amos Comenius (Langensalza, 1894)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Volfqanq Ratke haqqında məlumat. Volfqanq Ratke nədir? Volfqanq Ratke nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 1452

  • Mart 01, 2026

    Arı südü

  • Fevral 27, 2026

    Magnoliopsida

  • Fevral 27, 2026

    Qəhrəman Süleymanzadə

  • Fevral 23, 2026

    Xədicə Abbasova

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst