Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Brianna Sidoni Desanye (ing. Brianne Sidonie Desaulniers; 1 oktyabr 1989[…], Sakramento, Kaliforniya) — ABŞ aktrisası. Karyerasının əvvəllərində komediya janrın

Bri Larson

  • Ana Səhifə
  • Vikipediya
  • Bri Larson

Brianna Sidoni Desanye (ing. Brianne Sidonie Desaulniers; 1 oktyabr 1989[…], Sakramento, Kaliforniya) — ABŞ aktrisası. Karyerasının əvvəllərində komediya janrındakı filmlərdə köməkçi rollarda oynasa da sonralar müstəqil və blokbaster filmlərdədə uğurla çıxış edərək "BAFTA", "Qızıl Qlobus" və "Oskar" kimi mükafatlara layiq görülmüşdür.

Bri Larson
Larson 2018-ci ildə
Larson 2018-ci ildə
Doğum adı Brianne Sidonie Desaulniers
Doğum tarixi 1 oktyabr 1989(1989-10-01)[…] (36 yaş)
Doğum yeri
  • Sakramento, Sakramento qraflığı, Kaliforniya, ABŞ
Partnyorları
  • Aleks Qrinvold[d] (2013–2019)
Fəaliyyəti aktrisa, müğənni, kinorejissor, ssenarist, kino aktrisası, televiziya aktrisası, film prodüseri, televiziya prodüseri[d], rejissor
Fəaliyyət illəri 1998-ci ildən
Boyu 1,7 m
Mükafatları Dram janrında ən yaxşı qadın roluna görə Qızıl qlobus mükafatı — 2016 Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı — 2016
IMDb ID0488953
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kaliforniyanın Sakramento şəhərində anadan olan Larson evdə təhsil alıb. Altı yaşında o, Amerika Konservatoriyasının Teatrında təhsil proqramına qəbul edilən ən gənc tələbə olub. Tezliklə Los-Ancelesə köçüb və 1998-ci ildə "The Tonight Show with Jay Leno" adlı komediya sketçində aktyorluq karyerasına başlayıb. 2001-ci ildə "Raising Dad" adlı adi bir sitkomunda rol alıb və həmin il qısa musiqi təhsili alıb. 2005-ci ildə "Finally Out of P.E." albomunu buraxıb. Daha sonra Larson "Hoot", "Scott Pilgrim vs the World" və "21 Jump Street" filmərində, həmçinin "United States of Tara" televiziya seriyasında çəkilib.

Onun uğuru 2013-cü ildə müstəqil film "Short Term 12" ilə daha da artıb. Elə həmin il "The Spectacular Now" adlı başqa bir filmdə oynayıb. O, 2015-ci ildə "Trainwreck" komediya filmində köməkçi rolda çəkilib. Larson "Room" filmindəki performansına görə "Oskar" mükafatına layiq görülüb. 2017-ci ildə o, yüksək büdcəli "Kong: Skull Island" macəra filmində fotojurnalist olaraq rol aldı. Larson 2019-cu ildə "Kapitan Marvel" filmində baş rolda çəkildi.

O, 2017-ci ildə "Unikorn mağazası" filmi ilə rejissorluq debütünü etdi. Larson həmçinin cinsi zorakılıq qurbanlarını müdafiə edir və siyasi məsələlərdə fəal şəkildə çıxışlar edir.

Həyatı

Brianna Sidoni Desanye 1 oktyabr 1989-cu ildə Kaliforniyanın paytaxtı Sakramento şəhərində anadan olub. Onun Milein adlı bacısı var. Onun atası fransız soyundan gəlir. O, Fransa və ABŞ vətəndaşıdır. Larsonun ana dili fransız dili olub. O, təhsilini əsasən evdə alıb. Yay aylarında dostları ilə birlikdə öz evində filmlərini çəkirdi. Altı yaşında ikən aktrisa olmaqla maraqlandı və sonra "yaradıcılıq hər zaman mənim içimdə olan bir şey idi" dedi. Elə həmim il o, San-Fransiskodaki Amerika Konservatoriyası Teatrında təhsil proqramı üçün seçildi, burada ən gənc tələbə oldu.

Filmoqrafiya

İl Film Rol Qeydlər Ref.
2001 Madison Racing Girl No. 2
2004 13 Going on 30 Six Chick
Sleepover Liz Daniels
2006 Hoot Beatrice Leep
2007 Farce of the Penguins I Need a Z-Pack Penguin Səsləndirmə
Remember the Daze Angie
2008 The Babysitter Babysitter Qısametrajlı film
2009 House Broken Suzy Decker
Just Peck Emily
Tanner Hall Kate
2010 Greenberg Sara
Scott Pilgrim vs. the World Natalie "Envy" Adams
2011 Rampart Helen
2012 21 Jump Street Molly Tracey
The Trouble with Bliss Stephanie Jouseski
The Arm — Qısametrajlı film; rejissor və ssenarist
2013 Bitter Orange Myrtle Qısametrajlı film
Don Jon Monica Martello
Short Term 12 Grace
Weighting Unnamed Qısametrajlı film; rejissor və Ssenarist
The Spectacular Now Cassidy
2014 The Gambler Amy Phillips
2015 Digging for Fire Max
Trainwreck Kim
Room Joy "Ma" Newsome
2016 Free Fire Justine
2017 Kong: Skull Island Mason Weaver
The Glass Castle Jeannette Walls
Unikorn mağazası Kit Rejissor və prodüser
Basmati Blues Linda 2013-cü ildə lentə alınıb
2019 Kapitan Marvel Carol Danvers / Captain Marvel
Qisasçılar: Final
Just Mercy Eva Ansley
Between Two Ferns: The Movie Herself Kameo
2021 Remembering The Writer / Light Qısametrajlı film
Şan-Çi və on halqa əfsanəsi Carol Danvers / Captain Marvel Kameo
2023 Forsaj 10 Tess
Marvellər Carol Danvers / Captain Marvel

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bri larson sözünün mənası, bri larson haqqında məlumat. bri larson nədir? bri larson nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əliqulu Fərəcov

  • Mart 02, 2026

    Yunanıstan bayrağı

  • Fevral 24, 2026

    Male

  • Mart 05, 2026

    İsayya Berlin

  • Fevral 27, 2026

    Yuqoslaviya dinarı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst