Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əziz Alpoud (türk. Aziz Alpout; əsl adı: Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidov; 27 iyul 1895, Dilican, Qazax qəzası – 17 iyun 1988, Ankara) — Azərbaycanın də

Əziz Alpoud

  • Ana Səhifə
  • Vikipediya
  • Əziz Alpoud

Əziz Alpoud (türk. Aziz Alpout; əsl adı: Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidov; 27 iyul 1895, Dilican, Qazax qəzası – 17 iyun 1988, Ankara) — Azərbaycanın dəmir yolları üzrə baş hakimi (1918–1920).

Əziz Alpoud
Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidov
Doğum tarixi 27 iyul 1895(1895-07-27)
Doğum yeri
  • Dilican, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 17 iyun 1988(1988-06-17) (92 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Uşağı
  • Gülər Somer[d]
Fəaliyyəti vəkil, publisist, memuarçı
Partiyası
  • Əhrar Partiyası

Mündəricat

Həyatı

Mirəbdüləziz Seyidov 27 iyul (və ya 25 iyul) 1895-ci ildə Dilicanda anadan olub. Əvvəlcə Tiflisdəki 1-ci kişi gimnaziyasında oxuyub, daha sonra təhsilinə Stavropol şəhərindəki 1-ci gimnaziyada davam edib, 1 may 1915-ci ildə tamamlayıb. Həmin il Tartu (Dorpat) İmperator Universitetinə daxil olub, əvvəlcə tibb üzrə təhsil alıb, ilin sonundan etibarən isə öz istəyi ilə hüquq fakültəsinə keçirilib. Daha sonra o, Xarkov Universitetinin hüquq fakültəsində təhsilinə davam edib.

Əziz Alpoud Əhrar Partiyası üzvü olmuşdur.

O, 1988-ci il iyunun 17-də Ankarada dünyasını dəyişib.

Fəaliyyəti

Əziz Alpautun Türkiyədə ixtisası ilə bağlı 4 kitabı işıq üzü görüb. Ən genişhəcmli kitabı 1957-ci ildə Ankarada çıxan "Tətbiqi dəriçilik" adlı əsəridir. 1945-ci ildə Ankarada "Dilək çubuğu", 1954-cü ildə xam qoyun dəriləri ilə bağlı, 1960-cı ildə isə qaragül qoyunları və kürklük qoyunların yetişdirilməsi ilə bağlı əsəri çap olunub. O, Türkiyədə 1946-1957-ci illərdə Mixail Saltıkov-Şedrinin bir neçə əsərini türk dilinə qazandırıb. 1966-cı ildə Dr. Fethi Tevetoğlu ilə onun tərcüməsində Gerhard von Mendenin "Kommunist blokda milliyyət və məfkurə" kitabı Ankarada türk dilində işıq üzü görüb. 1967-ci ildə isə Fridrix Şillerin "Turandot, Çin şahzadəsi" əsərini türk dilində çap etdirib.

Əsərləri

  • Dilkeçubuğu. Yeraltında bulunan madenler akan sular çubukla nasıl bulunur. Ankara: Alaeddin Kral Basımevi, 1945.
  • Türkiye Ham Koyun Derilerinin Bünye Dayanıklılığı ile İçkürklük Kaabiliyetinin İncelenmesi ve Bunlar Üzerinde Sepi ve Bitkisel Boya Maddeleri ile Mukayeseli Araştırmaları. Ankara: Ziraat Vekaleti Neşriyatı, 1954.
  • Tatbiki Dericilik. Ankara: İstiklal Matbaası, 1957.
  • Həyatımın hekayətləri. (Əlyazmanı üzə çıxaran, Türkiyə türkcəsindən dilimizə çevirən, tərtibçi və ön sözün müəl. Zakir Sadatlı). Bakı: Qanun, 2011.
  • Hayatımın Hikayeleri. İstanbul: Bengü Yayınları, 2012.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əziz alpoud sözünün mənası, əziz alpoud haqqında məlumat. əziz alpoud nədir? əziz alpoud nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Hannibal Qəzzafi

  • Fevral 27, 2026

    Yapon dələsi

  • Fevral 27, 2026

    Lonq boğazı

  • Fevral 27, 2026

    Lauraceae

  • Fevral 23, 2026

    Əzələ

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst