Yapon dələsi (lat. Martes melampus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü.
| Yapon dələsi | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Klad: Klad: Klad: Amniota Sinif: Klad: Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Arctoidea Fəsiləüstü: Musteloidea Fəsilə: Yarımfəsilə: Cins: Dələ Növ: Yapon dələsi | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Görünüşü
Yapon dələsinin xəzi sarı-qəhvəyidən tünd-qəhvəyi çaları arasında dəyişir. Üzərlərində ağ ləkələrə rast gəlinir. Digər dələlərdən demək olar ki, kəskin fərqlənmirlər. Quyruqları qısa və qalın yumşaq tükə malikdir. Bu canlıların uzunluqları 47–54 sm arasında dəyişir. Quyruqları isə 17–23 santımetrdir. Erkəklər dişilərə nisbətdə çəki baxımından ağır olur. Erkəklər 1,6 kq, dişilər isə 1,0 kq təşkil edir.
Yayılması
Yapon dələsi əsasən Yaponiyanın cənub adalarında daha geniş yayılmışdır: Honşu, Şikoku, Kyuşu və Tsuşima. Xəz əldə etmək məqsədi ilə Hokkaydo və Sado adalarlarına da köçürülmüşlər. Əsasən meşə sahələrində yayılsalarda düzən ərazilərdə belə rast gəlmək olar.
Həyat tərzi
Yapon dələsinin həyat tərzi zəif öyrənilmişdir. Onlar yaşıllıqlarda yerləşən oyuqlarda və ağaclarda yuva qoyurlar. Çütləşmə dövrü istisna olaraq fərdlər ayrı yaşayır. Qida toplanması əsasən gecə saatları həyata keçirilir. Kiçik məməlilər, quşlar, qurbağalar, xərçəngkimilər, cücülər, giləmeyvələr və tumlarla qidalanır.
Çütləşmə mart-may aylarına təsadüf edir. İyul-avqust ayları 1–5 arası bala verir. 4 aydan sonra balalar artıq müstəqil olur.
Təhlükə
Yapon dələlərinə qarşı ov əsasən onların xəz dərilərinə görə aparılır. Hokkaydo və Suşima adalarında bir sıra populyasiyalar qoruma altındadır. Suşimada yayılmış M. m. tsuensis yarımnövünün Ümumdünya təbiəti qoruma təşkilatı tərəfindən nəslinin kəsilmə təhlükəsi qarşısında olması ilə xəbərdarlıq etmişdir.
Yarımnövləri
- Martes melampus melampus (Wagner, 1840)
- Martes melampus tsuensis (Thomas, 1897)
- Martes melampus coreensis (Kuroda & Mori, 1923)
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yapon dələsi haqqında məlumat. Yapon dələsi nədir? Yapon dələsi nə deməkdir?
