Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsrimizin Siyavuşu (osman. عصرمزك سیاوشی, türk. Asrımızın Siyavuşu) — Müsavat partiyasının sədri və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri və Azə

Əsrimizin Siyavuşu

  • Ana Səhifə
  • Vikipediya
  • Əsrimizin Siyavuşu

Əsrimizin Siyavuşu (osman. عصرمزك سیاوشی, türk. Asrımızın Siyavuşu) — Müsavat partiyasının sədri və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri və Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda milli hərəkatın tarixinə həsr etdiyi əsəri (esse). Məhəmməd Əmin əsəri 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lahıcda gizlənərkən yazıb. Əsər 1923-cü ildə İstanbulda çap edilib.

Əsrimizin Siyavuşu
osman. عصرمزك سیاوشی
İstanbuldaki nəşrin türk dilində olan titul vərəqi (1923)
İstanbuldaki nəşrin türk dilində olan titul vərəqi (1923)
Janr esse
Müəllif Məhəmməd Əmin Rəsulzadə
Orijinal dili türk dili
Yazılma ili 1920
Nəşr ili 1923
Nəşriyyat Amedi Mətbəəsi
Əvvəlki "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti"

Mündəricat

Yazılma tarixi

Əsərin müəllifi Məhəmməd Əmin Rəsulzadə

Bakı 1920-ci ildə bolşeviklərin əlinə keçdikdən sonra Məhəmməd Əmin Rəsulzadə bir ay müddətində şəhərdə qalmışdı. Daha sonra o, dostu ilə birlikdə Gürcüstana getdi. Onlar səyahət zamanı Şamaxı qəzasının Lahıc qəsəbəsində, yerli sakinlərin birinin evində qalırlar. Evin kiçik kitabxanasında fars, azərbaycan və rus dillərində kitablar var idi. Kitabxanada Məhəmməd Əminin diqqətini çəkən əsər Firdovsinin "Şahnamə"si idi. Məhəmməd Əmin ev sahibinin icazəsi ilə kitabı oxumağa başladı. Onun ən çox xoşuna gələn hissə Siyavuş haqqında dastan idi. Məhəmməd Əmin hekayə ilə tanış olsa da, bir dəfə də dostuna yüksək səslə oxudu. Əsərdən ilhamlanan Məhəmməd Əmin dedi:

" Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Səyavuşunu yazacağam. "

Məhəmməd Əminin dostu hər dəqiqə basqın gözləntisi olduğu halda onun yazı yazacağına inanmadı. Ancaq o yazmağa başladı. Məhəmməd Əmin bir neçə səhifə yazdıqdan sonra onlar yerlərini dəyişməli oldular. Yeni yer onun daha da ilhamla işləməsinə kömək etdi. Altı gün sonra yenidən yerlərini dəyişdilər. Burada sonuncu bölmənin qaralama variantı tamamlandı.

Amma Rəsulzadə dostu ilə Lahıcda daha çox qala bilməzdilər. Qəsəbə sakinlərindən bəziləri nəzarət altına alınmışdılar, qəsəbənin üzərində isə müşahidə edilirdi. Rəsulzadə Lahıcı tərk etdi və kəndlərin birində əsərini təzədən yazmağa başladı. Tutulacaq deyə ehtiyatlanan Məhəmməd Əmin Rəsulzadə, əsərin surətini kəndlinin evində saxladı, qaralama halını isə özündə. Amma tezliklə onun gizləndiyi yer tapıldı, özü isə həbs edildi. Təslim olmadan öncə Rəsulzadə onda olan surəti məhv etmişdi.

Əsərin yazıldığı İsmayıllı rayonunun Lahıc qəsəbəsi

Rəsulzadə Moskvaya aparıldı. İki ildən sonra onu Finlandiyaya, oradan isə İstanbula köçürtmək mümkün oldu. Bu iki il ərzində kəndliyə verdiyi nüsxənin saxlanılması haqda heç bir şey öyrənə bilməmişdi. Həmən əsərin onun dostlarında olması mümkün deyil idi, çünki Məhəmməd Əmin Rəsulzadə kəndliyə tapşırmışdı ki, onun yazılı icazəsi olmadan nüsxəni heç kəsə verməsin. Nəhayət, 1923-ci ildə Rəsulzadə İstanbula gəlib çatmış əsəri tapdı. "Əsrimizin Siyavuşu" həmin il İstanbulda dərc olundu.

Rəsulzadə itirilmiş əməyinə görə çox üzülürdü. Onun dostları ona əsəri yenidən yazmağı məsləhət görürdülər, amma Rəsulzadə qeyd edirdi ki: "Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi, fəqət o zamankı hal, ruh halı və vəziyyət bir daha geri gələmməz. 1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan Əli Əhmədoğlunun (saxlanıldığım zaman daşıdığım gizli ad) əsəri ilə 1923-cü ildə İstanbulda yaşayan Məhəmməd Əmin Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək".[mənbə göstərilməlidir]

Çapı

"Əsrimizin Siyavuşu" ilk dəfə 1923-cü ildə İstanbulda türk dilində çap edildi. 1928-ci ildə əsər yenidən İstanbulda çapdan çıxdı. 1989-cu ildə "Əsrimizin Siyavuşu" Ankarada nəşr olundu.

"Əsrimizin Siyavuşu" ilk dəfə azərbaycan dilində 1990-cı ildə Bakıda çap edildi. Mais Əlizadə əsəri türk dilindən tərcümə etmişdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əsrimizin siyavuşu sözünün mənası, əsrimizin siyavuşu haqqında məlumat. əsrimizin siyavuşu nədir? əsrimizin siyavuşu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Reytarlar

  • Mart 02, 2026

    Fridrih Şlegel

  • Fevral 25, 2026

    Çəmbərəkənd məhəlləsi

  • Fevral 23, 2026

    29 may

  • Fevral 27, 2026

    Lorenso Sotomayor

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst