Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ənvər Mamay Şıxlinski (3 aprel 1911, Qazaxbəyli, Qazax qəzası – 1992, Bakı) — iqlimşünas alim, coğrafiya elmləri doktoru (1971), professor (1972), Əməkdar elm x

Ənvər Şıxlinski

  • Ana Səhifə
  • Vikipediya
  • Ənvər Şıxlinski

Ənvər Mamay Şıxlinski (3 aprel 1911, Qazaxbəyli, Qazax qəzası – 1992, Bakı) — iqlimşünas alim, coğrafiya elmləri doktoru (1971), professor (1972), Əməkdar elm xadimi (1991), Azərbaycan EA-nın müxbir üzvü (1972).

Ənvər Şıxlinski
Doğum tarixi 3 aprel 1911
Doğum yeri Qazaxbəyli kəndi, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1992 (80–81 yaşında)
Vəfat yeri Bakı
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Uşağı Ziya Şıxlinski
Atası Mamay bəy Şıxlinski
Fəaliyyəti professor
Elmi dərəcəsi
  • coğrafiya elmləri doktoru
Mükafatları
  • Azərbaycan SSR Dövlət mükafatı — 19701970
"Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı
  • "Qırmızı əmək bayrağı" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni

Mündəricat

Həyatı

Şıxlinski Ənvər Mamay oğlu 1911-ci il aprelin 13-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1932-ci il­də Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İns­titutunu bitir­ib. 1933-cü ildə Lenin­qrad şəhərində (Sankt-Peterburq) Baş Geo­fizika Rəsədxanası nəzdində mütəxəssis-iqlimşünaslar hazırlayan ali kurs­larda təhsil alıb.

Əmək fəaliyyəti

Ənvər Şıxlinski əmək fəaliyyətinə Azərbaycan Hidrometeoroloji Xidmət İdarə­sində mütəxəssis-iqlimşünas və iqlim şöbəsinin rəisi vəzifələrində ça­lış­maqla başlayıb. O, 1932–1941-ci illərdə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində mütəxəssis-iqlimşünas və iqlim şöbəsinin rəisi vəzifələrində çalışıb. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub.

Ənvər Şıxlinski Coğrafiya İnstitutu yarandığı gündən orada müxtəlif vəzifələrdə çalışıb. 1948–1950-ci illərdə Coğrafiya İnstitutunun direktoru olub. 1954–1987-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş elmi işçi, iqlimşünaslıq şöbəsinin rəhbəri, 1959–1962-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsini icra edib.

Pedaqoji fəaliyyəti

Ənvər Şıxlinski 1950–1954-cü illərdə Bakı Dövlət Universitetində müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri və Coğrafiya fakültəsinin dekanı olub. Azərbaycanda iqlimşünaslığın əsasını qoyan alimlərdən biri olub. Ənvər Şıxlınski Azərbaycan və qonşu ərazilərin timsalında dağlıq ölkələrin iqliminə, həmçinin fiziki coğrafiyasına və landşaftının geofizikasına dair mühüm elmi tədqiqatlar aparıb.

Elmi fəaliyyəti

Ənvər Şıxlinski 1947-ci ildə coğrafiya üzrə fəlsəfə dok­toru, 1971-ci ildə coğrafiya üzrə elmlər dok­toru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını ala­raq, elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçil­ib.

Alimin əsas elmi maraq dairəsi ümumi iqlimşünaslıq, Azər­bay­can iq­liminin təsnifatı, dağlıq ölkələrin radiasiya və istilik balansı, iqli­min modelləş­dirilməsinin tədqiqi, dağlıq ölkələrdə iqlim xəritələrinin tərtibi metodikasının işlənilməsi olub. Azər­baycanın, Dağıs­tanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitab­çaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunub.

Alimin "Azər­baycan SSR-in iqlim təsviri" (S.K.Kopelioviçlə birlikdə, 1937), "Azərbaycan SSR-in atmosfer yağıntıları" (1949), "Azərbaycanın iqlimi" (1968), "Azər­bay­can SSR-in istilik balansı" (1969), "Azərbaycan SSR atlası" (1963, Azərbaycan və rus dillərində), "Azərbaycan SSR-in istilik balansı atlası" (1978, Azərbaycan və rus dillərində), "Azərbaycan SSR-in iqlim xəritəsi" (1977, Azərbaycan və rus dillərində), əsərlərinin müəllifidir. Onun "Azər­baycan SSR-in istilik balansı atlası "(1978) keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiy­yətləri Sərgisinin (XTNS-in) gümüş me­dalına layiq gö­rülüb. "Azərbaycan SSR-in atmosfer yağıntıları» (1949), keçmiş SSRİ-nin mütəxəssis coğrafiyaçıları tərəfindən yüksək qiymətləndirilib.

Ənvər Şıxlinski Azərbaycan Respublikasının fiziki-coğrafi rayonlaşdırılmasını vermiş (V.Q.Zavriyevlə birlikdə) və bunu "Azərbaycan SSR-in coğrafiya atlası"nda (1949) çap etdir­mişdir. O, həmçinin "Sovet Azərbaycanı" (1958) fundamental əsərinin elmi rəhbəri, redaktoru və əsas müəlliflərindən biri olub. Azərbaycanın irimiqyaslı iqlim xəritəsi (1961, 1977, 1991) və torpaqşünaslarla birgə tərtib etdiyi eyni miqyaslı tor­paq-iqlim xəritəsi (1955, 1970) onun nailiy­yət­ləri sırasındadır. Alimin rəhbərliyi ilə 1954–1992-ci illərdə iqlimşünaslıq sahəsində 25 elmlər namizədi hazırlanıb.

Ölümü

Ənvər Şıxlinski 1992-ci ildə Bakıda vəfat edib.

Mükafatları

Ənvər Şıxlinskiyə 1991-ci ildə "Azərbaycanın Əməkdar elm" xadimi fəxri adı verilib. 1970-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1983-cü ildə keçmiş SSRİ-nin Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalını, 2 dəfə isə Ümumittifaq Coğrafiya cəmiyyətinin "Coğrafiya elmləri sahəsində görkəmli əsərlərinə görə" diplomunu alıb. Böyük Vətən müharibəsindəki xidmətlərinə görə ikinci dərəcəli Vətən müharibəsi ordeninə və medallara layiq görülüb. Alimin elm sahəsindəki xidmətləri Qırmızı Əmək Bayrağı ordeni və bir sıra medallarla qiymətləndirilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ənvər şıxlinski sözünün mənası, ənvər şıxlinski haqqında məlumat. ənvər şıxlinski nədir? ənvər şıxlinski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Amerika asiyalıları

  • Mart 06, 2026

    Physalia physalis

  • Fevral 27, 2026

    Donuz

  • Mart 04, 2026

    Aygün Bəylər

  • Fevral 27, 2026

    Stilpon

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst