Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ziya Şıxlinski (18 may 1951, Bakı) — kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi t

Ziya Şıxlinski

  • Ana Səhifə
  • Vikipediya
  • Ziya Şıxlinski

Ziya Şıxlinski (18 may 1951, Bakı) — kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).

Ziya Şıxlinski
Ziya Ənvər oğlu Şıxlinski
Doğum tarixi 18 may 1951 (74 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Ənvər Şıxlinski
Fəaliyyəti Rejissor
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı

Mündəricat

Həyatı

Şıxlinski Ziya Ənvər oğlu 1951-ci il mayın 18-də Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1968-ci ildə 160 saylı orta məktəbi bitirərək, həmin il ADU-nun filologiya fakültəsinə daxil olmuş və 1973-cü ildə oranı bitirmişdir. Bir müddət "Azərbaycanfilm" kinostudiyasında işləmiş, bir sıra filmlərin çəkilişi zamanı rejissor assistenti və ikinci rejissor kimi iştirak etmişdir, 1985–87-ci illərdə "Sovet Azərbaycanı" və "İncəsənət və gənc nəsil" kinojurnallarında rejissor kimi fəaliyyət göstərmişdir. 1987–89-cu illərdə Moskvada ikiillik Ali Rejissorluq kursunda oxumuşdur.

Yaradıcılığı

Budapeşt, Novoçerkask, Praqa, Əfqanıstan, Alma-Ata, Tbilisi və Bakıda sovet qoşunları tərəfindən törədilmiş qırğınlara həsr olunmuş "Ruslar müharibə istəyirmi?" (1990), general Əli ağa Şıxlinskiyə həsr olunan "Artilleriyanın allahı sayılırdı" (1996), Azərbaycan ərazisində yaşamış almanlara həsr olunan "Bir həsrət nəğməsi" (1997) və xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunmuş "Ayrılan yollar" (1997) sənədli filmlərini çəkmişdir. Digər sənədli filmləri: "Şopenin qayıtması" (1998), "8 dəqiqə yarımlıq düşüncə" (1999), "Doğma yer yoxdur" (2003), "Həyat mənbəyi" (2005), "Həyatın izləri" (2006), "İbadət" (2007), "Azərbaycan motivləri" (2008), "Azərbaycan musiqisi" (2009), "Dünyaya açılmış pəncərə", "Onun böyük ürəyi", "Ürəkdən çəkən rəssam" (2010), "Fotorəssam" (2011).

Mükafatları

2011-ci ildə Milli Kino Günü münasibəyilə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar incənət xadimi" fəxri adı ilə təltif olunmuşdur. Ziya Şıxlinski hal-hazırda Cəfər Cabbarlı adına kinostudiyada çalışır. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Filmoqrafiya

  1. Ağır illərin xronikası
  2. Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — rejissor assistenti
  3. Artilleriyanın allahı sayılırdı (film, 1996)
  4. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  5. Ayrılan yollar
  6. Azərbaycan motivləri (film, 2008)
  7. Azərbaycan musiqisi (film, 2009)
  8. Bir həsrətin nəğməsi (film, 1997)
  9. Bizi bağışlayın (film, 1979)
  10. Dairə (film, 1989)
  11. Dədə Qorqud (film, 1975)
  12. Dərviş Parisi partladır (film, 1976)
  13. Doğma diyar (film, 2003)
  14. Əlavə iz (film, 1981)
  15. İthaf (film, 2014)
  16. Onun bəlalı sevgisi (film, 1980)
  17. Ruslar müharibə istəyirmi? (film, 1990)
  18. Səkkiz dəqiqə yarımlıq düşüncə (film, 1999)
  19. Şir evdən getdi (film, 1977)
  20. Şopenin qayıtması (film, 1998)
  21. Ürəklə şəkil çəkən rəssam
  22. Hökümə — kədərim mənim (film, 2025)

Həmçinin bax

Şıxlinskilər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ziya Şıxlinski haqqında məlumat. Ziya Şıxlinski nədir? Ziya Şıxlinski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Cövhər Dudayev

  • Mart 01, 2026

    Koroğlu qalası

  • Fevral 27, 2026

    Yapon

  • Fevral 27, 2026

    Məlahət Gürsəl

  • Fevral 27, 2026

    Rza Darablı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst