Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əminə İlhami (ərəb. امینه الهامی‎; 24 may 1858, İstanbul – 19 iyun 1931, İstanbul) — II Misir xidivi Kavalalı Tofiq Paşanın xanımı, Misir şahzadəsi.

Əminə İlhami

  • Ana Səhifə
  • Vikipediya
  • Əminə İlhami

Əminə İlhami (ərəb. امینه الهامی‎; 24 may 1858, İstanbul – 19 iyun 1931, İstanbul) — II Misir xidivi Kavalalı Tofiq Paşanın xanımı, Misir şahzadəsi.

Əminə İlhami
Misir xidivinin xanımı
25 iyun 1879 – 7 yanvar 1892
Misir Validə Paşası
8 yanvar 1892 – 19 dekabr 1914
ƏvvəlkiŞəfəqnur xanım
SonrakıNurfələk Qadınəfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 24 may 1858(1858-05-24)
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 19 iyun 1931(1931-06-19) (73 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Atası Kavalalı İbrahim Hilmi Paşa
Anası Nəsrin Qadınəfəndi
Həyat yoldaşı
  • Kavalalı Tofiq Paşa
Uşaqları
  • II Abbas,
  • Mehmed Əli Tofiq
Ailəsi Kavalalı ailəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

24 may 1858-ci ildə İstanbulda dünyaya gəldi. Atası Misir valisi I Abbas Hilmi Paşanın oğlu İbrahim İlhami Paşa, anası isə onun xanımlarından Nəsrin Qadınəfəndidir. Ancaq hələ 2 yaşında ikən atası Bosfor boğazındakı bir dəniz qəzasında həlak oldu və cənazəsi ailə üzvləriylə birlikdə Qahirəyə aparıldı.

16 yanvar 1873-cü ildə Misir xidivi Kavalalı İsmayıl Paşanın oğlu Tofiq Paşayla evləndirildi. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəldi.

  • II Abbas Hilmi Paşa
  • Mehmed Əli Tofiq
  • Nazlı xanım (11 aprel 1877 - 1879)
  • Fahrünnisə Xədicə xanım (21 may 1880 - 22 fevral 1951)
  • Nemətullah xanım (23 oktyabr 1882 - 1965)

1879-cu ildə qaynatasının taxtdan çəkilməsi nəticəsində əri Tofiq Paşa xidiv təyin olundu və Əminə İlhami xanım Misirdə first lady olaraq fəalliyyətə başladı. 1884-cü ildə xidiv Tofiq Paşanın anası Şəfəqnur xanımın, 1885-ci ildə isə nənəsi Hoşyar xanımın vəfatı ilə ailədə ən nüfuzlu qadın olan Əminə İlhami xanım xidivin yeganə xanımı idi və onun üzərində böyük nüfuz sahibi idi. Onun səyləri nəticəsində, xidiv sarayının hərəmxana bölümü bağlandı.

Ərinin 1892-ci ildə vəfatının ardından oğlu Abbas Hilmi Paşa taxta çıxarıldı və beləliklə, Əminə İlhami xanım Validə Paşa oldu. Külli miqdarda şəxsi sərvəti olan Əminə İlhami xanım bu sərvətini xeyriyyə işlərinə sərf etdi və Ümmül-muhsinin (Xeyirsevərlərin anası) adını aldı.

Oğlu II Abbas Hilmi Paşa ilə birlikdə İstanbulda ikən 19 dekabr 1914-cü ildə oğlu ingilislər tərəfindən vəzifədən alındı. Bundan sonrakı ömrünü oğluyla birlikdə Vyana və İstanbulda sürgündə yaşayan Əminə İlhami 19 iyun 1931-ci ildə İstanbulda vəfat etdi. Cənazəsi Qahirəyə aparıldı və Xidiv Tofiq türbəsinə dəfn olundu.

16 iyul 1885-ci ildə Osmanlı sultanı Sultan Əbdülhəmid tərəfindən Şəfqət ordeniylə mükafatlandırıldı.

Qalereya

  • Həyat yoldaşı Tofiq Paşayla birlikdə, toy mərasimindən sonra
    Həyat yoldaşı Tofiq Paşayla birlikdə, toy mərasimindən sonra
  • Ailəsiylə birlikdə (soldan sağa: Əminə İlhami, oğlu Abbas Hilmi, qızı Nemət, həyat yoldaşı Tofiq Paşa, oğlu Mehmed Əli və qızı Xədicə)
    Ailəsiylə birlikdə (soldan sağa: Əminə İlhami, oğlu Abbas Hilmi, qızı Nemət, həyat yoldaşı Tofiq Paşa, oğlu Mehmed Əli və qızı Xədicə)
  • Əminə İlhami xanım, yaşlılığında
    Əminə İlhami xanım, yaşlılığında

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əminə İlhami haqqında məlumat. Əminə İlhami nədir? Əminə İlhami nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    S:Türkmənçay müqaviləsi

  • Fevral 24, 2026

    Antoni Cenkinson

  • Fevral 27, 2026

    Apraksiya

  • Mart 01, 2026

    Asimmetriya

  • Mart 01, 2026

    Fərman Nəbiyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst