Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Birinci xanım və ya birinci ledi, (o cümlədən birinci centlmen) — bəzi ölkələridə dövlət başçısı seçilmiş şəxsin həyat yoldaşının qeyri-rəsmi titulu. Bu ifadə a

Birinci xanım

  • Ana Səhifə
  • Vikipediya
  • Birinci xanım

Birinci xanım və ya birinci ledi, (o cümlədən birinci centlmen) — bəzi ölkələridə dövlət başçısı seçilmiş şəxsin həyat yoldaşının qeyri-rəsmi titulu. Bu ifadə adətən baş nazir və ya hökumət başçısı üçün işlədilmir.

Əvvəllər birinci xanım ifadəsi ABŞ prezidentlərinin həyat yoldaşlarını ifadə etmək üçün istifadə edilirdi, lakin sonradan digər dillərə keçərək hazırda idarə forması monarxiya olmayan hər hansı bir dövlət başçısının həyat yoldaşına müraciət etmək üçün istifadə olunur. Parlamentar respublikalarda və konstitusiya monarxiyalarında bu termin adətən hökumət başçısının (baş nazirin) həyat yoldaşına şamil edilir. Bəzi ölkələrdə (Rusiya daxil olmaqla) bu termin dövlət dilinə tərcümə olunur, məsələn, Latın Amerikasında Primera Dama, Fransada - Première Dame kimi ifadə olunur.

ABŞ-də bu termin ilk dəfə 1849-cu ildə prezident Zakari Teylorun 4-cü prezident Ceyms Medisonun həyat yoldaşı Dolli Medisonun dəfn mərasimi zamanı onun haqqında vida nitqində istifadə edilmişdir. Bununla belə, “birinci xanım” adlandırılmağa başlayan ilk qadın ABŞ-nin 15-ci prezidenti Ceyms Byukenenın qardaşı qızı Harriet Leyndir (Byukenen ABŞ-nin yeganə subay prezidenti idi və onun hakimiyyəti dövründə birinci xanımın vəzifələrini qardaşı qızı yerinə yetirirdi).Lakin bu anlayış yalnız 1877-ci ildən ümumi istifadə olunmağa başladı. O zaman, jurnalist Meri Eyms prezident Raterford Heysin andiçmə mərasimi ilə əlaqədar qəzet reportajında "birinci xanım" ifadəsini onun həyat yoldaşı, Birləşmiş Ştatlarda populyar bir qadın olan Lyusi Heys haqqında yazarkən istifadə etmişdir.

Birinci xanımın etiketi

Birinci xanımlar üçün bir sıra əsas davranış normaları mövcuddur. Belə ki, protokola əsasən, rəsmi tədbirlərdə prezidentlərin xanımları onlardan bir qədər geridə qalmalıdır. Ən çox müzakirələrə səbəb olan Fransa prezidenti Emmanuyel Makronun xanımı Bridjit Makronun davranışlarıdı, hansı ki bu nuansa məhəl qoymayaraq tədbirlərdə prezidentlə bərabər görünür.

Birinci xanım geyiminə, davranışına və jestlərinə xüsusi diqqət yetirməli, pis vərdişləri aşılamamalı,yer aldığı tədbirə uyğun geyim seçməli, aşırı makiyaj vasitələərində istifadə etməməli və geyimlərində açıq-saçıqlığa yol verməməlidirlər.

Diplomatik korpusun üzvləri kral ailəsinə baş çəkməzdən əvvəl davranış qaydalarını elan edirlər, çünki belə qaydalar toplusu rəsmi olaraq mövcuddur. Protokola görə, əlahəzrətə toxunmaq qadağandır. Kraliça birinci özü əlini uzatmalıdır və bütün sonrakı davranışlarda nə vaxt oturmaq, nə vaxt söhbətə başlamaq və nə vaxt bitirmək lazım oladuğunun təşəbbüskarı məhz odur. Bundan əlavə, kraliçaya arxa çevirmək, onun şəklini çəkmək qadağandır Bunlara baxmayaraq böyük müzakirələrə səbəb olan Mişel Obamanın kraliça II Yelizavetanı qucaqlaması və digər sərbəst davranışları olmuşdur.

Həmçinin bax

  • Azərbaycanın birinci xanımlarının siyahısı
  • Rusiyanın birinci xanımlarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Birinci xanım haqqında məlumat. Birinci xanım nədir? Birinci xanım nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pol Breqq

  • Fevral 27, 2026

    Şuş şəhristanı

  • Fevral 26, 2026

    Duayt Eyzenhauer

  • Fevral 23, 2026

    Arxaika

  • Fevral 28, 2026

    Azərbaycan qoruqları

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst