Nurfələk Qadınəfəndi (v. 15 avqust 1916) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı, Sultan Hüseyn Kamilin anası.
| Nurfələk Qadınəfəndi | |
|---|---|
| 18 yanvar 1863 – 26 iyun 1879 | |
| 20 dekabr 1914 – 15 avqust 1916 | |
| Əvvəlki | Əminə İlhami |
| Sonrakı | Nazlı Səbri |
| Şəxsi məlumatlar | |
| Vəfat tarixi | 15 avqust 1916 |
| Dəfn yeri | İmam Şafii türbəsi, Qahirə, Misir xədivliyi |
| Həyat yoldaşı |
|
| Uşağı | |
Həyatı
Həyatının ilk illəri, Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. Cütlüyün bu nigahdan 21 noyabr 1853-cü ildə yeganə övladı - Hüseyn Kamil dünyaya gəldi.
1879-cu ildə ərinin vəzifədən alınmasından sonra onunla birlikdə öncə Neapolda, ardından İstanbulda sürgün həyatı yaşayan Nurfələk xanım ərinin 1895-ci ildə İstanbulda vəfatından sonra cənazəylə birlikdə Qahirəyə döndü. Sabiq xədivin digər ailə fərdləriylə birlikdə Qahirədəki Safran sarayında yaşamağa davam edən Nurfələk xanım oğlunun 20 dekabr 1914-cü ildə taxta çıxmasının ardından Validə sultan ünvanı aldı.
Ancaq cəmi 2 il sonra 15 avqust 1916-cı ildə İsgəndəriyyədəki Mamurə sarayında vəfat etdi və cənazəsi Qahirədəki İmam Şafii türbəsinə dəfn edildi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nurfələk Qadınəfəndi haqqında məlumat. Nurfələk Qadınəfəndi nədir? Nurfələk Qadınəfəndi nə deməkdir?