Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat

Ələt

  • Ana Səhifə
  • Vikipediya
  • Ələt

Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir.

Ələt Qəsəbəsi
39°56′54″ şm. e. 49°24′24″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qaradağ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 12600 nəfər
Xəritəni göstər/gizlə
Ələt Qəsəbəsi xəritədə
Ələt Qəsəbəsi
Ələt Qəsəbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir.

Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.

Etimologiyası

Ələt – Qaradağ rayonunda (Bakı) şəhər tipli qəsəbədir. Xəzər dənizinin sahilində yerləşir. Toponimikaya aid əsərlərdə Ələt adının türk-monqol mənşəli "oyrat" tayfasının Ələt//olet qolunun adından alındığı söylənilir.

Heredotun məlumatına görə, Ələt Midiya çarlarından birinin adıdır. Ələt Midiyadan qaçmış skifləri müdafiə etdiyinə görə onun adı yerli tayfalar arasında geniş yayılmışdır.

Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində, Ələtli kəndi və Dağıstanda eyni adlı su obyekti olmuşdur. Fəzlullah Rəşidəddin Monqolustan ərazisində Ələt yaşayış məntəqəsi haqqında məlumat vermişdir. Mənbələrdən aldığımız məlumatlara görə XVIII əsrin sonu XIX əsrin əvvəllərində Volqa boyunda Alat, Özbəkistan və digər Orta Asiya ölkələrində Ələt adlı oykonimlər olmuş və olmaqdadır. Özü də maraqlıdır ki, həmin onomastik vahidlərin hamısı türk xalqlarında mövcuddur. Hal-hazırda isə Azərbaycan Respublikası ərazisində müxtəlif yerlərdə Ələt, Ələtli, Baş Ələt və s. yaşayış məntəqələri mövcuddur.

Əhali

19591970197919892019
5118▲7920▲8355▲11 455▲12 600

İqtisadiyyatı

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

2014-cü ildə Ələtdə Bakı Limanının bərə terminalı tikilmişdir. Oktyabr ayından etibarən Bakı-Türkmənbaşı Bərə Keçidi Türkmənistana tərəf fəaliyyətə başlamışdır. 2017-ci ilin mart ayından Qazaxıstana Xəzər dənizi vasitəsilə "Ələt-Aktau limanı" bərə keçidi işə başlayıb.

2018-ci ildə qəsəbədə Yeni Bakı Limanı açıldı. 2018-ci ilin mayında Prezident İlham Əliyev Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib. Bu kompleks Rusiya ərazisindən yan keçən "İpək Yolu" (Ukrayna — Gürcüstan — Azərbaycan — Qazaxıstan — Çin) Beynəlxalq layihəsinin bir hissəsidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ələt haqqında məlumat. Ələt nədir? Ələt nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İynəyarpaqlılar (sinif)

  • Fevral 27, 2026

    Epimetey

  • Fevral 27, 2026

    Fəxrəddin Razi

  • Fevral 27, 2026

    Gitara

  • Fevral 27, 2026

    XII əsr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst