Fəxrəddin Əbu Abdullah Məhəmməd ibn Ömər ər-Razi (ərəb. فخرالدین الرازی; 1150[…], Rey, Böyük Səlcuq imperiyası – 1210[…], Herat) — Əşari məktəbinin nümayəndəsi, altıncı mücəddid. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. Yarımçıq olan məşhur "Məfatih əl-Qeyb" təfsiri ona məxsusdur. Bu təfsiri o, mötəzili olan əz-Zəmaxşərinin təfsirinə cavab olaraq yazmışdır.
| Fəxrəddin Razi | |
|---|---|
| ərəb. فخرُ الدين الرازي | |
| |
| Doğum tarixi | 1150[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1210[…] (59–60 yaşında) |
| Vəfat yeri | |
| Elm sahələri | kəlam, təfsir, islam fəlsəfəsi, Üsuli-Fiqh |
Həyatı
Tam adı Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Hüseyn ət-Taymi əl-Bəkri ət-Təbaristani Fəxrəddin ər-Razi olan filosof 1149-cu ildə Reydə anadan olmuşdur. Atası Rey şəhərinin hatibi olmuşdur. Buna görə də onu İbn əl-Xətib (Xətibin oğlu) deyə çağırmışlar. Şafi fiqhi, üsul əl-fiqh sahəsində ilk təhsilini atasından və əl-Kamal əs-Simnanidən almışdır. Fəlsəfəni isə Məcduddin əl-Cilidən öyrənmişdir.
Ər-Razi Orta Şərq şəhərlərini gəzib dolaşmışdır. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. O, Heratda mədrəsə qurmuş və həyatının son illərini elə bu mədrəsədə keçirmişdir.
Əsərləri
- Məfatih əl-Qeyb
- Əsas ət-təqdis
- Cəmi əl-ölüm
- ər-Risalə əl-kəmaliyə fil-həqaiq əl-ilahiyə
- Cahardaq risalə
- əl-Məbahis əş-şərqiyə
- Lübub əl-işarət
- əl-Ərbəin fi üsul əd-din
- Etiqadat firəq əl-müslimin vəl-müşrikin
- Mühəssəl əfkar əl-mütəqəddimin dəl-Mütəahhirin
Tələbələri
Yetişdirdiyi tələbələrdən bəziləri:
- Qütbəddin əl-Misri
- Zeynəddin əl-Keşşi
- Şərəfəddin əl-Hərəvi
- Əsirəddin əl-Əbhəri
- Tacəddin əl-Urməvi
- Siracəddin əl-Urməvi
- Şəmsəddin Xosrovşahi
- Əbu Əhməd əl-Beyləqani
Ədəbiyyat
- Наймов Н. Фахриддин Рази. // Из философского наследия народов Ближнего и Среднего Востока.— Ташкент, 1972,— С. 199–233.
- Кулматов Я. Фахриддин Рази.— Душашбе, 1980.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fəxrəddin Razi haqqında məlumat. Fəxrəddin Razi nədir? Fəxrəddin Razi nə deməkdir?
